manera.az
manera.az

Hikmət Hacızadə: “Səməd Vurğun mənasızın biridir"

Hikmət Hacızadə: “Səməd Vurğun mənasızın biridir"
“Ədəbi səviyyəsi kifayət qədər yüksək olmayanlar Vurğun haqqında bu cür danışa bilər”


Azərbaycan ədəbiyyat tarixinin ilk Xalq şairi, ana dilinin şəhd-şirəsinin yaradıcılığında mükəmməl səviyyədə əks etdirən Səməd Vurğun barəsində neqativ fikirlər yenidən “gün işığına çıxıb”. Qeyd edək ki, bu, nə birinci, nə də axırıncıdır. Azərbaycanın qısa müddətdə Rusiyada səfiri olan Hikmət Hacızadədən də əvvəl də şair haqqında bu cür fikirlər səsləndirilib:

“Səməd Vurğun mənasızın biridir, qeyri-ciddi adamdır. Nə qədər də adam satıb. Camaatın beyninə soxublar onu, indiyə qədər də çıxmır ordan. “Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir”. Niyə Ağcaqumda gedən qatar Piter fəhləsindən xəbərsiz olmalıdır? Mən bunu başa düşə bilərəm. Onda bu cür axmaq-axmaq şeylər var. Adamların beyninə yeridiblər. Küçə də veriblər adına, böyük heykəl də qoyublar. Ondan qat-qat güclü, səmimi və doğru şairlərimiz əzab-əziyyət içində ölüb. Hüseyn Cavid, Müşfiq...”.

Səməd Vurğun artıq 60 ildən çoxdur ki, dünyasını dəyişib. Onun barəsində deyilən bu cür hədyanlar şairin ədəbi nüfuzuna, onun poeziyadakı yerinə nə dərəcədə mənfi təsir edə bilər?

Yazıçı-dramaturq, elm xadimi Firuz Mustafa açıqlamasında məsələyə fərqli müstəvidən yanaşıb:

“Əksinə, bu cür mübahisələr Səməd Vurğunu daim gündəmdə saxlayır. Səməd Vurğun sağlığında və Sovet dönəmində çox təriflənib. Görünür, tənqid də lazımdır. Tənqid lazımdır, amma təhqir yox. Mən hər cür təhqirin əleyhinəyəm. Siyasətçi dostumuza yaraşmayan ifadədir: “Səməd Vurğun mənasızın biridir". Yalnız ədəbi səviyyəsi kifayət qədər yüksək olmayanlar bu cür danışa bilər..."/ Moderator.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930