manera.az
manera.az

Gənc Tamaşaçılarda “Qonaqlıq”

📅 06.12.2017 12:15

Gənc Tamaşaçılarda “Qonaqlıq”
Dekabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Əhməd Orucoğlunun ssenarisi əsasında hazırlanmış "Qonaqlıq" musiqili komediyası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, əsas rolu Xalq artisti Cəfər Namiq Kamalın ifa etdiyi komediyada ADGTT-nın aktrisaları Zemfira Əbdülsəmədova və Hüsniyyə Əhmədova da çıxış edəcəklər.

Qeyd edək ki, uzun illər öncə bu janrlı tamaşalar hazırlanardı və kiçik yumoristik səhnələrdən, parçalardan hazırlanmış belə tamaşalar həmişə tamaşaçı marağına səbəb olardı. Xeyli fasilədən sonra bu tipli tamaşalara ehtiyac yarandığını hiss edən yaradıcı heyət bir saat yarım davam edən komediyada ailə-məişət mövzusuna, sosial və ailə daxili problemlərə həsr olunmuş müxtəlif səhnəciklər və monoloqlarla tamaşaçılara gülüş ziyafəti verəcəklər.


Baxış sayı - 1 094 | Yüklənmə tarixi: 06.12.2017 12:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031