manera.az
manera.az

Ağıllı qadın hər zaman bir-sıfır öndə olur-Fizzə İsmayılova TeleManda/ MANERA.AZ

Ağıllı qadın hər zaman bir-sıfır öndə olur-Fizzə İsmayılova TeleManda/ MANERA.AZ


Manera.az yeni “TeleMan” layihəsini təqdim edir. Bu layihədə televiziyada vəzifəsi olan, televiziya işinin içindəki insanlarla televiziya və maraqlı olan bir çox məsələlər barədə danışırıq. Həmsöhbətimiz teleaparıcı Fizzə İsmayılovadır.

Ağıllı qadın hər zaman bir-sıfır öndə olur-Fizzə İsmayılova TeleManda/ MANERA.AZ


- Teleaparıcı olacağını düşünürdünmü?

- İncəsənət Unversitetini bitirməyimə baxmayaraq ,bu sahədə çalışacağım heç vaxt ağlıma gəlməzdi. Bir neçə dəfə unveristetdə seçimlər oldu, məni də teleaparıcı kimi seçdilər, evdəkilərin münasibətini bildiyimdən yerindəcə imtina etdim. Bu sahəyə gələcəyimə qısa zaman ərzində qərar verdim, kastinqlərin birinə heç kimə xəbər etmədən getdim, seçildim, verilişlər efirə getdikdən sonra hər kəs çox normal qarşıladı .Hazırda bu sahədən başqa bir işdə özümü hələ ki təsəvvür etmirəm.

- Televiziya insanın həyatına nələr qazandırır?

- İnsanın həyatında hər sahə nələrsa qazandırır, televizyaya gəldikdə isə, bu işdə çalışan insanların qazandıqları da, itirdikləri də göz önündədir.Sadəcə kənardan qazananılanlar görünür. Bir az populyarliq qazanırsan, daha sonra o, bu sənin haqqında bildi-bilmədi fikir yürüdür, onu qazanırsan. (Gülür) İtirilənlər qazandıqlarınan çox olur.

- Yaxşı aparıcı olmağın xüsusi düsturu varmı?

- Yaxşı aparıcı olmağın düsturu haqqında bu sahədə 50 yaşa qədər qalsam, o zaman cavab verərəm. Amma yaxşı insan olmağın da işdə uğurlu olmağın da əzbərlənən bir düsturu olsa, tez unudular atılan bütün addımlar. O zaman insan çərçivə icərisində obraza girərək, özünü unudub yaşayar. Belə yaşamağı nə qədər yaxşı olsam belə arzulamaram.

- İntellekt teleaparıcı üçün nə qədər vacibdir?

- İntellektual olmağı aparıcı üçün vacib sayıram. Cəmiyyətin güzgüsüdür aparıcılar, hər zaman tamaşacı üçün çalışmalıdır, daim axtarışda olmalıdır. Sahib oldugumuz intellekt ilə kifayətlənsək, demək ki, artıq geri addim atırıq. Savadsız tamaşacı yoxdur deyə düşünürəm.

- Danışıq ya görüntü? Hansı daha vacibdir?

- Görüntü vacib ola bilər, danışığı eşidənə qədər. Elə insan da var ki, çox gözəl düşüncə tərzinə sahibdir. Sadəcə fikirlərini sözlə çatdıra bilmir. Görüntüsü bərbad olan birinin çox zaman ən maraqlı sözünə, fikrinə belə qulaq asmırlar.cDanışıq söz xatirinə olmasa, insan da saxta görüntüyə sahib olmasa, o zaman hər şey gözəl olar.

- Hansı verilişləri heç vaxt aparmazsan?

- Heç vaxt sözünü deməyi heç sevmiram . Aparmağı düşünmədiyim verilişlər sərhəd qoyulmadan hər mövzuda danışıla biləcək verilişlər ola bilər. Bayağı verilişlər də aparmağı düşünmərəm. Bu barədə çox danışa bilməyəcəm. (Gülür)

- Gözəl qadın kişidə nələrə önəm verir? Ağıla, fizikə gücə yaxud qəlbə?

- Gözəl qadın sözü ilə razılaşmıram, xanımlıq elə gözəllikdir. Sadəcə qadınlar iki hissəyə bölünür: biri ağılla addım atan digəri isə sırf ürəyinin sözünə görə hərəkət edən. Ağıllı qadın isə hər zaman bir sıfır öndə olur. Nə ideal kişi, nə də ideal xanım yoxdur. Amma kişidə xarakter olsa, onun qəlbi də, ağlı da, hətta gücü də yetərincə olacaq. Kişinin sözü deyil, addımları göstəricidir. Həyatda öz gücünə heç bir şey əldə edə bilməyən bir kişiyə güvənmək və inanmaq bir az müşkül məsələdir.

- Sosial şəbəkələr həyatında hansı pillədə dayanır?

- Sosial şəbəkələr həyatımda günümün yarıdan çox hissəsini alır. Bu, bir xəstəlikdir.Bir neçə gün İnstaqramı deaktiv etdim, Feysbuk hesabımı dondurdum. Həyatımda nəsə çatışmazlıq olduğunu hiss elədim. İnsan tam xoşbəxt olsa, məncə, sosial şəbəkələr həyatında ən sonuncu yerdə olar. Yəqin ki, həyatımdakı çatışmazlıq məni asılı edib sosial şəbəkələrdən.

- Düşün ki, günəş yoxdur və bütün dünya sadəcə qaranlıqdan ibarətdir. Kimlərin yaxud da nələrin yanında olmağını istəyərdin?


- Qaranlıq olsa, istəməzdim yanımda kimsə olsun O qaranlıq dünyadan ışiqli olan tərəfə keçməyin yollarını düşünərdim Mümkün olmasa belə, o qaranlıqda özümə bir işıq yaratmağa çalışardım.O da alınmasa, əbədiyyətə qovuşmağı arzulayardım.

- Cəsarət bəzən lazımsız faktor deyilmi?

- Cəsarətlə bəzən ağılsızlığı qarışdırırlar. Lazımsız yerə riskli addımlara belə don geyindirib,, cəsarətli insandı deyirlər .
İnsan müəyyən stituasiyaya düşməyənə qədər bilmir ki, o, cəsarətli biridir və ya qorxaq. Vəziyyət xarakteri müəyyən edir.Heç bir şeyə də cəsarət edə bilməyən insan heç nəyə ümid bəsləməməlidir.

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031