manera.az
manera.az

Yaşamaq nədir?- millət vəkili Sahib Alıyev fəlsəfə layihəmizdə/ MANERA.AZ

Yaşamaq nədir?- millət vəkili Sahib Alıyev fəlsəfə layihəmizdə/ MANERA.AZ


“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara millət vəkili Sahib Alıyev cavab verir.

-Niyə varsan?

- Bilmirəm. Niyə yarandığımız bizə yəqin doğulanda deyilir. Onda da ağlayır və deyiləni də o ağlamaqla unuduruq.

- Niyə yox olacaqsan?

- Yoxdan var olan, vardan da yox olmalıdır.

De harda var, harda yoxam?
Yoxda varam, varda yoxam.
Bu nə yoxdan, nə vardandır,
Var da, yox da Yaradandır!

- Niyə yazırsan?

- Yazmaya bilmirəm, ona görə- belə yaxşı səslənir deyilmi? Əslində isə yəqin yazmaqdan daha faydalı işləri yaxşı bacarmıram, o üzdən.

- Yaşamaq nədir?

- Yaşamaq ölümə doğru hərəkətdir.

- Ölüm nədir?

- Niyə yarandığını bilməyən, niyə öldüyünü haradan biləcək? Sadəcə, onu dərk edirəm ki, çox yaşmaq düşünüldüyü kimi yaxşı deyil. Çünki yaşın üstünə yaş gəldikcə insan tənhalaşır. İstənilən halda gec və ya tez doğulan ölməlidir. Və ola da bilsin ki, ölüm bildiyimiz üçölçülülükdən və yaxud da varlığını dərk etdiyimiz dördölçülülükdən çoxölçülülüyə keçiddir. Hər halda mən buna ümid edirəm.

- Ədalət nədir?

- Bu sualın dəqiq cavabını məncə, ancaq Tanrı bilir. Yəqin niyə hamının istədiyi və heç kəsin ona tam haqq etmədiyini də.

- Azadlıq nədir?

- Yetkin cəmiyyətlərdə harmoniya, yetkin olmayanlarda isə xaosdur.

- Yaradıcılıq nədir?

- Yaradıcılıq yoxun varlıqda, varın yoxluqda təsdiqidir.

- İnsan kimdir?

- Bircə onu bilirəm ki, insan heç də təqdim edildiyi kimi “yer üzünün əşrəfi” deyil. Yer üzünün əşrəfi yer üzünə bu dərəcədə divan tutmaz.

Tural İsmayılov,
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031