Kitabçılar üçün konfrans – Bakıda

Sentyabrın 28-də saat 15:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Türkiyənin Azərbaycandakı Səfirliyi Kültür və Tanıtım müşavirliyinin təşkilatçılığı ilə keçiriləcək “Türkiyə - Azərbaycan nəşriyyatı” adlı konfransın açılış mərasiminə keçiriləcək.
Manera.az xəbər verir ki, açılış mərasimində səfirlik nümayəndələri, Türkiyənin və Azərbaycanın nəşriyyat müdirləri, yayım evlərinin rəhbərləri, ədəbiyyat adamları, media nümayəndələri və s. iştirak edəcək.
Tədbirdə kitabçılığın inkişaf etdirilməsi yolları, Türkiyə-Azərbaycan əlaqələri, bu sahədə həyata keçiriləcək layihələr haqda məruzələr oxunacaq.
Qeyd edək ki, konfrans 30 sentyabra qədər davam edəcək.