manera.az
manera.az

Azərbaycan-Rusiya-Türkiyə Mədəniyyət Birliyi yaradıldı

📅 23.10.2018 14:39

Azərbaycan-Rusiya-Türkiyə Mədəniyyət Birliyi yaradıldı
Azərbaycanda tanınmış vəkili Adəm Məmmədov Rusiyaya köçdükdən sonra orada aktiv diaspor fəaliyyəti ilə məşğul olmağa başlayıb.

MANERA.AZ xəbər verirki, bu barədə Adəm Məmmədov özü bildirib. Onun sözlərinə görə, Türkiyənin Rusiyadakı səfiri Hüseyn Derioz da bu işə xeyir-dua verib. “Bir neçə gün olar ki, Azərbaycan-Rusiya-Türkiyə Mədəniyyət Birliyinin yaradılmasına nail olduq. Moskva şəhər Vəkillər Palatasının sədr müavini, hüquq elmləri namizədi, vəkil Elnur Hacıyev birliyimizin həmtəsisçilərin biri kimi qurumun prezidenti seçilib. Mən isə birliyimizin həmtəsisçisi olmaqla 1-ci vitse-prezident seçildim. İlqar Abdullayev, Rizvan Əsgərov və Hulki Öz birliyimizin həmtəsisçiləri olmaqla vitse-prezidentliyi yerinə yetirəcəkləır. Türkiyənin Rusiyadakı səfiri ilə təxminən iki saatdan çox müzakirələrimiz oldu. Səfir bir sıra məsləhətlərini, tövsiyələrini verdi. Məqsədimiz elmi və mədəniyyət istiqamətində işləri gücləndirməkdir. İntellektual təbəqə ilə daha çox işləyəcəyik. Birliyimiz istedadlı tələbələrlə əməkdaşlığa xüsusi önəm verəcək”,-deyə A. Məmmədov qeyd edib.

Elnur Eltürk


Baxış sayı - 1 185 | Yüklənmə tarixi: 23.10.2018 14:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031