manera.az
manera.az

Üzeyir Hacıbəylinin portretləri açıq səma altında yaradılacaq

📅 18.10.2018 11:52

Üzeyir Hacıbəylinin portretləri açıq səma altında yaradılacaq
Noyabrın 4-də “Art Tover” rəsm qalereyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilmiş plener keçiriləcək.

MANERA.AZ-ın məlumatına görə, plener Mədəniyyət Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Ars Council Azerbaijan” təşkilatının birgə təşkilatçılığı ilə reallaşacaq.

Fırça ustaları dahi bəstəkarın portretini və yaradıcılıq fəaliyyətini tablolara köçürməklə açıq havada yaradacaq. Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edə bilər.

Plener sənətkarların təkmilləşdirilməsi, istedadlı gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi daşıyır.


Baxış sayı - 1 579 | Yüklənmə tarixi: 18.10.2018 11:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930