manera.az
manera.az

Müslüm Maqomayev haqqında bədii film çəkiləcək

Müslüm Maqomayev haqqında bədii film çəkiləcək
Dünya şöhrətli müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayev haqqında "Maqomayev" adlı səkkiz seriyalı bədii filmi çəkiləcək.

MANERA.AZ xəbər verir ki, bunu Azərbaycanın xalq artisti Emin Ağalarov bildirib.

O deyib ki, oktyabrın əvvəlində Bakıda ekran əsərinin çəkilişləri başlayacaq: “Bu, Rusiyanın “Birinci Kanal”ının layihəsidir. Biz layihəni maliyyələşdirmirik, ancaq kömək etmək üçün əlimizdən gələni edirik. Müslüm Maqomayevi canlandıracaq aktyor seçilib və o, mərhum müğənniyə çox bənzəyir. Ssenari artıq hazırdır. Əvvəl bir neçə versiya var idi. Daha sonra Tamara Sinyavskaya ssenaridə yazarların bilmədiyi bir neçə nüasnsı dəqiqləşdirdi. Tamara Sinyavskayanı canlandıracaq obraz isə hələlik dəqiqləşməyib”.

Qeyd edək ki, Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. 14 yaşında Bakıda dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya festivalına yollanan müğənni oradan medalla qayıdıb. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqaləni dərc edib.

M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli “La Skala” teatrında təcrübə keçib.

O, 31 yaşında SSRİ xalq artisti fəxri adına layiq görülüb. Dünya şöhrətli müğənninin repertuarında 600-dək əsər var.

M.Maqomayev 2008-ci ildə 66 yaşında Rusiya paytaxtı Moskvada vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031