Qanlı oyun - Elvin Nurinin hekayəsi

Manera.az Elvin Nurinin "Qanlı oyun" psixoloji - hekayəsini təqdim edir:
Mən dəniz sahilinə yaxın bir yerdə bina evlərindən birində tək yaşayıram. Tək ya-şamağımın səbəbi mənim kimsəsiz olmağım deyil. Yox, qətiyyən... Mənim ailəm – anam, qardaşım və nənəm rayonda yaşayırlar. Mən isə bu qərib şəhərə təhsil almaq üçün gəlmişəm. On doqquz yaşım var. Artıq iki ildir ki, bu şəhərdə kirayə qalıram. Dövlət universitetində filologiya fakultəsində təhsil alıram, ikinci kursda...
Əvvəldə ailəmin üzvlərini sadalayanda, diqqət etdinsə, atamın adını çəkmədim... Təbii ki, bu da səbəbsiz deyil... Bunun səbəbi isə bir az sonra mütləq sənə aydın olacaq.
Mən təkliyi sevdiyim üçün otaq yoldaşım yoxdur. Mənim yanımda kimsə olanda, mən öz ruhumu qəfəsə salınmış, göylərə pərvaz etməsi bir ömür boyu mümkünsüz olan azadlıqdan məhrum bir məhbus göyərçin kimi görürəm. Odur ki, tək qalmağa üstünlük verir və tək qalıram. Ev sahibi yuxarı mərtəbədə olur, buranı mənə ucuz qiymətə kirayə verib. O deyir ki, mən onun kiçik yaşlarında vəfat etmiş qardaşına bənzəyirəm...
Mən hələ orta məktəbdə oxuyanda da yoldaşlarla o qədər ünsiyyət etməzdim. Mənə elə gəlirdi ki, – elə indi də belədir – kimsə mənim daxili dünyamı anlamaq gücünə malik deyil. Mənim öz dünyam var, yalnız özümün baş açdığı sirli – sehrli dünya. Bu sirrə bələd olmağa isə mənə elə gəlir ki, hələlik heç kim qadir deyil. Bi– lirsən niyə “ hələlik “ dedim ?!.. Çünki... Ola bilsin, gələcəkdə mənim bu sehrli dünyama kimsə yaxın olub, sirlərindən agah ola biləcək...
Gəl, mən bir az da ailə üzvlərim haqqında məlumat verim. Milli mentalitetimizə uyğun olaraq, ilk əvvəl yaşca böyük olan ağbirçək nənəmdən bəhs edim.
Nənəmin adı Gülayədir. Onun altmış yeddi yaşı var. Zamanın simasına qırışlar bəxş etməsinə, taleyin qara saçlarına qar ələməsinə baxmayaraq, onun qəhvəyi gözləri həyat sevgisilə işıldayır. Eynilə yay gecəsində ulduzların zülmət asimanda işıldadığı kimi. Hal – hazırda təqaüdçüdür. Əvvəllər isə öz dükanımızda çörək sa – tıcısı işləyib. Xeyli vaxt çörək dükanında işlədikdən sonra, mənə məlum olmayan səbəbdən – açığını deyim ki, bu haqda nənəmdən heç nə soruşmamışam – bu işi buraxıb. Elə bu səbəbdən illərdir ki, məhəlləmizdə – “ Topqarağac “da “ Gülayə – nin çörək dükanı “ adı ilə məşhur olan bu məkan bağlı qalıb. Daha sonra, nənəm bir ilə yaxın rayonumuzdakı çörək sexində çörəkbişirən işində işləyib. Bu iş sut – qalıq idi. Nənəmin dediyinə görə, olduqca ağır işdir. Yaşı ilə əlaqədar olaraq ( bir də nənəmin istiyə qətiyyən dözümü yox idi. Təbii ki, sex də olduqca isti olurdu.), o, bu işdən bir müddətdən sonra uzaqlaşıb. Yenə də iki ilə yaxın heç bir yerdə işləmədi. Təbii ki, həyat – baca işləri hamısı nənəmə aid idi.
Bir gün Rəna adlı qonşumuz ( olduqca bir – birimizə yaxın qonşu idik.) bizə gəldi və ordan – burdan söhbət edərkən, nənəmin işsiz olduğunu öyrəndi. Xeyli vaxt idi ki, Rəna xanım kənddə qalırdı. Odur ki, nənəmin işsiz olduğundan xəbər – siz idi. Rəna xanım özü və əri Elxan bəy ruhi əsəb dispanserində ruhi xəstələrin yanında nəzarətçi işləyirdilər. Rəna xanım qadınlar olan, Elxan bəy isə kişilər olan
korpusda nəzarətçi idi. Onların ər – arvad əlli beş – əlli altı yaşları vardı təxminən.
Amma görən onlara bu yaşı qətiyyən verməzdi. Sanki hər ikisi çoxdan altmış beşi haqlamışdılar. Kasıbçılığın üzü qara olsun... Hamısı onun bəlası idi. Tellərdə bu vaxtsız dən, əllərdə yaşa yaraşmayan qabar, suala bənzər bel, üzdə qırış, gözlər – də isə nəhayətsiz bir qüssə... Söhbət əsnasında, Rəna xanım nənəmə orada işləyib – işləməmək istəyi haqqında soruşdu, nənəm də razılaşdı. ( Nənəm belə işlərdən nə qorxur, nə də çəkinirdi.) Beləliklə, həmin qonşularımızın köməyi ilə nənəm ruhi əsəb dispanserində xəstə nəzarətçisi kimi işə düzəldi. On ilə yaxın nənəm o dispan- serdə çalışdı. Sonra isə xəstəliklə əlaqədar işdən öz ərizəsi ilə çıxdı. Nənəmin xəs – təliyi revmatizmadır. Nənəm Gülayə xanım öz rayonumuzda bir xeyli müddət mü– alicə aldı. Bu müalicələr əsasında xeyli ağrıları azalmışdı. Sonra yenidən həyət – baca işlərində soyuq su ilə təmasda olduğu üçün ağrıları başladı və get – gedə şid – dətləndi.
Xarici ölkələrin birinə – Türkiyəyə nənəm müalicə məqsədi ilə getdi. Mənim bi – bim orda yaşayır. Odur ki, nənəmin ora gəlməsini, ordakı həkimlərin müalicəsini götürməsini tövsiyə etdi və nənəm getdi...Yeddi aya yaxın nənəm orada qaldı. Əc – nəbi həkimin dediyinə görə ( buradakı həkim də nənəmə demişdi ), bu xəstəlik tam düzələn xəstəlik deyil, sadəcə olaraq, ağrıların şiddətlənməyinə imkan yaratmama– ğa çalışmaq lazımdır.
İndi, hal – hazırda da nənəm müalicəsini davam etdirir, fəqət öz evimizdə. Əcnə–bi həkimin yazdığı dərmanlarla. Həmin dərmanları, nənəm Türkiyədən gələndə, uzun müddətlik alıb, özü ilə gətiribdir. Biz də nənəmin müalicəsinin yerli – yerində olmasına, həbləri vaxtı – vaxtında qəbul etməsinə mütləq şəkildə nəzarət edirik.
Nənəm Gülayə xanımdan bu qədər məlumat, mənə elə gəlir ki, kifayətdir. Axı, hələ anamla qardaşım barəsində məlumat verməliyəm.
Növbə indi anam haqqında məlumatdadır. Mənim anamın adı Sənubərdir. Onun qırx bir yaşı var. Anam həm universitetdə, həm də məktəbdə işləyir. Psixoloqdur. Öz ailəsini və işini çox sevir. Onun öz işinə və ailəyə qarşı olan bu cür məsuliyyət– li münasibəti biz uşaqlarda da hələ uşaqlıqdan öz işlərimizə qarşı daima məsuliy – yətli olmağımıza əsas verir. Anamın çəkdiyi əzabları, bəlkə də, dağa versəydilər, uçulub dağılardı... Amma anam dözür... Mən hərdən anamın nələr çəkdiyini düşü – nəndə, Allahın Adəm övladına bəxş etdiyi bu dözüm, səbir və mətanətə heyran qal-maqdan özümü qətiyyən saxlaya bilmirəm. Bəlkə də, mənim anam haqqında dedi – yim bu son sözləri oxuyanda, şişirtdiyimi düşünəcəksən...– Mən sənin fikrinə hör – mətlə yanaşıram. – Amma bu həqiqətdir. Əgər sən mənim anamı bircə dəfə gör – səydin, onun gözlərindən qəlbinin dərinliklərinə kök atmış nəhayətsiz, ucsuz – bu – caqsız kədəri hiss edərdin... Amma sən, o gözlərdə qəhərlə bərabər sonsuz ümid qığılcımlarının da şahidi ola bilərsən, təbii ki, insani duyğuları duymaqda həssas və ən əsası arifsənsə...
Qardaşıma gəldikdə isə onun adı Cəsurdur. Onun on yaşı var. Məndən fərqli ola– raq, Cəsur qaraşındır ( mənsə sarıtəhərəm ). Cəsur dördüncü sinifdə oxuyur. Mü –
əllimləri ondan hələlik razılıq edirlər. ( İnsan övladını anlamaq, tamlığı ilə dərk et–
mək mümkün deyil, bir an sonra hansı hərəkəti edəcəyinə bəraət vermək mümkün–
süzdür. Odur ki, mən bayaqkı cümlədə “ hələlik “ ifadəsini işlətməyi məqsədəuy –
ğun hesab etdim.) Məndən fərqli olaraq, Cəsur dəcəldir. O, olduqca yaxşı şahmat oynayır. Cəsur daha çox texniki elmlərə maraq göstərir, mənsə humanitar elmlərə. Bizim zahiri görünüşümüz kimi düşüncələrimiz də tamamilə fərqlidir.
Mən əhvalatın əvvəlində yarımçıq qoyduğum tənhalıq məsələsinə yenidən qayıt– maq istəyirəm. Əslində, mən tənha da deyiləm... Əslində, mənim yoldaşlarım var. Mənəvi yoldaşlarım, sirdaşlarım... Sirrimdən agah olan varlıqlar... Dəniz, Ay, ra – yonumuzda olanda isə sanki, hara isə tələsən, qaçhaqaçda – qovhaqovda olan dam– laların sonsuz qoşunu büllur gözlü “ Məlhəm “ bulağı... İnsanlardan fərqli olaraq, mən yuxarıda sadaladıqlarımın hər birinə sirrimi asanlıqla, fikirləşmədən danışı – ram. Çünki bilirəm ki, onlar əsil sirdaş, həqiqi dostlardır. Danışdıqlarımız bizim aramızda qalacaq. Mən ondan ayrılandan sonra tələsik başqasını yanına çağırıb, danışdıqlarımdan onu agah etməyəcək.
Bu bulağın “ Məlhəm “ adlandırılması səbəbsiz deyil. Nənəmin dediyinə görə, keçmişdə bu bulağın suyundan baş ağrısından əziyyət çəkən biri içsəydi, o saat xəstənin baş ağrısına nöqtə qoyulardı... Sonralar, bir dəfə bərk isti olanda, bu bula– ğın suyu quruyubmuş. Bir müddət bulağın gözü göz yaşına, yəni axan suya həs – rət qalıbmış... Bir gün güclü leysan yağışdan sonra həmin bulağın suyu yenidən qaynayıb, çağlayıb... Fəqət daha başıağrıyanlara şəfa verməyib. Yaradanın təbiə – tə müjdətək bəxş etdiyi adi bulaqlar kimi şirin bir zümzümə ilə axmağa davam edib. Elə buradan da görünür ki, heç bir şey həyatda ikinci dəfə təkrarlanmır. Elə indi də bülbül səsli müğənnilər kimi nəğmə oxuya – oxuya hey axır, axır... Öz şirin zümzüməsi ilə könülləri şadlandırır, ruhları oxşayır.
Mən rayonumuzda olanda, tez – tez bu bulağın başına gəlir və onunla dərdləşi – rəm. Mənə elə gəlir ki, o, məni anlayır. Çünki ona hansısa bir qəmli əhvalat danı – şanda, hayqırıb çağlayır. Mən ilin xeyli hissəsini təhsilimlə bağlı şəhərdə olduğum üçün öz dərdlərimi, sirlərimi “ Məlhəm “ lə deyil, Bakını mehriban, qayğıkeş, bə – zən də əsəbi ana kimi qoynuna alıb,ləpələrin səsilə gecələr həzin laylay oxuyan Xəzərlə bölürəm.
Bu dəfə də elə bu cür oldu. Mən dərsdən gəldikdən sonra, özümü olduqca yorğun və qayğılı hiss etdim... Ürəyim bulud kimi dolmuşdu... Amma ağlaya bilmirdim. Daha doğrusu, ağlamağı sevmirdim. Mənim aləmimdə göz yaşı axıtmaq acizlik əlaməti idi. Özümü dərk edəndən ağladığımı xatırlamıram. Payıma düşən tale əza-bını içimdə çəkirəm. Əslində, deyirlər, ağlamaq rahatlıqdır, ancaq mənə hərdən elə gəlir ki, mən göz yaşlarımı içimə axıdıram. Xüsusən də atamı xatırlayanda...
Mən atamı dörd il bundan qabaq dəhşətli bir hadisə nəticəsində itirmişəm... Yu – xarıda atamın adını çəkməməyimin də səbəbi elə budur.
Özümü qayğılı hiss etdiyim digər günlərdə olduğu kimi, bu dəfə də əynimə plaşı-
mı geyinib ( payız ayı olduğu üçün ), saçlarımı səliqəyə salıb, evdən çıxdım. Ax – şam saat səkkiz idi. Hava qaralmışdı... Payız olmasına baxmayaraq, hava o qədər
də soyuq deyildi. Mülayim külək əsirdi. Mən evdən çıxdım və birbaş yollandım şəhərdəki sirdaşımın – Xəzərin sahilinə. Sonuncu dəfə “ şəhərli sirdaşım “ la on gün bundan qabaq görüşüb dərdləşmişdik... Bu on gün ərzində mənim qəlbimdən nələr keçməmişdi, nələr...
Nəhayət, “ şəhərli sirdaşım “ ın əzəli və əbədi məkanına çatdım. Mənim həmişə
oturduğum qəhvəyi skamya boş idi. Dənizin ləpələri qara brilyantı xatırladırdı mə -
nə gecələr... Dənizin mərkəzinə doğru olan yerdə quraşdırılmış “ Zanbaq “ fontanı da lal idi... Həmişə mən Xəzərlə dərdləşməyə gələndə, “ mənim “ skamyam boş olur. Sanki “ şəhərli sirdaşım “ mənim gələcəyimi duyub, yerimdə kimsənin otur – masına icazə vermir. ( Bax, elə budur dosta qarşı sədaqət ! ) Axı, bu yerlərin “ ağa” sı odur. Mavi Xəzər... Mən öz yerimdə əyləşdim... Bir an xəyalım məni tərk edib,özümün də bilmədiyi uzaqlığa getdi... Mən xəyala daldım... Gözlərimi qıyıb, hara-dasa uzaqdakı naməlum bir nöqtəyə baxışlarımı zillədim.
Sanki, Xəzər mənim gəlişimi hiss etdi. Bayaqdan bəri sakit saxladığı ləpələrini xəfifcə dalğalandırdı. Elə bil, o, bu dalğalar vasitəsilə mənə pıçıldayırdı :
“ Hə, dostum, xoş gördük... Başla, ürəyini aç danış mənə. Bilirəm ki, ürəyim do – ludur. Öz duyğularımı mənimlə bölməyə gəlmisən. Həmişəki kimi... Mən artıq sə – nin qayğılı gözlərindən anlayıram ki, sənin qəlbində nəhayətsiz bir kədər baş qal – dırıb və səni qətiyyən rahat buraxmır, sakit qalmağa macal vermir “.
Eh !.. Nə gizlədim... “ Şəhərli sirdaşım “ haqlı idi. Axı, bu iki ildə artıq o, mənə bələd idi, yaxşı tanıyırdı. Gəlişimin səbəbini anladığı üçün vaxt itirməyə heç bir lü-zum yox idi. Odur ki, dərindən bir ah çəkdim, bir – iki saat əvvəl aydın, işıqlı sə – mada indi hökm sürən sonsuz, dərin zülmətə diqqət yetirdim... Mənə elə gəldi ki, bu gecə heç zaman bitməyəcək... Sanki bizi bu zülmət gecənin sonunda bir işıqlı, aydın səhər gözləmir... Bir neçə saniyə özümdən ayrılıb getdikdən sonra, yenidən özümə qayıdıb, “ şəhərli sirdaşım “ la səmimi bir söhbətə hazırlaşdım... Yenə də mən danışacaq, o isə məni yorulmadan dinləyəcək, hərdən də ləpələrini sahildəki mamırlı daşlara çırparaq, sözlərimə reaksiya verəcək, söhbətimdən yorulmadığını mənə göstərəcəkdi... Mən dənizin əsil yoldaşlığına heyran olub, hətta qibtə edib, insanların niyə sədaqətsiz olması haqqında özümdən asılı olmayaraq düşündüm. Fəqət tez də bu düşüncələrimdən ayrılıb, dənizi çox intizarda saxlamamaq üçün, nəhayət, sözə başladım :
–Yenə də amansız gecə... Bilirsən, bu gecəyə neyçün amansız deyirəm ?!.. Çün– ki bu gecələrdən biri mənim atamı bizdən qoparıb, ruhunu cismindən ayırıb, nəha – yətsiz göylərə apardı.
Həmin gündən – atamın bizdən əbədi olaraq, ayrıldığı gündən mən səmaya bax – maqda çətinlik çəkirəm, ürkürəm, xüsusən də gecələr... Gecələr səma mənə, ruhla– rın qəbristanlığı kimi görünür. Sanki səmanı naməlum bir vahimə bürüyür. Bu na –
məlum vahimə də məni qorxudur. Mənim atamın da ruhunun o vahiməli adlandır – dığım aləmdə – asimanda olduğunu düşünəndə, bu qorxu mənim qəlbimi özümün də anlamadığı sürətdə və şəkildə tərk edib gedir.
Bu zaman mən “ şəhərli sirdaşım “ın səsini eşidirəm :
– Sən neyçün bu qədər kədərli, nisgilli görünürsən ?!.. Elə bil, kimsə səni hər damlası qəhərdən süzülən göz yaşı olan, mənbəyini insanların çəkdiyi ah – nalədən götürmüş bir dərd, qəhər dəryasına salmışdır.
– Bu belədir... – deyə mən “ şəhərli sirdaşım “ın sözünə qarşılıq verdim. – Düz tapmısan... Amma... Sən mənim qəlbimin dərinliklərində olan bu kədəri anlaya bil-məzsən, dostum... Çünki bu kədərlə heç zaman qarşılaşmamısan, qarşılaşmayacaq-san da. Bu kədərin səbəbi ata itkisidir... Mənim kədərimi atamın yoxluğu, ölümü yaratmışdır...
– Mən sənin dərdini təzələmək, yaranın qaysağını qoparmaq istəmirəm. Ancaq dərdini, bəlkə, mənə danışıb, ürəyini boşaldasan... Bəlkə, qəlbində başlayan o qa – sırğa bir az yavaşıyar...
– Elə mən də buna görə buradayam. Yara elə yaradır. Qaysağı qopsa da, qopma – sa da məni ömür boyu incidəcəkdir... Bir yeniyetmənin atasını itirməsi mənim alə – mimdə sonsuz dənizin suyunun quruması, günəşin əbədi olaraq sönməsi, dünyaya zülmətin, şərin sonsuzacan hökmdar olması qədər olduqca böyük bir fəlakətdir. Övlad atasını itirəndə, bu dünyadan sadəcə bir insan oğlu yox, övladın arxa – dirə– yi gedir, güvənib arxalandığı, “ heç zaman məni əyilməyə qoymaz “ hesab etdiyi uca bir dağ bir anda uçub, toza çevrilir. Ölümündən qırx gün sonra tamamilə çü – rüyüb, torpağa qərq olur. Sanki, “ bu dünyada elə bir insan yaşamayıb “ təsir ba – ğışlayır ətraf mühit adama.
Atam məni çox sevərdi... – deyəcəksiniz ki, hansı ata övladını sevməz ki. Amma mənə elə gəlirdi ki, bu sevgi İlahi bir övlad sevgisidir. – Həmişə məni “aslanım”, “igidim” kimi sözlərlə öyərdi. Bu da təbii ki, mənim özümə inamımı birə-yüz artı – rar, hərdən də özümü yaşıdlarımdan üstün tutardım. Mənə elə gələrdi ki, bu cür xoşagələn sözləri yalnız mənim atam mənə deyir, başqa uşaqlara valideynləri bu cür sözlərlə xitab etmir. Deyərdi ki : “ Qardaşını da çox istəyirəm, səni də... Siz mənim qanımdan, canımdan bir parçasınız. Amma sənə bir sirr açım, ( həmişə bu sözü səsinin tonunu aşağı salaraq deyərdi.) səni qardaşından daha çox istəyirəm “. Mən ondan səbəbini soruşanda, heç fikirləşmədən, o saat : “ Çünki sənin dünyaya gəlişinlə mən, kişi üçün fani dünyada ən ali kürsü, ən yüksək mərtəbə olan “ atalıq kürsüsü “ nə qalxmışam “. Atamın bu sözləri mənim qəlbimə sonsuz bir sevinc bağışlardı.
Mən atamla çox mehriban idim. O, həmişə mənimlə işdən gələr – gəlməz müxtə-lif oyunlar oynayar, şıltaq könlümün şad olması üçün əlindən gələni əsirgəməzdi. Həmişə işdən gələndə, mənə – qardaşım dərk edəndən sonra isə həm mənə, həm də qardaşıma – nə isə bir şey alardı. Əliboş gəlməzdi. Artıq mən buna adət etmişdim.
Atamın evə gələcəyi anı səbirsizliklə gözləyərdim, atam da bunu anlayar və mənə nə isə alıb gətirərdi. Anamsa bu halın hər gün təkrarlandığını görüb :
– Bu uşağı yaman ərköyün öyrədirsən, sonra böyüyəndə, istəkləri də böyüyəcək, qabağında dura bilməyəcəyik – deyirdi.
Atamsa :
– Narahat olma, heç nə olmaz, böyüyəndə də böyüyə layiq şeylər alaram... – de – yirdi.
Amma... Atalar yaxşı deyib : “ Sən saydığını say, gör fələk nə sayır...” Təəssüf ki, bu olmadı. Bu sözləri deyəndə, atam fələyin onun üçün hazırladığı qanlı, dəh – şətli bir oyundan xəbərsiz idi. Əlbəttə ki, biz də... Mənim böyüməyimi görəcək və böyük istəklərimi yerinə yetirəcək qədər yaşamadı mənim atam...
Hər şey bir günün içində oldu... Yaxşı yadımdadır, uzun, qarlı, çovğunlu bir qış axşamı süfrədə oturub, deyə – gülə yemək yedik, bir az televizorda proqram izlə – dikdən sonra, hamımız yavaş – yavaş yatmaq üçün öz otaqlarımıza, öz yerlərimizə çəkildik...
Üç saata yaxın vaxt keçməsinə baxmayaraq, mənim gözlərimə qətiyyən yuxu getmirdi. Qəlbimin dərinliklərində müəmmalı bir qorxu, səbəbini anlamadığım bir həyəcan, təlatüm var idi. Yatmağa çalışırdım... Yerimdə ilan kimi o tərəf – bu tə – rəfə qıvrılır, qətiyyən rahatlıq tapıb, yata bilmirdim.
Bizim otaqlarımıza çəkilməyimizdən təxminən üç saata yaxın vaxt keçmişdi... Hələ yuxu gözlərimə qonub, göz qapaqlarıma hakim kəsilib, bağlanmağa yenicə başlamışdı ki, anamın hövlnak, tələşla bir az ucadan “ yox “ deyə, yuxudan ayıldı – ğını duydum... Qəlbimdə bayaqdan bəri olan həyəcandan dolayı, anamın ayılması– na biganə qala bilməyib, anamla atamın yataq otağına getdim. Təbii ki, atam da oyanmışdı. Atam anamdan :
– Nə oldu ?.. Niyə bu qədər təlaşla oyandın ? – deyə bu təlaşlı oyanmağının sə – bəbini soruşdu.
Anam :
– Qorxulu bir yuxu gördüm... Əvvəl, bütün dünyadan köçmüş tanışlar bircə – bircə göz önümdən gəlib keçdi... Sonra, varlığına sükut hökm sürən bir məzarlıq gördüm... Həmin məzarlıqda bir boş qəbir vardı... Açıq, boş qəbir... Mən ora tək – tənha gəldim və nədənsə həmin boş qəbrin yanında dayandım... Sonra, elə bil, hər şey mənim üstümə gəlirdi... Bütün qəbir daşları... Hamısı... Bu yuxu məni çox qor-xudur... Axı, sən özün də yaxşı bilirsən ki, mən röyalara inanıram... – atama cavab verdi.
Mən öz – özümə :
– Bu, röya yox, dəhşətli bir kabusdur. – dedim.
– Elə bu ? – deyə atam gülümsədi – Burada ki, elə də dəhşətli son nəticə çıxara – caq heç nə yoxdur.
– Yox... Hamısı bu deyil... Sonra mən kömək istədim, sanki yerimdə heykəltək
donub qalmışdım, gedə bilmirdim. Qışqırıb, kömək istədim və sən gəldin... Gör –
düm ki, daşlar yavaş – yavaş bizə yaxınlaşır... Biz hər ikimiz getmək istəyəndə, o daşlardan biri səni itələyib, məzarlıqdakı həmin boş qəbrə saldı və dəhşətli qəh – qəhə ilə gülə – gülə : “ Bu yerə də sakin tapdıq, hələlik işimiz bitdi...” dedi. Onun vahiməli qəh – qəhəsi bütün məzarlığı bürüdü və mən... O yerdə oyandım...
– Bu, həqiqətən də dəhşətlidir... Mən də bayaqdan bəri yerimə girmişəm, amma
nə qədər çalışsam da yata bilmirəm ki, bilmirəm... İçimdə səbəbini anlamdığım bir həyəcan var – dedim.
– Əşşi, niyə təlaş edirsiz, axı. Hər şey Allahın əlindədir. Bu yuxudur, həyəcandır – hamısı yersiz şeylərdir. Siz bunlara necə inanırsınız, mən anlaya bilmirəm. ( o, bu sözləri özünün də hiss etmədiyi titrəyişli səslə, gizli həyəcanla deyirdi.) – deyə, atam bizim fikirlərimizə əks çıxmağa, bəlkə də, bir növ bizi sakitləşdirməyə çalı – şaraq, özünü bu yuxu hadisəsinə qarşı soyuqqanlı aparmağa çalışdı.
Anama su verdim... Sonra qayıtdım otağıma, fəqət gözümə yuxu getmədi ki, getmədi...
Səhər açıldı... Havada ayaz hökm sürürdü. Hamı qalxdı yuxudan... Süfrə başına toplaşdıq. Yenə də xoş əhvali–ruhiyyə ilə hər kəs masa arxasında əyləşdi, anamdan başqa...
Anamın simasına, ən əsası da gözlərinin dibinə müəmmalı bir qəhər çökdüyünü hiss etdim. Heç kimə heç nə demədən, divanda əyləşmişdi. Xəyalı isə çox – çox uzaqlarda idi.
Atam anama xitabla :
– Sənubər, gəl süfrə başına, bir tikə çörək ye. Səhər yeməyini ye ki, gün boyu enerjin olsun. – dedi.
Anamınsa fikri olduqca uzaqlarda idi, gözləri yerini müəyyən edə bilmədiyi bir nöqtəyə zillənmişdi. Gözlərini həmin nöqtədən çəkmədən atama :
– Yox, mənim iştahım yoxdur. Sizə nuş olsun. – deyə cavab verdi.
Atam :
– Məgər, sən eşitməmisən, səhər yeməyini özün, günortanı dostun, axşam yemə– yini isə düşməninçün ye, deyiblər – deyə gülümsündü.
Anamsa, elə bil, atamı eşitmirdi, kar olmuşdu, sanki xəyalı onu tərk edib, qərib bir aləmə düşmüş və geri qayıtmaq üçün yolu tapmayıb, o uzaq, qərib məmləkətdə azıb qalmışdı.
Atam, anamın əhvalındakı qəribəliyi hiss edib, süfrədən durub gəlib oturdu onun yanında :
– Sənə nə olub ?.. Qayğılı görünürsən... Sənubər, sən adətən, mənim etdiyim bu cür zarafatları cavabsız qoymazdın.
– Dünənki yuxumənim yaddaşımdan əl çəkmir. İlişib qalıb orada. Başımdan çıx-mır.
– Sən hələ o yuxu məsələsini unutmamısan ?
– Unuda bilmirəm... Sanki, o yuxu mənə nədənsə, hansısa xoşagəlməz hadisənin olacağına işarə verir...
– Bəsdir, sən Allah... Sən də bəziləri kimi yuxularla hərəkət etmə... – deyə gülüm-sədi atam...
Anam ona heç bir söz deməyərək və təbii ki, atamın ondan süfrəyə gələnəcən əl çəkməyəcəyini bildiyindən qalxıb, masaya yaxınlaşdı. Yalnız bir qurtum çay içdi. Bir loxma da olsun ağzına qoymadı...
Atam tələm – tələsik yeməyini yeyib, süfrədən qalxdı. Anam atamın bu tələsgən-liyinin səbəbini anlamadığı üçün :
– Hara belə ?!.. Heç düz – əməlli yemək də yemədin.
– Mən yeyəndə, sənin xəyalın uzaqlarda idi. – deyə atam zarafatyana cavab ver – di – Bəsdir doydum. Bir müştəri məni gözləyir... Onu qonşu kəndə aparmalıyam.
– Bəs sən bu haqda mənə heç nə deməmisən...
– Huşumdan çıxıb. Deməmişdim, indi dedim...
Atam taksi sürücüsü olduğu üçün bəzən daimi müştəriləri ona bir – iki gün qa – baqdan gedəcək yerləri olduğunu deyərdilər, atam həmin günə, başqa müştəri si –fariş etsəydi, boş olmadığını söyləyərdi. Bu dəfə də belə olmuşdu.
Anam :
– Bu qarlı, buzlu, çovğunlu havadasən hara gedirsən ?! Olmaz elə iş... Getmə... Özü də hara, kəndə ?! Kənd yolları bu saat lap betər gündədir. Qətiyyən icazə verə bilmərəm.
– Sənubər, başa düş, bu, mənim daimi müştərilərimdəndir. Əgər etiraz etsəydim, əlimdən qaçırardım...
– Müştəri sənin sağlığından vacibdirmi ?..
– Müştəri olmasa, mənim çörək almağa pulum olmaz, onda mənim sağlığım da olmaz. Müştəri olsun ki, pul olsun, pul olsun ki, sağlıq olsun, sağlıq olsun ki, çö – rəkpulu olsun...
Bu zaman nənəm Gülayə də söhbətə qarışdı :
– Ay oğul, gəlin haqlıdır... Bu soyuqda, çovğunda kənd yollaraının hamısı buz bağlayıb. Gəl, sən bu daşı tök ətəyindən, inad etmə. Sənubərin sözünə qulaq as – mırsan, heç olmazsa məni eşit.
Atam nənəmə yaxınlaşdı və onun bəyaz saçlarından öpərək :
– Sən də, deyəsən, gəlininin sözünü təsdiq edirsən... Olmadı ki, ay ana. Onda siz necə qayınana – gəlin oldunuz ?! Siz bu cür mehriban olanda, sözübir olanda, axı, bizim milli mentalitetimizə qarşı təzadlı hərəkət edirsiniz. ( Təbii ki, atam bu söz – lərin sonunda gülümsəyərək, zarafatla deyirdi.)
– Bəsdir, sən Allah... İnsanlar qəribədir, vallah... Mehriban olursan, bir söz, da – valı olursan, bir söz... ( Hər ailədə qayınana – gəlin münasibətlərində anlaşılmaz – lıqlar yarandığı kimi, şübhəsiz ki, bu problem bizim də ailəmizdən yan keçməmiş –
di.) İndi gəl, necə hərəkət edəcəyini baş çıxara bilsən, müəyyənləşdir. – deyə nə – nəm atamın sözlərinə reaksiya verdi.
– Mən zarafat edirəm, Gülayə xanım, zarafat. Amandır, dediyim, milli menta – litetimizə xas olan qayınana – gəlindən olmayın. – deyərək, atam çaparaq “səhv”i – ini düzəldib gülümsündü.
– Sən elə uşaqlıqdan belə tərs idin, indi də elə qalmısan, ay Allah saxlamış. Səni fikrindən döndərmək olduqca müşkül məsələdir. Səni hansısa fikrindən daşındıra – nacan dağlar – daşlar dilə gəlir.
– O dediyin dağ – daş dilə gəlsə belə, mən yenə də fikrimdən, inadımdan dönən deyiləm. Odur ki, heç özünüzü yormayın. Bu, faydasız olacaq. Belə danışmaqla, siz həm özünüzün, həm də mənim vaxtımı alırsınız.
Nənəm anama müraciətlə :
– Sənubər, bizim bu qədər danışıb, özümüzü yormağımız nahaqdır. Odur ki, gəl, dinməz – söyləməz dayanaq və bu işi buraxaq onun öz öhtəsinə. Bir də, əlbəttə ki, öz insafına.
– Bunda o cəhətdən insaf nə gəzir, ay ana... – deyə anam nənəmə cavab verdi.
Anamın təlaşlı, həyəcanlı olduğunu görüb, mən atamı, “ bəlkə, fikrindən dön –dərə bilərəm “ düşünüb :
– Ata, bəlkə, doğurdan da getməyindən getməməyin həm bizə, həm də sənə qa – zanc olar. – dedim.
Atam mənim başımı sığallayıb, zarafatyana ifadə ilə anamla nənəmə işarə edə – rək :
– Sən də keçdin onlar tərəfə ?.. – dedi – Narahat olmayın, gedib xeyirlisi ilə qa – yıdacağam. Məgər, biz qış – qar görməmişik ?!.. Ay Sənubər, görürsən, uşağı da təlaşlandırırsan. Özünə gəl... Məgər, mən birinci dəfədir ki, qarlı, buzlu havada yo– la çıxıram ?!.. Nə isə, məni onsuz da xeyli vaxt yolumdan etdiniz... Məni öz işim çağırır, işim. İşimə olan məsuliyyətim məni evdə dayanmağa qoymur. – deyib, atam papağını örtüb, paltosunu geyinib, açarlarını və mobil telefonunu götürüb, bir də təkrar hər şeyi götürüb – götürmədiyini dəqiqləşdirmək üçün əllərini ciblərinə toxunduraraq ( o, həmişə evdən çıxanda, belə edərdi. Artıq bu, atamda adət halına çevrilmişdi.), heç nəyin yaddan çıxmadığına əmin oldu.
Amma biz haradan bilərdik ki, atamı evdə oturmağa qoymayıb çağıran onun işi və işinə olan məsuliyyəti yox, yolda müştəri ilə bərabər səbirsizliklə gözləyən ölüm mələyi – Əzrayılı idi...
Atam getdisə də hələ də anamın qəlbində olan o təlatüm səngiməmiş, ürəyi rahat olmamışdı. Elə bil ki, fələyin atam üçün qurduğu qanlı oyundan xəbərdar idi.
Saat yavaş – yavaş irəliləyirdi. Anamın qəlbindəki həyəcan isə saat işlədikcə, nə-inki azalır, əksinə, daha da şiddətlənirdi. Çünki atam, gedəndən nə bir kərə zəng etmiş, nə də harada olduğu barədə xəbər vermişdi. Sanki anamın ruhu cismindən xeyli aralıda, atamın yanında, xəyalı isə göylərdə idi. Onun başı dumanlı idi. Heç
cürə gördüyü o dəhşətli yuxunu unuda bilmirdi. Gözü həm qapı, həm də eyni za – manda telefonda qalmışdı. Fəqət nə qapıdan, nə də telefondan bir xəbər gəlirdi. Hər ikisi lal olub, susqun – susqun, sanki “gözlərini “ anama zilləyərək qalmışdı – lar.
Nənəm nigarançılığını hiss etdirməməyə çalışsa da onun narahatçılığını evin içində etdiyi var – gəldən anlamamaq mümkün deyildi.
Atamın evdən çıxmasından xeyli müddət keçməsinə baxmayaraq, heç bir səs – soraq yox idi. Təbii ki, bu müəmmalı ( hətta bəzən qorxunc ! ) sükut bizi təlaşa sa– lır, əl – qolumuzu əlacsızlıq kəndiri ilə möhkəm, çözülməz bir bağla bağlayırdı.
Uzun müddətdən sonra lal telefon nəhayət ki, dilə gəldi... – Kaş ki, heç dillən – məzdi. Belə dillənməyindən dillənməməyi daha yaxşı olardı. – Anam tələsik mət – bəxdən qaçaraq gəlib, telefonun dəstəyini qaldırdı. Dəstəkdən yad bir şəxsin səsi eşidildi :
– Salam... Bağışlayın, bura Vahid bəyin evidir ?
Anam həyəcanla :
– Bəli... Mən Vahidin həyat yoldaşıyam – dedi – Ona nə olub ?.. Özü hardadır, neyçün özü zəng vurmayıb ?.. Siz kimsiniz ?..
Anam telefondakı şəxsi sual yağışına tutmuşdu. Nənəm anamın həyəcanlı oldu – ğunu anlayıb ( şübhəsiz ki, nənəm özü də nigarançılıqdan yerini – yurdunu bilmir – di.), dəstəyi ondan götürdü :
– Allo... Buyurun... Oğlum haradadır ?.. Necədir ?.. Mən Vahidin anasıyam.
– Sizin oğlunuzu yolda yaralanmış vəziyyətdə tapıblar. Xahiş edirəm, təcili ola – raq, şəhər xəstəxanasına gələsiniz. – deyib, yad şəxs telefonun dəstəyini asdı.
Bu sözləri eşidəndə, nənəmin gözlərində bu işıqlı dünya qaraldı, geniş cahan ba – şına dar oldu.
Mən nənəmin bu halını görüb :
– Nə oldu, nənə ?!.. Nə deyirlər ?.. – Mən bu sözləri deyəndə, səsimdəki təlaş və həyəcanı hiss etməmək qeyri – mümkün idi.
Nənəm mənə bildirməyə çalışmasa da əl çəkməyəcəyimi görüb :
– Atanı xəstəxanaya aparıblar...
Bu sözləri eşidib, son dərəcə təlaşla :
– Niyə ? Axı, nə olub ? – dedim.
– Yolda onu yaralı tapıblar... – nənəm qırıq səslə cavab verdi. – İndi xəstəxana – dadır. Tez gedək ora...
Mənim o zaman nə hisslər keçirdiyimi anlatmaq mənimçün indi çox çətindir. Bir Allah, bir özüm, bir də bu hissi keçirənlər bilir ki, onda mən hansı vəziyyətdə idim.
Biz hamımız tələm – tələsik yığışıb, xəstəxanaya getdik. Artıq gecə idi. Saat de – mək olar ki, on iki idi. Biz xeyli xəstəxananın dəhlizində gözlədik. Həkimlər dedi – lər ki, atamı reanimasiya şöbəsinə aparıblar. Fəqət qətiyyən ümidverici bir söz de – mirdilər. “ Hələ gözləyək “, “ Allahdan ümid kəsilməz “, “ Hələ cavab tam dəqiq
müəyyənləşdirilməyib “ kimi şablon ifadələrlə bizə cavab verirdilər. Gerçəksə bu idi : həm candan, həm də Allahdan ümid kəsilmişdi.
Amma bizim hər üçümüzün – anam, nənəm və mənim ürəyimə qara xal düşmüş– dü. Qardaşım Cəsuru isə qonşumuzgilə qoyub gəlmişdik xəstəxanaya. Əslində, məni də qoymaq istədilər, amma mən bununla qətiyyən razılaşmadım. Axı, mən balaca uşaq yox, on beş yaşlı yeniyetmə idim.
Nəhayət, həkim palatadan çıxdı və üzünü bizə tutaraq :
– Vahid Məmmədovun yaxınları sizsinizmi ? – dedi.
Nənəm :
– Bəli, mən anasıyam. Bunlar da oğlumun ailəsidir. Oğlum necədir, həkim ? – nənəmin səsində həyəcan, gözündə isə yaş gilələri var idi.
Həkim soyuqqanlılıqla nənəmə cavab verdi. ( səsində, düzünü desək, bir az həyə- can vardı. Axı, o, bu cür xəbərləri insanlara çox demişdi ) :
– Mən, əvvəla, bunu demək istəyirəm ki, sizin oğlunuza doqquz kərə bıçaqla xə –sarət yetiriblər.
Biz dəhşətə gəldik. Həkimsə sözünə davam etdi :
– Mən çox təəssüf edirəm, ancaq bunu deməliyəm ki, sizin oğlunuzun həyatını xilas etmək qəti şəkildə mümkün olmadı. Bunu Allah istəmədi... Başınız sağ olsun. – deyib, bizdən uzaqlaşdı.
Həkimin bu sözlərini eşidəndə, sanki bizim hamımızın başına fırlandı bu qani – çən, qəddar, amansız dünya... Özümüzü itirdik. Mən key kimi idim. Elə bil, beyni– mə hava çatmırdı. Anam da həmçinin.
Nənəm isə tamamilə huşunu itirmişdi. Xəstəxanada ona tibbi yardım göstərib, özünə gətirdilər. Elə bil, qadın bir anın içində əlli il yaşlaşdı.
Həmin gün bizim ailəmiz yasa batmışdı... Necə batmaya bilərdi ki... Nənəm öv – ladını, anam ömür – gün yoldaşını, mənimlə qardaşım Cəsursa atamızı itirmişdik. Bizim bağrımızdan, sanki, ağır, qara bir qaya daşı asılmışdı. Bu, bizim ailəmiz üçün çox ağır, eyni zamanda gözlənilməz itki, olduqca dəhşətli bir faciə oldu. Ya – rası bir ömür boyu sinəmizdə qövr edəcək, heç zaman unudulmayacaq ağrıya sahib olan faciə...
Sonradan polisin araşdırmasından məlum oldu ki, atam evə qayıdanda, onun ( maşınının ) qabağını iki oğlan kəsib, daha doğrusu onu müştəri kimi saxladıb, maşınına minib, az sonra pul istəyiblər və bir az atamı təhdid edəndən sonra onu bıçaqlayıblar.
Atam son zamanlar baş verən qanlı – qadalı hadisələrlə əlaqədar olaraq, maşınına kiçik kamera quraşdırtdırmışdı. Bu kamera vasitəsi ilə hadisə anbaan çəkilib... Hər-gah ki, bu görüntülərə əsaslanaraq, görüntülərdən istifadə edərək, qatilləri saxlayıblar, amma bunun nə faydası var, atamı ki geri qaytara bilməyəcəkdilər...
Bizim şikayətimiz əsasında, müqəssirləri uzun müddətlik azadlıqdan məhrum et– dilər. Həmin mundar insanların ruhu zülmət bir məhbəsə salınmışdır. Bundan onlar özləri də xəbərsizdirlər. Qatillər illər sonra cismani azadlığa çıxsalar belə, ruh – ları əbədi olaraq, məhbəsə məhkum olunmuşdur. Bax, onların ən böyük faciəsi bu– dur.
Özü bilmədən başladı atamın, onun taleyi ilə fələyin oynadığı bu qanlı oyun... O, özü də bilmədən, xəbərsiz bu qanlı oyunun iştirakçısı oldu. Sən demə, fələk bu oyunu oynamaqla, atamı məhv etmək üçün əsas hədəf seçibmiş. Bu qanlı oyunun bircə qaydası var ki, heç bir qaydası yoxdur. Fələyin atamla niyə bu cür qanlı, dəhşətli oyun oynamağının səbəbini və məqsədini hələ də anlaya bilməmişəm. Axı, atamın nə günahı vardı ?!.. Bilmirəm... Atam bu dünyaya gələndə, haradan bilərdi ki, illər sonra fələk onunla son oyununu belə qanlı, dəhşətli sonluq fikirləşərək oy –
nayacaq... Haradan bilərdi, axı ?!.. Münəccim deyildi ki... Bu qanlı oyun onun gözlərini dünya işığına həsrət qoyub, əbədi olaraq bağladı, qanla bağladı... Fələyin qanlı oyunlarından birinin qurbanı seçildi mənim atam...
Doğurdan da taleyin bizimlə oynadığı oyundan baş açmaqda biz həmişə çətinlik çəkirik və daima tale özü öz bildiyini edir. Kimsəni dinləmədən. Bu təbiidir. Axı, biz insanlar taleyin quluyuq, tale bizim yox... Nə qədər taleyimizdən küssək də axırda özümüz onunla barışmalı oluruq. Bu dəfə də belə... Bu dəfə də taleyin bu qanlı, məkrli oyunu ilə barışdıq. Guya barışmayıb neyləyəcəkdik ki... Əlacımız nə idi ?!..
Atamın ruhsuz bədənini xəstəxanadan evə apardıq... Və tanış – bilişlər, qonum – qonşular eşitdikcə, bizə gəldilər... Dərdimizə şərik olmağa çalışdılar... O soyuq qış gecəsi bizim də ürəyimizə çovğun, soyuq gətirib, könlümüzü, ruhumuzu üşütdü... O soyuq qış gecəsi amansız oldu... Atamın ruhunu ərşi – əlaya qaldırdı.
Atamın cəsədi olan evdən yalnız və yalnız ah – nalə, ağlaşma duyulurdu. Nənəm övladına, anam ömür – gün yoldaşına, biz atamıza, qonum – qonşular isə bu vaxt – sız – vədəsiz ölümə, bizim dərdimizə ağlayırdılar. Fəqət kimsə bizim dərdimizə çarə edə bilməzdi.
Atamın ölümünün səhəri günü onu göz yaşları ilə son mənzilə yola saldıq. Atam vəfat edəndə, onun qırx dörd yaşı vardı.
O gündən qonum – qonşular mənə :
– Elçin, artıq bu gündən belə evin kişisi sənsən. Bu yük sənin çiyinlərinə düşür. Möhkəm ol, mərd ol! Heç kimə və heç nəyə Allahdan başqa əyilmə, atan kimi! Biz bilirik ki, sən ailənə arxa, dayaq ola biləcəksən! Axı, kişilik, əyilməzlik dərsini Vahiddən almısan! Biz inanırıq ki, sən polad kimi əyilməz, dağ kimi sarsılmaz olacaqsan! Qardaşın hələ balacadır... Artıq bütün ümidlər sənədir. Ümidləri doğ – rultmaq sənin öhdənə düşür...
Atamın ölümündən sonra əsas təsəllim budur ki, atam öz ömrünü həmişə şərəflə, ləyaqətlə, halal yaşayan biri olmuşdur. Onun yaşadığı bu şərəfli ömür, halal zəh – məti ilə qazandığı ruzi onun ruhunu daim insanların gözündə, qəlbində uca edə – cəkdir.
İndi atam mənim tez – tez yuxularıma gəlir... Hələlik, bizim bir – birimizlə görü–
şə biləcəyimiz yeganə yer yalnız və yalnız xəyallar, röyalardır... Axı, mən fələyə, ya da əcələ nə yamanlıq etdim ki, səni, hələ səndən doymamış hədəf seçib aldı apardı ?! – dedim və bahar buludlarının tökdüyü leysan yağışlar kimi ağlayaraq, özümün digər insanlarda acizlik əlaməti hesab etdiyim göz yaşları ilə həyəcandan, qubardan qızarmış yanaqlarmı qızılgül yarpağıtək islatdım... ( Mənim yanaqlarım həmişə qırmızı olur.)
Beləcə, mən heç vaxt “ heç vaxt “ deməməyi öyrəndim.
Bu zaman mənim gözüm yollara, uzun, sonsuz, nəhayətsiz yollara kimi isə gözlə-yirmiş kimi zillənmişdi. ( Bəlkə də, beynimin bağlı qatlarında kimi isə gözləyir –
dim, amma bundan özüm xəbərsiz idim...) Hansısa uzaqlıqdan atamın xəyalı göz –
lərimin önündə anidən çıxıb gəlib zahir olub, bu yollarda qeyb oldu. Anladım ki, atam həmişə ruhən mənimlədir... Mənim qəlbimdədir... O, məni görür, izləyir və hərdən də mənə elə gəlir ki, hansısa bir çətinlikdə mələk kimi qanadlarını açaraq, məni qoruyur... Mən bunu hiss eyləyə bilirəm...
Yadıma atamın dəfn günü düşdü. Onun cənazəsini apararkən, bizim evdən mə – zarlığa aparan yolda bir insan karvanı var idi. Hərə bir şey fikirləşir, danışırdı. Mənimsə düşündüyümü məndən başqa kimsə bilmirdi... Sanki o zaman mən qor – xulu bir nağılın, tilsimin içində idim... Bu, atamla keçirdiyim günlərin nağılının sonu idi... Acı sonluğu...
Sanki, mən atamın məni duyduğunu hiss edib, yollara nəzər salaraq : “ O nəha – yətsiz, sonu görünməyən yollar bizi bir – birimizdən necə uzaqlaşdırdı, talelərimizi necə ayrı saldı, bunu heç özümüz də bilmədik...” – deyə, qəhər dolu qəlbimdə ata – mın ömür boyu, mən yaşadığm müddətdə hər zaman mənimlə olacaq xəyalına, varlığına xitab etdim.
“ Şəhərli sirdaşım “ la bu dəfəki söhbətimi burada tamamlayıb, ayağa qalxdım ki, evə gedəm. Gördüm ki, göy üzündən yanağıma xırda – xırda yağış damlaları dü – şür... Sən demə, dənizlə bərabər nəhayətsiz səma da mənim söhbətimə qulaq asıb, indi də mənim taleyimin qəmli əhvalatına göz yaşları axıdırdı...
Beləliklə, mənim xatirələr limanına çatmaq üçün uzun yol qət edən o nisgillə yüklənmiş xatirə gəmim yavaş – yavaş son dayanacağına – xatirələr limanına yan alırdı...