manera.az
manera.az

Məşhur İran yazıçısı Bakıya gəlir

📅 10.10.2017 13:40

Məşhur İran yazıçısı Bakıya gəlir
Oktyabrın 14-ü, saat 15:00-dan 17-30-a qədər AMEA-nın Mərkəzi Elmi Kitabxanasında məşhur iranlı yazıçı Mustafa Məsturun "Mən sərçə deyiləm" kitabının müzakirə və imza mərasimi keçiriləcək.

MANERA.AZ-ın verdiyi məlumata görə, imza günü "İran kitab günləri" çərçivəsində reallaşacaq.

Əsərləri 20-dən çox dilə tərcümə edilən Mustafa Məstur İranın yaşayan ən məşhur yazıçılarından biridir. Onun “Tanrının ay üzündən öp” adlı romanı on beş il ərzində altmış dəfədən çox yüksək tirajla çap olunub. Bu romanı yazara 2000 və 2001-ci illərdə ard-arda ilin ən yaxşı romanı nominasiyası üzrə İranın nüfuzlu “Qızıl qələm” mükafatını qazandırıb və bir çox dünya dillərinə tərcümə edilib.

Mustafa Məstura daha da şöhrət qazandıran onun “Cüzamlı əllər və donuz sümüyü” romanıdır. Kitab 30 dəfə təkrar nəşr edilib və türk, rus, ərəb, italiyan dillərinə tərcümə edilərək dünyada tanınıb.

"Mən sərçə deyiləm" romanına da bir mənada bu əsərin davamı kimi baxmaq olar. Belə ki, roman yazarın “Cüzamlı əllər və donuz sümüyü” adlı əsərindəki müharibədə xəsarət alan Daniyal obrazının müəmmalı taleyinə işıq salır.


Baxış sayı - 1 450 | Yüklənmə tarixi: 10.10.2017 13:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930