manera.az
manera.az

Ölənləri misal çək, bəlkə bir az yaşadıq... | MANERA.AZ

📅 12.04.2016 17:26


Ölənləri misal çək,  bəlkə bir az yaşadıq... | MANERA.AZManera.azaz

Manera.az Yusif Nazim Ərəbsoyun şeirlərini təqdim edir:

Alqış

Məsum-məsum baxan qızı
nəfəs-nəfəs ölümə yaxınlaşdırır
həyat...
Bax, budur onun amansızlığı.
Gözəlliyi seyr edən gözü
kirpiklər alqışlayırlar.

Tanış səs

Bu gecə, hardasa
kimsə tənhadır.
Ona görə belə səssizlikdir.
Amma, yox,
göz yaşlarının şırıltısı
saf insanların qulaqlarına tanış səsdir.

Bəlkə

Rəssam, fırçanı götür,
Bir xatirə, xəyal çək.
Ölənləri misal çək,
Bəlkə, bir az yaşadıq!

MANERA.AZ


Baxış sayı - 1 639 | Yüklənmə tarixi: 12.04.2016 17:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930