manera.az
manera.az

"Hicab xanımın dindar olmasına dəlalət etmir" - Vəfa Mürsəlqızı | MANERA.AZ

📅 11.06.2015 12:38

"Hicab xanımın  dindar olmasına  dəlalət etmir" - Vəfa  Mürsəlqızı | MANERA.AZ Vəfa Mürsəlqızı

Son zamanlar telekanalların necə deyərlər çarxı çevrilib. Mətanətlə bağlı qalmaqal bitməmiş, Elnarə Təhməzova olayı meydana çıxdı...

Ümumiyyətlə, bu xanımları xalq düşməni elan etmək fikrindən çox uzağam, amma bizim ən yaralı yerimiz düşündüyümüzü ifadə edə bilməmək və ya el dili ilə desək, ağzımıza gələni danışmaqdır. Cəmiyyətin görünən təbəqəsi olan jurnalistlərimizdə və aparıcılarımızda bu fəsad daha tez gözə çarpır. Telekanalların hamısını bura aid deyil, təbii ki. Respublikamızda aparıcı, öndə gedən kanalların bir çoxunda bu gün efirdə kefi istəyəni eləmək, danışmaq tendensiya şəklini alıb.

Əslində çox danışmaqdan irəli gəlir belə qüsurlar... Adam nə qədər çox danışırsa, səhv etmək ehtimalı da bir o qədər çox olur.

Gündəmi zəbt edən "hicab şou"su barədə danışmaq istərdim. Hicab xanımı cəmiyyətdən ayıran pərdə yox, sadəcə geyim tərzidir. İslam dinində də hicab vacib buyrulub. Təbii ki, hicab geyib geyməmək hər bir xanımın şəxsi işidir. Xanımın nəyə və ya kimə oxşamağının onun geyimi ilə əlaqəsi yoxdur. Bir xanım əgər ona yaraşanı geyinirsə, demək ki, hansı tərzdə olur olsun, normal görünəcək. Problem bizim telekanalların aparıcılarının həddindən artıq kreativ düşünməsindədir.

Maşallah, aparıcılarımızın bir çoxu Fatmanın, Məmmədin, Gülağanın nəvəsi olduğunu unudub bütün gücü ilə özünü müasir, fərqli, xarici göstərməyə çalışır. Necə olur ki, cinsi azlıqlara məxsus olan birini kanala buraxılır və televiziyanın birbaşa təbliğat maşını olduğunu nəzərə alsaq, təbliğ edilir, amma hicab geyimi məsxərə obyektinə çevrilir. Bizdəmi Qərb ölkələrinin bizim dinimizə teror aləti kimi baxmasına inanmağa başlamışıq?

... Bu gün şəhərimizdə hər növ, hər tərzdə geyinmiş, hər sifətda adam tapmaq olar. İnternet səhifələri hər gün filankəs ətəyini qaldırdı, filankəs soyundu, filankəsə, cinsi azlığa ərə getdi deyə, əcaib xəbərlər yayır. Bütün bu çılpaqlığın fonunda deyəsən, geyimdə olmaq artıq ayb sayılmağa başlayıb, ya da soyundurmaqdan bezən media artıq oynamağa başqa oyuncaq, hicab tapıb.

Hicab oyuncaq deyil! Hicab xanımın əxlaqlı, əxlaqsız, dindar və ya ateist olmasına dəlalət etmir. Təbii ki, terorist olması ilə də bir əlaqəsi yoxdur. Sadəcə mənsub olduğun millətin yazılmış və yazılmamış qanunlarına, dilinə və dininə hörmət etmək lazımdır. Başqasının geyimi onun şəxsi işidir və kimsəni təhqir etməyə ixtiyarımız yoxdur.

Kimlərinsə gözündə müasir və fərqli görünmək üçün özünüzü gözdən salmayın!

Manera.az


Baxış sayı - 2 920 | Yüklənmə tarixi: 11.06.2015 12:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031