manera.az
manera.az

Tanınmış aktyorun evində oğurluq

📅 09.09.2017 10:14

Tanınmış aktyorun evində  oğurluq
Bakıda tanınmış aktyorun evindən oğurluq olub.

MANERA.AZ-ın məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində baş verib.

Qaraçuxur qəsəbəsi, 40/42/48/60 məhəllə, ev 4, mənzil 92-də yaşayan Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovun evindən oğurluq edilib.

Aktyorun verdiyi məlumata görə, sentyabrın 8-də qardaşının evlənəcəyi xanımın qız toyu olub. Ailə toya gedib və evdə heç kim qalmayıb. Ailə üzvləri evə sentyabrın 9-u saat 00.15-də qayıdıb və oğurluq edildiyinin şahidi olub. Elnur Kərimov bildirib ki, qardaşının toyu üçün saxladıqları 2000 manat pul və külli miqdarda qızıl-zinət əşyaları aparılıb.

Hazırda hadisə yerində Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları müayinələr aparır, mənzildən əl-barmaq izləri götürülür. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlanılıb.


Baxış sayı - 1 230 | Yüklənmə tarixi: 09.09.2017 10:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031