manera.az
manera.az

“Dolu boşluq: Virtual reallıq incəsənəti” adlı sərgi açılacaq

📅 14.09.2018 20:07

“Dolu boşluq: Virtual reallıq incəsənəti” adlı sərgi açılacaq
Sentyabrın 20-də “YARAT” Müasir İncəsənət Məkanı “ARTIM” layihə çərçivəsində “Dolu boşluq: Virtual reallıq incəsənəti” adlı sərgini təqdim edəcək.

“ARTIM” Layihə Məkanında virtual reallıq sahəsində işləyən rəssamlar - Şahnaz Ağayeva, Sərxan Rəcəbov və Orxan Qarayevin yeni əsərləri nümayiş olunacaq.

MANERA.AZ-ın məlumatına görə, sərginin adı boş “ARTIM” məkanında toplanılan virtual layihələri xüsusi VR eynəklər vasitəsilə görmək ideyasından qaynaqlanır.

Şahnaz Ağayevanın məkana uyğunlaşan “Van Qoq. Arlda yataq otağı” layihəsi alternativ reallıq və məkan bağlılığı konseptini tədqiq edir. “Zamanın burulğanı” layihəsi rəssamın həyatın nağıla bənzər rəvayət formasında təqdimatıdır.

Orxan Qarayev "Dünyaların toqquşması" əsəri tamaşaçını həndəsi və psixodelik burulan lentlərlə hipnoz edərək, kainatda insan məfhumunun cılız olduğunu ideyasını ötürür. Rəssamın ikinci VR layihəsi “Qaçılmazlıq" adlanır və həyatda hər şeyin mənasız olması fikrini vurğulayır.

Sərxan Rəcəbovun "Virtual muzey" layihəsi bir-biri ilə konsept cəhətdən əlaqəli olmayan virtual incəsənət obyektlərini təqdim edir. Bu obyektlərin çoxu antik və klassik prototiplərdən götürülüb və üzərində müxtəlif formasiyalar nümayiş etdirilir. “Qanadlı maral” və "3D Bakı" layihələri, tanıdığımız obyektləri fərqli bucaqdan qavrama ideyasını açıqlayır.

Layihələrin həyata keçməsində rəssamlar “Oculus Rift”, “Tilt Brush”, “Masterpiece” və “Gravity Sketch” proqramlarından yararlanıblar.


Baxış sayı - 1 076 | Yüklənmə tarixi: 14.09.2018 20:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930