manera.az
manera.az

Gənc istedad

📅 16.11.2017 12:11

Gənc istedad
İncəsənət bir dildir, ifadə şəklidir, insanın özünü axtardığı yollardan biridir. Zaman-zaman incəsənəti insanlara çatdırmağa, duyurmağa çalışan sənətkarlarımız, rəssamlarımız bu sahədə öz sözlərini deyiblər. Elə müasir dövrümüzdə də müxtəlif mövzulu, maraqlı sənət əsərləri ərsəyə gətirən gənc yaradıcı insanların sayı az deyil.

Belə gənc istedadlardan biri də hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kino və Televiziya rəssamlığı üzrə təhsil alan Pərviz Ələkbərlidir.
O, 1999-cu ildən Respublika üzrə İncəsənət gimnaziyasına daxil olub, buranı bitirdikdən sonra 2011-2012- ci illərdə bir sıra TV proqramlarının quruluşçu rəssamı vəzifəsində çalışıb. 2012-ci ildə Türkiyədə Ərzurum Atatürk Universitetinin rəngkarlıq faküləsinə daxil olmuş,üç il burda təhsil aldıqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə keçid edib.

Müsahibə zamanı bura gəldiyinə, burda təhsil aldığına peşman olmadığını və əksinə ölkəmizdə incəsənətin daha çox inkişaf etdiyini, daha çox önəm verildiyini bildirir. Onun yaradıcılığı janr, mövzu müxtəlifliyi ilə seçilir. Həm portret nümunələri, həm də bir sıra süjetli kompozisiyalar ərsəyə gətirib. Rəssam portretlərini digər bəzi rəssamlar kimi sifariş üçün deyil, öz həvəsindən, peşəsinə sevgisindən irəli gəldiyi üçün təsvir etdiyini bildirir. Eyni zamanda Eduard Mane, Rembrandt kimi dünya rəssamlarının portret nümunələrinin məharətlə surətlərini yaradıbdır.

Gənc rəssamın maraqlı işlərindən biri də “ Habil və Qabil” adlı bəzi hədislərdə adları çəkilən dini şəxsiyyətlərin təsvirləridir. Rəssam, Qabilin sonda qardaşını paxıllığından öldürdükdən sonra keçirdiyi peşmançılıq hisslərini təsvirlərdəki üz ifadələri ilə aydın surətdə tamaşaçıya çatdırmağı bacarıb. Tamaşaçı bu süjeti bilməsə belə təsvirlərdən ona hər şey öz ardıcıllığı ilə aydın olur. Buda gənc rəssamın öz peşəsində ustalığından xəbər verir. Qeyd edək ki, rəssam bu təsvirləri Allahın elçiləri adlı kitabın tərtibatı üçün işləyib. Müsahibə zamanı rəssam incəsənətimizə yenilik gətirməyi, daim ölkəmizi digər xarici ölkələrdə təmsil etmək istədiyini bildirir.

Azərbaycan gəncliyi bütün dövlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deməyi bacarıb. Vaxtilə xalqımızın başına gətirilən müsibətlər Pərvizin də yaradıcılığından yan keçməyib. Belə ki, o, qəlbimizin dərinliklərində sağalmaz yara kimi göynəyən Xocalı soyqırımına həsr etdiyi “ Dərdimizin qan rəngi” adlı rəsm əsərində həm mətbuatı, həm də rəssamlığı bir araya gətirəcək ideyanı əks etdirib. Qeyd edilən təsvirdə obyektiv yazılar və ermənilərin qeyri-insani qəddarlıq və vəhşiliyinin real görüntüləri öz əksini tapıb.

Pərviz Ələkbərli özünün mövzu rəngarəngliyi ilə fərqlənən əsərləri ilə həm ölkəmizdə, həm də xaricdə keçirilən bir sıra sərgilərin iştirakçısı olub.
2001-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Bakı şəhəri internat məktəbləri arasında keçirilən rəsm sərgisinin, 2004-cü ildə “Yurdumuza Bahar gəlir” adlı sərginin qalibi olub, 2008-ci ildə Yaponiyada keçirilən “Dünya Ekologiya sərgisi”ndə iştirakına görə diplomla təltif olunub, 2010-cu ildə Respublika İncəsənət Gimnaziyasını fərqlənmə diplomu ilə bitiribdir.

Burada təhsil aldığı illərdə müəllimləri Azər Ələkbərov və Əskər Əskərovun, Atatürk universitetində Fikrət Haşımovun, hazırda təhsil aldığı universitetdə rənkarlıq müəllimi Rəşad Cabbarovun və kino rəssamı kimi formalaşmasında Rafael Əsədovun xüsusi rolunu qeyd edir, və onların yaradıcılığını yüksək qiymətləndirir.Gənc rəssam eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərən Arif Əziz və Xanlar Əhmədov kimi incəsənətimizin görkəmli nümayəndələrinə də öz minnətdarlığını bildirir.

Sahibə NƏSİBOVA,
AMİU-nun Rəssamlıq fakültəsi,
Sənətşünaslıq ixtisasının III kurs tələbəsi


Gənc istedad
Gənc istedad
Gənc istedad
Gənc istedad
Gənc istedad


Baxış sayı - 1 927 | Yüklənmə tarixi: 16.11.2017 12:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031