manera.az
manera.az

Televiziya dözülməzdi, qəzetlər isə ondan da betərdi- Viktor Pelevinlə müsahibə/ MANERA.AZ

Televiziya dözülməzdi, qəzetlər isə ondan da betərdi- Viktor Pelevinlə müsahibə/ MANERA.AZ


Manera.az Viktor Pelevinlə müsahibəni təqdim edir. Müsahibəni yazar İkinci Mahmud tərcümə edib.

Viktor Pelevin Zalsburq festivalında “Xarici proza” nominasiyası üzrə “Nonino” mükafatına layiq görüldükdən sonra italyan qəzetlərindən birinə (“Corriere Della Sera”) müsahibə verib. Müsahibəni 12 aprel 2001-ci ildə news.list.ru portalı rus dilində dərc edib. Həmin müsahibəni sizə təqdim edirik:

On illik keçid dövründə (SSRİ-nin süqutundan 2001-ci ilədək keçən dövr nəzərdə tutulur – Tərc.) formalaşmış rus gəncliyi Pelevini “kult yazıçı” adlandırır. Onun Şərq fəlsəfi cərəyanları üzərində formalaşmış individual yanaşma tərzi qısa zaman ərzində bütün idealogiyalardan məhrum olmuş bu gənc nəslin diqqəti cəlb etməyə başladı. O, reklamı və kütləvi informasiya vasitələrini amansızcasına tənqid edərək hər kəsin mübarizə aparmalı olduğu düşmənin yerini nişan verdi.


– Viktor Oleqoviç, necə oldu ki, siz aviamühəndislik fakültəsini bitirməyinizə baxmayaraq, yazıçı olmaq qərarına gəldiniz?

– Çünki səhərlər tezdən oyanıb işə getməyə həvəsim yox idi...


– Demək, axşamlar işləmək sizinçün daha rahatdır?

– Məndən olsaydı, heç, ümumiyyətlə, işləməzdim, amma bu cür də alınmır. Əslində, hər səhər tezdən oyanmaq lazım gəlir, çünki səhərlər yazmaq üçün ideal vaxtdır; küçə – sakit, hava – təmiz. Həm də bununla əlavə üstünlük qazanmış oluram: əl-ayağıma dolaşan olmur. Xasiyyətim elədir ki, məcburi ünsiyyətlərə dözə bilmirəm. Amma onu da deyim ki, insanlarla ünsiyyətə girməkdə çətinlik çəkmirəm, bu, məndə yaxşı alınır.


– Sizi özünüzün “Vavilon” romanınızda “P nəsli” – axırda da məlum olur ki, “P” elə “Pepsi-Cola” demək imiş – adlandırdığınız nəslin yazıçısı hesab etmələri xətrinizə dəymir ki?

– Bilirsiz, bu “nəsil” anlayışının özü həddindən artıq amerikansayağı səslənir. Amerikda nəsil var. Rusiyada isə hansısa nəslin yazıçısı olmaq istəyirsənsə, gərək, əvvəlcə o nəsli özün uydurasan.


– Siz uydurduğunuz kimi?

– Yox. Mənim kitabım hansısa nəsil haqqında deyil, o, daha çox KİV və reklam haqqındadır. Mənim əsərim istehlakçı mədəniyyətin Rusiya kimi kasıb ölkədə necə kök atması haqqındadır.


– Rusiya kasıb ölkədir?

– Əgər Moskvadan 200-cə km uzaqlaşsanız, görərsiz ki, Rusiya necə də kasıb ölkədir, amma paytaxtın iki addımlığından keçən Rublevski şossesi ilə gedə-gedə ətrafdakı villaları seyr etsəniz, düşünəcəksiz ki, varlı ölkədir. Çox şey situasiyadan asılıdır. Məsələn, Sovet dönəmində yaşayış səviyyəsi, ola bilsin ki, indikindən bir o qədər də fərqli deyil idi. Amma Qərb göstəriciləri ilə müqayisədə bu, çox aşağı hesab edilirdi. Məsələ burasındadır ki, kütlənin bundan xəbəri yox idi, ona görə də, özlərini kasıb saymırdılar.


– Bəs siz özünüz Rusiyanı necə görürsüz?

– Mən Rusiyanı görmürəm, mən Rusiyada yaşayıram. Mənimçün Fransa, Böyük Britaniya və ya İtaliya haqqında təəssüratlarımı bölüşmək daha asandı, çünki bu ölkələrdə gec-gec oluram. Rusiya mənimçün obyekt deyil, əksinə, mühitdir. Mühitdən zövq də almaq olar, onunla mübarizə aparmaq da. Mənimçün “Rusiya” – siz jurnalistlər onu belə qəbul edirsiz – mücərrəd anlayışdır. Mənimçün “Rusiya” – yaşadığım ev və velosiped sürməyə getdiyim meşədir.


– Hər halda, ölkənizdə gedən proseslər haqqında nəsə bir söz deyə bilərsiz, düz deyil?!

– Yox, deyə bilmərəm. Artıq iki ildir ki, nə televizora baxıram, nə də qəzet oxuyuram. Televiziya dözülməzdi, qəzetlər isə ondan da betərdi. Qərblə müqayisədə Rusiya qəzetləri daha iyrəncdirlər, neqativ enerji ötürməkdən başqa bir işə yaramırlar.


– Belə de! Axı indi Rusiyada mətbuat azaddır, amma siz bu cür danışırsız... Sizə elə gəlmirmi ki, bu, sinobizmdir?

– Yox, bu, sinobizm deyil. Bəzi adamlar heroindən asılı olduqları kimi, elə adamlar da var ki, informasiyadan asılıdırlar, özlərində kəskin şəkildə informasiya izləmək ehtiyacı hiss edirlər. KİV elə təəssürat yaratmağa çalışır ki, guya biz hansısa ciddi dəyişikliyin bir addımlığındayıq. İnformasiya hər dəqiqə, hər an sizin diqqətinizi cəlb edir. Soruşsan ki, tutalım, təxminən, son bir ayda hansı ciddi hadisə baş verib, məlum olacaq ki, vur-tut iki-üç ciddi informasiya veriblər. Sonra soruşsan, son bir ildə hansı fövqəladə hadisə baş verib, aydın olacaq ki, bu bir il ərzində baş verən yeganə ciddi hadisə bu olub: sən daha bir yaş qocalmısan.

Televiziya dözülməzdi, qəzetlər isə ondan da betərdi- Viktor Pelevinlə müsahibə/ MANERA.AZ



– Reklam nədir?

– Bəs nə reklam deyil?

– Sizə elə gəlmirmi ki, bu, çox sadə məsələdir?!

– Reklam zamanı akkultizmə və qara magiyayabənzər mexanizmlərdən istifadə edirlər. Reklam insanı pessimizmə sürükləyir, bu hiss isə, öz növbəsində, faşizmi alovlandırır. Yaxşı yadımdadır, 1998-ci ilin iqtisadi böhranı zamanı “orta təbəqə” deyilən sinif bir-neçə günün içindəcə məhv oldu. Əslində isə, bu təbəqə reklamın məhsulu idi. Bəs onda Qaydar və ya Yavlinski kimi məşhur şok-terapiya tərəfdar olan rus siyasətçiləri nə işlə məşğul idilər?! Sadəcə reklam sloqanlarını təkrarlamaqla!

– Bəs rus klassikləri – Tolstoy, Dostoyevski, Çexov haqqında nə fikirdəsiz?

– Onlar ölüblər, mənsə sağam.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031