manera.az
manera.az

Amerikada məktəb cinayətləri

📅 29.03.2018 11:39

Amerikada məktəb cinayətləri
Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısını təqdim edirik.

Bir zamanlar Amerika şəhərlərindən başlayan, artıq ştatlarına yayılan məktəb cinayətləri dalğa-dalğa çoxalmaqdadır. ("Həyatımız üçün yürü", March For Our Live).

Amerika məktəblərində silahlı hücumlara qarşı martın 24-də (şənbə günü) ABŞ-ın Meriland və Virciniya ştatları arasında yerləşən, paytaxt Vaşinqtonun Kolumbiya bölgəsində (Washington DC - District of Columbia) təşkil edilən mitinqdə əksəriyyəti gənclərdən ibarət 500 min adam iştirak etdi. İbtidai sinif şagirdinin əlində tutduğu "Mən məktəbə fıstıq da gətirmirəm, silahlara yox deyirəm" yazılı kardon-plakatı isə daha təsiredici idi.

“Amerika məktəblərində cinayətlər” mövzusu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.

Məktəb cinayətləri.

Amerika Briləşmiş Ştatlarında məktəb qətlləri gün-gündən artır. Uşaqlar, ailələr, ağıllı insanlar haqlı olaraq bu cinayətlərə mənfi reaksiya göstərir və tədbir görülməsi üçün nümayişlər təşkil edirlər.

Ən son Florida ştatında bu ilin (2018) fevral ayında baş verən məktəbə silahlı hücumda 17 uşaq öldürüldü. Qeyd edək ki, 2012-ci ildə Konnetikuta (Conneticut) ştatındakı hücumda 26, 2007-ci ildə Virciniyada isə 32 şagird qətlə məruz qalmışdı.

Amerikada hər il yüzlərlə uşaq silahlı hücumlarda öldürülür. Gündəlik 5-19 uşaq ölüm hadisəsi baş verir, bunu internetdən də maraqlanıb təsdiq edə bilərsiniz. Bu da o deməkdir ki, ABŞ-dakı məktəb hücumları dünyanın hər yerindən iki dəfə artıq baş verir.

Ümumi cinayətlər.

Amerika Birləşmiş Ştatlarındakı məktəb cinayətləri əslində ölkə səviyyəsində geniş yayılmış silahlı hücumların bir təzahürüdür. Ümumi götürdükdə, dörd fərqli kateqoriyada cinayət baş verir Amerikada:

Silahlı hücum və qarşıdurmalar.
Silahlı qəzalar.
İntiharlar və
Kütləvi hücumlar.
Hazırda ABŞ-da hər gün 92 nəfər yalnız silahlı hücum nəticəsində həyatını itirir. 1970-ci ildən bu günə qədər 1,5 milyon insan silahlı hücum nəticəsində ölüb. Bu say Amerikanın döyüşlərdə olan itkilərindən daha çoxdur. Məsələn, 2017-ci ildə Nevada ştatında 58, 2016-cı ildə Floridada 49 nəfər silahlı hücum qurbanı olub.

Kütləvi qətllərin çox olması, birinci növbədə, Amerikada silah sahibinin çox olması ilə izah oluna bilər. Amerikalılar dünya əhalisinin 4.4 faizini təşkil edir, amma silahdaşıma dərəcəsi 42 faizdir. Görünür buna görədir ki, dünyadakı kütləvi hücumların 31 faizi ancaq Birləşmiş Ştatlarda baş verir. Amerikadan sonra isə ikinci yerdə adambaşına düşən silah sayına görə Yəmən gəlir.

Cinayət nisbətləri.

Amerika Birləşmiş Ştatlarında cinayət işləmə səviyyəsi dünya göstəricilərinə görə olduqca yüksəkdir. Federal İstintaq Bürosunun (FBI) məlumatına görə, ABŞ-da 2016-ci ildə 1 milyon 195 min 704 ağır cinayət törədilib, 15 min 696 nəfər öldürülüb. Bu cinayətlərin 71,5 faizi odlu silahlarla edilib. Qurbanlara polislər tərəfindən öldürülən adamlar da daxildir. Məsələn, 2016-cı ildə təkcə polisin öldürdüyü adam sayı 1152 nəfər olub. Ona görə dünyada cinayətin ən çox olduğu yer Amerika Birləşmiş Ştatları sayılır. Ölkədə son bir ildə 90 min 185 cinayət hadisəsinin baş verdiyi bildirilir. Hücuma məruz qalanların 62 faizi 18 yaşından, 29 faizi isə 11 yaşından kiçiklərdir. (http://www.milliyet.com.tr/abd-nin-korkunc-suc-istatistikleri-istanbul-yerelhaber-2501762/)

Bu cinayətlərin hədsiz azadlıqla əlaqəsi varmı?

Məktəb və ümumi cinayətlər haqqında Amerikadakı fikir mübadilələrinə nəzər yetirdiyimiz zaman görürük ki, mübahisələr əsasən konstitusiyanın verdiyi silahdaşıma azadlığı maddələrilə bağlıdır. ABŞ konstitusiyasının silahdaşıma azadlığı amerikalılara dövlətin verdiyi əsas və dəyişməz haqlardan biri olaraq qəbul edilib.

Amerika böyük bir coğrafiyada yerləşən ucsuz-bucaqsız bir yerdir. Tarixi də qırmızıdərililərdən torpaqlarının alınması və öz içindəki gərgin münaqişələrlə doludur. Bu səbəbdən ölkədə silahdaşıma azadlığı qanuniləşdirilib. Amma konstitusiya azadlıqları kontekstində silah daşımaq istəməyən və ya amerikalı olmayanlar da var.

Hər il minlərlə insanın öldürüldüyü bir ölkədə mübahisənin həllinə maraqlı təkliflər var. Məsələn, ABŞ prezidenti Donald Trampın qəribə təklifi kimi. Məktəbə fevral ayında olan son silahlı hücumdan sonra ABŞ prezidenti təklif etdi: “Müəllimləri də silahlandırmaq lazımdır”. Və Floridada bu təklif ştat parlamentindən keçdi.

Amerika məktəblərində hər il yüzlərlə şagirdin öldürüldüyü, az qala hər kəsin silahlı olduğu bir ölkədə müəllimləri də silahlandırmaqla məsələ necə həll olunacaq, görəsən? Məktəbə silahlı hücumların qarşısını almaq üçün müəllimlərə daha keyfiyyətlimi silahlar veriləcək?

Şagirdlər də müəllimlərindən daha güclü silahlar əldə edərsə, vəziyyət necə olar? Onda müəllimlərə nüvə silahlarımı verilər?

ABŞ beynəlxalq arenada bəzi ölkələrin silahlanma yarışına qarşı çıxır, amma öz ölkəsində müəllim-şagid silahlanması yarışını qəbul edir. Heç ağlabatan deyil.

Nə edilməlidir?

İspaniyanın tanınmış yazıçısı Orteqa Qasset (Ortega Gasset) yazır: “Maddi sivilizasiya da problem deməkdir. İnkişaf artdıqca üzləşilən təhlükə də böyüyür”.

Bəli, məktəb və ümumi cinayətlərlə mübarizə məsələsinə “hədsiz azadlıqlar” və ya “silahlar” prizmasından baxınca, bu, belədir. Amma başqa səbəblər də var. Bəzən qatillər nə etdiklərini və necə edəcəklərini bütün açıqlığı ilə sosial mediada paylaşır. Amerika yazıçısı Adam Lankfordun sözlərilə desək, “Kütləvi qətllər Amerika silah vərdişi, şagirdlərə fövqəladə olduqları və istədikləri hər şeyi əldə edə biləcəkləri doktrinasının aşılanması ilə əlaqədardır. Xüsusilə, ailə içində böyüməyən, sahibsiz, boşluq içində olan gənclər müasir Amerika mədəniyyətinin qıcıqlandırıcı, tətikləyici mühitində özlərini cinayət törətməklə isbatlamaq istəyir”.

ABŞ bir çox ölkədə terror və müharibələr törətdiyi üçün çoxlu ölümlərə səbəb olan bir dövlətdir. Amma özündə də kütləvi qətllər törədilir, Amerika vətəndaşı Amerika vətəndaşını öldürür. Görünür, ABŞ-dakı kütləvi cinayətləri sadəcə tərksilah və konstitusiya azadlıqları kontekstindən deyil, sosioloji, psixoloji, pedoqoji, patoloji və mədəni cəhətlərindən də analizə ehtiyac var. Yəni təhlillərə maddi rifaha çatmış bir cəmiyyəti tənzimləyəcək mənəvi ehtiyac da mütləq əlavə olunmalıdır.

Beləliklə, beynəlxalq arenada getdikcə hücumçu mövqedə olan bir dövlətin vətəndaşları ölkə içində təhlükəsizliklərini itirmək üzrədir. Elə isə, Amerikanı dünyanın başqa ölkələri ilə müqayisə olunmayacaq dərəcədə silahlanmaya nə vadar edir? Bu vəziyyət dərin fərdi və ictimai təhlükəsizlik böhranının bir əksi deyimli? Ümid edirik ki, Amerikadakı nümayişlər nəticəsiz qalmaz. Çünki insan həyat hər şeydən qiymətlidir. /trt.net.tr/

Amerikada məktəb cinayətləri
Professor Kudret Bülbül


Baxış sayı - 1 465 | Yüklənmə tarixi: 29.03.2018 11:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031