manera.az
manera.az

Elmin təbliğində media hansı rolu oynamalıdır?-SORĞU

Elmin təbliğində media hansı rolu oynamalıdır?-SORĞU


Elmi təbliğat son dövrlər güclənməkdədir. Gənclər sosial şəbəkələrin imkanlarından geniş istifadə edir və elmin populyarlaşdırılmasına çalışırlar. Media da elmin təbliğində daha fəal görünməyə başlayıb. Manera.az elmi təbliğ etməyə çalışan gənclərə "Media elmin təbliğində hansı rolu oynamalıdır" sualını ünvanlayıb.

Sosial şəbəkədəki profilini elmin təbliğinə həsr edən Taryel Abdullayev deyir: "Düşünürəm ki, elmin təbliğ olunmasında medianın da müstəsna rolu vardır. Belə ki bugün saytlarımıza və ya tv kanalarımıza baxsaq, əksəriyyəti şou xarakterli, insanları rasional düşüncədən kənarlaşdıran, onları mühafizəkar təfəkkürdə saxlayan yazılar dərc edilir və verilişlər efirə verilir. Buna görə də media nümayəndələri, jurnalistlər elmin kütləviləşməsində maraqlı olmalı və elm adamlarına gündəmdə yer verməlidir. Dünyada baş verən elmi prosesslər haqqında yazılmalı və elmi kütlənin başa düşəcəyi bir tərzdə canlandırmalıdılar. Bu kimi inkişafların nəticəsində qeyri-real düşüncədən daha real düşüncəyə yönələ bilərik. Əlbəttə bunun üçün də zaman lazımdır".

"Yaşıl Elm" portalının qurucularından olan İlkin Cəfərov da medianın elmin təbliğində mühüm rol oynadığını qeyd edir:
"Əgər medianın geniş kütləyə müraciət və təsir qabiliyyətini nəzərə alsaq, hər hansı elmi məlumatın geniş kütləyə çatmasında media olduqca böyük rol oynaya bilər. TV, saytlar və ya radioda yayımlanan hər hansı qısa elmi rubrika statistik olaraq əhalinin təxmini 10 faizinə məlumat verə bilmə qabiliyyətinə malikdir. Bu baxımdan, mənə görə elmin kütləviləşməsində medianın ilk və ən önəmli rolu bu kimi layihələrə yer ayırmaq, insanları öyrənməyə təşviq etməkdir".

Gənc fizik Niyyət Bayramzadə fikirlərini bir qədər geniş ifadə edir:
"İstərdim ki, əvvəlcə Qərb təcrübəsində media və elm dünyasının necə əlaqələnməsindən bir-iki faktı nəzərinizə çatdırım. Qərbdə bu cür əlqalənmənin şəksiz lideri elmi jurnalistikadı. Jurnalistikanın bu növü peşə sahibindən daha çox dünyagörüş tələb edir. Müxtəlif elmi-populyar jurnallarda məqalə və raporların yazılması, elm dünyasının məşhur alim və professorlarından müsahibələr alınması, yeri gəldikcə elmi TV kanallarında praktiki olaraq işlərin görülməsi və s. elmi jurnalistikanın əsasıdı. Jurnailst bu işdə tək passiv tərəf kimi də çıxış etmir, bəzən özü işin önündədi, bəzi hallarda elmi-populyar kitab yazdıqlarının da şahdi oluruq. Hətta elə olur ki, heç tanınmamış hər hansı bir elm adamını kəşf edir, onlarla əməkdaşlıq edir, ictimaiyyətdə tanınmasında rol oynayır, cəmiyyət-elm ilişkisində qarşılıqlı faydaya səbəbkar olur. Bu sahədə ən tanınmış elm jurnalistlərindən M.Ridli və “Scientific American”-dan yaxşı tanıdığımız C.Horqanı misal göstərmək olar. Hər iki jurnalist həm də elmi-populyar kitab müəllifləridi. Mediada və elmi cəmiyyətlərdə jurnalistikanın bu cür nisbətən çətin sahəsi üçün təltifnamələr, mükafatlar təsis olunur və s.

Onu da qeyd etmək yerinə düşər ki, Qərb dünyasında dövlətlər özü də bu işdə maraqlıdı. Xüsusilə, son dövrlərdə STEM (Elm,texnologiya,mühəndislik,riyaziyyat) sahələrində təkliflərin eksponensial artmasıyla əlaqədar olaraq bu sahələrdə kommunikasiya işlərini yerinə yetirən mediaya tələb də artmaqdadı. Ard-arda elmi kəşflərin güncəllənməsi mətbu orqanları, bütövlükdə medianı vadar edir ki, daha operativ davransınlar. İncəsənət, musiqi, kinomatoqrafiyadan kifayət qədər reytinqli şəxslərin də bu işə cəlb olunmasında da medianın rolu var. M.Frimanın və L. Di Kaprionun kvant fizikası, antropologiya, dinlər tarixi, iqlim dəyişikliyi mövzularında son çəkildikləri sənədli filmləri sözügedən medianın uğuru saymaq olar.

Bizim jurnalistikada isə hələ ki, bu məsələləri qaldırmaq çətindi. Elmi jurnalistika ən yaxşı halda sosial şəbəkələrdən kənara çıxa bilmir. Buna rəvac verəcək maliyyə, fond imkanları xeyli zəifdi. Jurnalistika sahəsindəki çətinliklərdən yəqin ki,danışmağa dəyməz. Elə hesab edirəm ki, siz jurnalistlər bunu işlərinizdə hər gün hiss edirsiniz. Amma mümkün qədər dünyada gedən proseslərə qoşulmaq qaçılmazdı. Elm sahəsində Amerika və Avropa elmi mərkəzlərindən təcrübəsi olan gənclərimizlə kooperativ işləmək səmərəli ola bilər. Elmi məqalə yazan, sayları az olsa da azərbaycan dilində elmi saytlar ərsəyə gətirən gənclərə kiçik də olsa, dəstək onların bu işdə motivasiya əzmini artırar, daha çox istedadlı gəncin prosesə cəlb olunmasına gətirib çıxarar. Bu işdə fondlardan, müxtəlif yönümlü QHT-lər vasitəsilə maliyyə ayrılması vacibdi. Bu işdə də yenə media lokomotiv rolunu oynamalıdır".

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031