manera.az
manera.az

Ölkəmiz beynəlxalq kitab sərgi-yarmarkada

📅 08.09.2018 22:44

Ölkəmiz beynəlxalq kitab sərgi-yarmarkada
Rusiyanın paytaxtı Moskvada 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir.

MANERA.AZ xəbər verir ki, ölkəmizin də təmsil olunduğu sərgi-yarmarkada yer alan stendimizdə Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi, Qarabağ həqiqətləri haqqında 150 addan çox nəşr məhsulu ziyarətçilərin ixtiyarına verilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, sərgi-yarmarkada 30-dan çox ölkədən 150-yə yaxın nəşriyyat-poliqrafiya müəssisəsi, eləcə də digər aidiyyəti qurumlar iştirak edir.

Stendimizə çoxsaylı kitabsevərlərlə yanaşı, müxtəlif nəşriyyatların və təşkilatların nümayəndələri də maraq göstərir, onlarla gələcək əməkdaşlıq imkanları müzakirə olunur.


Baxış sayı - 1 215 | Yüklənmə tarixi: 08.09.2018 22:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031