manera.az
manera.az

“Faciə: Janriçi mutasiyalar” kitabının təqdimatı olub

📅 23.10.2017 00:05

“Faciə: Janriçi mutasiyalar” kitabının təqdimatı olub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) teatrşünaslıq kafedrasının müdiri, professor, Əməkdar İncəsənət Xadimi Aydın Talıbzadənin “Faciə: Janriçi mutasiyalar” kitabının təqdimatı keçirilib.

ADMİU-dan MANERA.AZ-a bildirilib ki, tədbirdə universitetin rektoru, professor, Əməkdar İncəsənət Xadimi Fərəh Əliyeva “Faciə: Janriçi mutasiyalar” kitabının məziyyətlərindən danışıb, müəllifə yaradıcılıq uğurları arzulayıb.

Universitetin professor və müəllimləri Məryəm Əlizadə, Gülşən Əliyeva, Əli Əmirli, Kamilə Dadaşzadə, Fəridə Cəlilova, Vidadi Qafarov, “Kritika” nəşriyyat evinin nümayəndəsi Sayalı Həsənzadə və digər qonaqlar həm müəllif, həm də təqdim olunan kitab haqqında fikirlərini bölüşüblər.

Aydın Talıbzadə müəllifi olduğu “Faciə: Janriçi mutasiyalar” kitabında dünya mədəniyyətində mövcud olan problemləri işıqlandırdığını və yeni nəşrin oxucular tərəfindən dəyərləndiriləcəyinə ümid etdiyini bildirib.

“Faciə: Janriçi mutasiyalar” kitabının təqdimatı olub
“Faciə: Janriçi mutasiyalar” kitabının təqdimatı olub


Baxış sayı - 957 | Yüklənmə tarixi: 23.10.2017 00:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031