manera.az
manera.az

İsveç Azərbaycan rəssamlarının gözü ilə...- Plener olacaq

📅 31.05.2018 11:59

İsveç Azərbaycan rəssamlarının gözü ilə...- Plener  olacaq
Rəssamlar əsərlərini açıq səma altında yaradacaqlar

İyunun 3-də İçərişəhərdə yerləşən “Art Tower” rəsm qalereyasında “İsveç Azərbaycan rəssamlarının gözü ilə” adlı plener keçiriləcək.

Plener İsveçin ölkəmizdəki səfirliyinin təşəbbüsü, İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşacaq.

Plener çərçivəsində rəssamlar öz əsərlərini açıq səma altında yaradacaqlar. Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edəcək.

Plener sənətkarların özünü təkmilləşdirməsi, habelə gənc rəssamların dəstəklənməsi məqsədi ilə təşkil olunacaq.


Baxış sayı - 1 138 | Yüklənmə tarixi: 31.05.2018 11:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930