manera.az
manera.az

-"Katibə tələb olunur, yazmağı bacarmasa da olar..." -Tural Cəfərli yazır

-"Katibə tələb olunur, yazmağı bacarmasa da olar..." -Tural Cəfərli yazır


Hər gün eyni dayanacaqda, eyni avtobusla işə getmək, yer üstündə amansız mübarizə aparan insanları müşahidə etmək, mənasız tələskənliyi və mübahisələri seyr etmək nə qədər əzablı olsa da, bir o qədər maraqlı və gülməlidir. Təsəvvür edin, həyatda özünə yer tapa bilməyən bir gənc avtobusda ən arxa sırada öz yerini tapır, hamıdan əvvəl dünyadan köcəyini hiss edən yaşlı bir kişi arxa tərəfə getmir, elə öndə düz sürücünün yanında özünə yer axtarır. Bütün bunlar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Nə Höte, Nə Şiller, nə də Hegel bu özəllikləri müşahidə etməyib, yaşamayıb, bəlkə də heç vaxt təsəvvür də edə bilməyib. Baxmayaraq ki, hər biri özündən sonra zəngin fəlsəfi irs qoyub.

Avtobus dayanacaqlarında vurulan iş elanlarında da dərin fəlsəfi dünyagörüşünə, aqnostik elmi biliklərə rast gəlmək mümkündür. Məsələn belə bir iş elanı oxuyursan: "Katibə tələb olunur, yazmağı bacarmasa da olar..." Bu kimi iş elanlarını oxuduqca başa düşürsən ki, həyat heç də sənin filmlərdə baxdığın qədər ədalətli və füsunkar deyil...

Daha sonra küçəni süpürən bir qadının əsəblərini küçə itlərindən, pişiklərindən çıxdığını görürsən. Bəlkə də yoldaşı onu atıb, bəlkə də sevgisizlik onu sıxır, bəlkə də adi çörək ehtiyacından qəzəblidir... Kim bilir?! Yenə də onun gücü itə, pişiyə öz əsəbini tökməyə çatır... Adam da var heç nəyə, heç kimə gücü çatmır. Çarəsizdi, acizdi, kimsəsizdi. Yağışdan, küləkdən, qardan umacağını insanlardan uma bilmir. İnsanlar çox amansız olub, çox soyuqanlı olub. Zaman və məkan baxımından bu özünü daha çox biruzə verir...

Keçən dəfə dostum məni çay qonaqlığına çağırmışdı. Söhbət əsnasında dedi ki, evlənmək istəyirəm. Amma münasib, özümə uyğun qız tapa bilmirəm. Mən də dostumu tanıyıram, sakit, fağır, saf adamdı. Ürəyimdə deyirəm ay dost sənin kimi saf, məsum, fağır insanı gündüz vaxtı əlində çıraqla axtarsan da tapmaq olmaz... Saf olmaq həyatda 1-0 geri düşmək deməkdi. Saf olmaq, daha çox əzab çəkmək, ağrımaq deməkdir. Bu da öz növbəsində öz saflığına, təmizliyinə peşman olmaq üçün hər gün özünə lənət oxumaqdır. Bu da belə.

Keçək növbəti məsləyə... Qruplaşma və tərəfkeşlik sindromu bizi hər yerdə, işdə, çevrədə sıxır. Ətrafında səni təqdim edən, səni tərifləyən, reklam edən varsa, deməli vacib və zəruri adamsan. Yox, belə deyilsə, bütün istedadsızlığınla özünə yüksən. Bu yükü daşıyıb axırda yorulursan. Səni bu yükdən qurtaran, azad edən adam olmadıqca, get-gedə daha çox yorulursan. Baxırsan, istedadı var, amma ətrafında bu istedadı qiymətləndirən adam yoxdu. Bəlkə də var, amma paxıldı. Bu paxıllıq onda olmayan hər hansı bir istedadsızlığın nümunəsidir. Başqa cür də ola bilməz. Paxıl adam böyük ehtimal öz boşluğunda itib batır.

Həmişə ümid etməyi, ümidlə yaşamağı vacib bir həyat şərti kimi qarşımıza qoyurlar. Həm də yekə hərflərlə: "ÜMİDLƏ YAŞA!" Bəli, ümidlə yaşayırıq, amma özümüz kimi yaşaya bilmirik. Biz mütləq qohumların toy məclislərində fərqlənməliyiq, toya "səviyyəli" geyinməliyik, çoxlu pul xərcləməliyik ki, hörmətli olaq, yaxşı olaq, sevimli olaq. Amma həmin qohumların içərisində ali təhsil almaq istəyən bir qızın arzularını imkansızlıqdan ürəyində qoyuruq. Olmazmı ki, toyda xərclədiyimiz pulları həmin qızın təhsilinə xərcələyək, nəinki yekəqarın tamada və manıslara... Əlqərəz, toy industriyası və xaosu bizi hələ çox geri salacaq...

Gəlib çatdım əsas məsləyə... Hamı kimi ola bilməmək məsələsinə. İndi cəmiyyət mərdi qova-qova namərd etməyə hazırdı. Hətta deyərdim çox şaddır da... Belə ki, haqqını tələb edəndə, sözün düzünü deyəndə, əməyinin qiymətləndirilməyini tələb edəndə səni o saat namərd çıxarırlar. Həm də ağına, bozuna baxmadan. Qalmışıq, xiyar, pomidor alverçilərinin əlində. İşimiz elmin, təhsilin, mədəniyyətin inkişafına kömək etməkdi, bu dəm bir xiyar alverçisi qarşını kəsir, səni pulla, madiyyatla sınağa çəkir. Sən də bu sınaqdan təbii ki, çox vaxt uğurla çıxa bilmirsən. Ömür boyu çalış, vuruş, hər dəfə də yıxıl, qalx, yenidən yola düzəl, səni hər səmtdə sındırmaq, aşağılamaq istəsinlər. Hansı ki, onların uşaqlarınıa bəlkə də məktəbdə dərs deyirsən, cəmiyyət üçün faydalı vətəndaşlar yetişdirisən. Yəni sözümün canı odur ki, ziyalı olmaq, həyatı duymaq, ağrılı prosesdir. Belə bir deyim də var: " İstedadlılara kömək edin, istedadsızlar özlərinə kömək edib, bir yol tapacaq. Bu minvalla səhər işə gedəndə, hər şeyin yaxşı olacağına inanıb, küləklərin müşayəti ilə ürəyimdən vərəqə köçən bu şeiri yazdım:


Qaranlıq otaqda yalqız qalanda,

Qəfildən bir dostun səni yad edə.

Ölüm də gələndə elə gələ ki,

Üzünü güldürə, səni şad edə...


Bağrına basasan yağışı, qarı,

İçində buludlar yox olub gedə.

Acından ağlayan bütün uşaqlar,

Gecələr yuxuya tox olub gedə...


Hamını sevəsən, ilk sevgi kimi,

Kədərin qəlbində çox olub itə,

Ayrılıq sözünü göyə atasan,

Bir də qayıtmaya, yox olub gedə...

ədalət.az
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930