manera.az
manera.az

Azərbaycanda ilk təhsil ekosisteminin açılışı oldu

📅 08.11.2017 10:48

Azərbaycanda ilk təhsil ekosisteminin açılışı oldu
Bu günlər WLC (World Language Center) mərkəzi ilk çoxfunksiyalı təhsil ekosisteminin yaradılması çərçivəsində, rəsmi olaraq Language Cafe-sini açıb.

İsti və səmimi atmosferdə keçən açılışda, Azərbaycanın bir çox media nümayəndələri, IELTS müəllimləri, iş adamları və WLC-nın dostları iştirak ediblər.Tədbir zamanı qonaqlara ekosistemin inkişaf ideyaları və konseptual məkanı təqdim olunub.

“WLC mərkəzi yaratmaqla, biz həmişə çalışmışıq ki, yeni dil öyrənmək, ya da xaricdə təhsil almaq istəyən hər kəs, maksimal rahat şəraitdə buna nail ola bilsin və ekosistemin yaradılması bu istiqamətdə inkişafın məntiqli bir addımı idi. Lakin biz bununla kifayətlənmək fikrində deyilik və gələcəkdə əziz şagirdlərimizi daha möhtəşəm yeniliklərlə sevindirməyə davam edəcəyik", açılış mərasimində şirkətin icraçı direktoru İradə Əliyeva vurğulayıb.
İnsanlar xarici dilləri fərqli səbəblərə görə öyrənir. Bəziləri sevdikləri əsəri orijinalda oxumaq istəyir, diqərlərinə xarici dil təhsildə və yaxud işdə gərəklidir, başqaları isə xarici ölkələrə səyahət etdikdə, və ya köçmək istəyəndə müəyyən baryerlərlə qarşılaşmaq istəmir. Lakin, ən azı iki dil bilən insanlar bir olub deyər ki, bu biliklər yalnız dünyanı başqa gözlə görməkdə deyil, həmçinin də üzünüzə çoxlu qapılar açmaqda kömək edə bilərlər. Məhz bu məqsədlərə nail olmaq üçün WLC (World Language Center) mərkəzi ilk çoxfunksiyalı təhsil ekosisteminin yaradılması çərçivəsində Language Cafe-ni açdı.

Təhsil ekosisteminin əsas özəllikləri nədən ibarətdir? Xarici mütəxəssislərin dəvəti ilə mümkün olan, həm öz nəşriyyatında dərc edilmiş dünya ədəbiyyatı kitablarının, həm də xarici dillərin öyrənməsi üzrə müasir metodika kitablarının olduğu geniş kitabxananın yaradılması, kiçikdən böyüyə kimi hər kəs üçün rahatlıq və yenilikçi yanaşma. Mədəniyyət tədbirləri, təlimlər və seminarlar, həmçinin yazıçılar ilə görüşlər keçirmək üçün nəzərdə tutulan Language Cafe-nin açılışı Azərbaycanda ilk təhsil ekosisteminin yaradılmasında bir addımdır.

İki ildən artıqdır ki, xarici dil öyrənməklə yanaşı, WLC (World Language Center) IELTS-in rəsmi sınağını aparır və xaricdə təhsil almaqda kömək edir.


Baxış sayı - 1 181 | Yüklənmə tarixi: 08.11.2017 10:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031