manera.az
manera.az

Mən kitabları yeyirəm..- Tural Cəfərli yazır

📅 29.11.2017 12:45

Mən kitabları yeyirəm..- Tural Cəfərli yazır
Kitab yeyən adam
hekayə

Onunla ilk tanışlığım işdə olmuşdu. Kitabların sərgiləndiyi mərkəzdə işləyirdi. Sadə, səmimi bir duruşu vardı. Sonralar biz işlə əlaqədar tez-tez görüşürdük... Bir gün kitab barəsində söhbət etdik. Onun daxili dünyasının kitabla, sözlə zəngin olduğunu hiss etdim. Bu mənim xoşuma gəlmişdi, amma bir qədər səbirsiz və çılğınlığı məndə belə bir təəssürat oyatdı ki, oxuduğu kitablar onu bir qədər də həssas edib. Elçin, sən kitabları niyə bu qədər sevirsən? Bu ani sual güllə kimi onun beynində mənə doğru cavab atəşi ilə nəticələndi: “Mən kitablarla böyümüşəm...” Düzü, bu cavabı gözləmirdim. Düşünürdüm ki, kitab sevgisi nəsə başqa bir səbəbdən dolayıdır. Bir dəfə söhbət əsnasında Elçin dedi: “ Mən kitabları yeyirəm” Donub qaldım. Kitabı yemək ifadəsini başa düşdüm, yəni dəlicəsinə istək var oxumağa, amma niyə məhz qəfildən bunu deməyi məni təəcübləndirdi. İşi ilə daxili dünyası bir-birindən fərqli olduğunu anlamışdım, o kitabları o qədər dəqiqiliklə izah edirdi ki... İndi onu kitablardan ayırmaq mümkün deyil. Bu yazını çox uzatmaq istəmirəm, bir az da əlavələr etmək olar, amma sirr qalan yarımçıq hekayə bu qədər olsa, oxucular da düşünər...


Baxış sayı - 1 928 | Yüklənmə tarixi: 29.11.2017 12:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031