manera.az
manera.az

Lənkəran teatrı yeni mövsümə Biləsuvarda başlayacaq

📅 10.09.2018 12:40

Lənkəran teatrı yeni mövsümə Biləsuvarda başlayacaq
Lənkəran Dövlət Dram Teatrı özünün 128-ci mövsümünə sentyabrın 18-də Biləsuvarda start verəcək.

Bu barədə məlumatı MANERA.AZ-a teatrın direktoru Tofiq Heydərov verib. Onun sözlərinə görə, teatrın truppası həmin gün Biləsuvar Rayon Mədəniyyət Mərkəzinin səhnəsində yazıçı Hafiz Mirzənin “Moskvalı gəlin” tamaşası ilə çıxış edəcək. Nataşa adlı bir rus qızının sərgüzəştlərindən bəhs edən bu səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Əsas rolları Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Qızılgül Quliyeva, Allahverən Babayev, Səyad Əliyev, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa edirlər

Hazırda teatrın rejissorları Adil Zeynalovun və Emil Əskərovun paralel olaraq iki səhnə əsərinin (başqırd dramaturqları Süleyman və Həmdiyə Lətipovların “Evlən, oğul, evlən!...” və Əjdər Olun “Meşəbəyinin dostları”) məşqlərini apardığını qeyd edən teatrın direktoru yeni mövsümdə sənətsevərlərə daha bir neçə maraqlı tamaşanın təqdim olunacağını, kollektivin həmçinin beynəlxalq teatr festivallarına və qastrol səfərlərinə qatılacağını söyləyib.
Lənkəran teatrı yeni mövsümə Biləsuvarda başlayacaq
Lənkəran teatrı yeni mövsümə Biləsuvarda başlayacaq


Baxış sayı - 1 514 | Yüklənmə tarixi: 10.09.2018 12:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031