manera.az
manera.az

BXA-da müəllif konserti keçirilib

📅 22.12.2017 12:43

BXA-da müəllif konserti keçirilib
Bakı Xoreoqrafiya Akademiyasında Musiqi fənləri kafedrasının təşkilatçılığı ilə bəstəkar-pianoçu, əməkdar mədəniyyət işçisi, dosent Eldar Dadaşovun müəllif konserti keçirilib.

MANERA.AZ xəbər verir ki, konsert çərçivəsində akademiyanın bakalavr və magistr tələbələri E. Dadaşovun müəllifi olduğu “Xatirə”, “Ayrılıq” , “ Azərbaycan”, “Odlar ölkəsi” , “Yadına düşəcəyəm” və digər musiqi kompozisiyalarını səsləndiriblər.

Konsertə dəvət olunan qonaqlar arasındaAzərbaycan Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Respublikasının əməkdar artisti Zemfira Qafarova, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, bəstəkar musiqişünas, Gülnaz Abdullazadə konsert öncəsi çıxış edərək Eldar Dadaşovun yaradıcılığı haqqında fikirlərini tamaşaçılarla bölüşüblər.

BXA-da müəllif konserti keçirilib
BXA-da müəllif konserti keçirilib


Baxış sayı - 1 100 | Yüklənmə tarixi: 22.12.2017 12:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031