manera.az
manera.az

Osmanlı tarixinin ən güclü qadın sultanı - ARAŞDIRMA | MANERA.AZ

 Osmanlı tarixinin ən güclü qadın sultanı  - ARAŞDIRMA | MANERA.AZ

Hürrəm Haseki Sultan - Osmanlı dövlətinin 10-cu padşahı Sultan Süleyman Qanuninin nigahlı həyat yoldaşı və sultan II Səlimin anasıdır.

Əsl adı Aleksandra Anastasiya Lisovska, Avropada tanınan adı Roksolana, ərəb ölkələrində Karima kimi tanınırdı.

Hürrəm Sultanın Osmanlı sarayına gələnə qədərki həyatı haqqında tam məlumat yoxdur. Deyilənə görə, Polşa Krallığına tabe olan Roqatində (Ukrayna) 1504-ci ildə doğulmuşdur. 1520-ci illərdə o, Krım tatarları tərəfindən qaçırılaraq əvvəlcə qul ticarəti mərkəzi olan Krım şəhəri Kaffaya gətirilmiş, buradan isə İstanbula aparılmış və Sultan I Süleymanın hərəminə daxil edilmişdir. XVI-XVII əsr mənbələrinə görə Hürrəm ukraynalı pravoslav keşişinin qızıdır.

Hürrəm Sultan saraya gətirilərkən Qanuninin Manisa valisi ikən birlikdə olduğu Mahidevran (Gülbahar) Sultandan "Mustafa" adlı bir oğlu vardı. Sarayın ən nüfuzlu qadını padşahın anası Ayişə Hafsa Sultan, ikinci dərəcəli nüfuzlu qadın Mahidevran Sultan idi. Hürrəm saraya girdikdən sonra Qanuni ilə əlaqəsindən 1521-ci ildə Şahzadə Mehmet dünyaya gəldi və beləcə Hürrəm Sultan saraydakı ən nüfuzlu üçüncü qadın oldu. İki qadın arasındakı rəqabət bir gün dava-dalaşa çevrilir. Hürrəm Sultan bu davanı müxtəlif intriqalarla lehinə çevirmişdir. Bir çox yazara görə, bu hadisədən sonra gözdən düşən Mahidevran Sultan 1533-cü ildə Manisaya vəliəhd təyin olunmuş oğlu Şahzadə Mustafanın yanına göndərilir və Hürrəm Sultan onun yerini tutur, o, Sultan Süleymanın ilk qanuni arvadı olmuşdur.

Hürrəm Sultanın saraydakı mövqeyi Qanuninin nigahlı həyat yoldaşı olması ilə artdı. Hürrəm Sultan Şahzadə Cihangirin doğumundan sonra Qanuni ilə dəbdəbəli bir toyla evləndi və aralarında rəsmi nigah qıyıldı. Toyun dəqiq tarixi müəyyən olmasa da, təxmini 1534-cü ilin iyul ayında və ya daha tez baş tutmuşdur.

1534-cü ildə sarayın nüfuzlu xanımlarından hesab edilən Validə Sultanın ölümündən sonra Hürrəmin saraydakı mövqeyi daha da artmış və hərəm rəhbərliyini əlinə almışdır. Hürrəm Sultan Şahzadə Mehmetden sonra Səlim, Bəyazid, Cihangir və Abdulla adlı 4 şahzadə və Mihrimah adlı bir qız uşağı daha dünyaya gətirmişdir. Uşaqlarını böyüdərkən irəlidə oğullarından birinin taxta keçməsi üçün önlərindəki maneələrə qarşı mübarizə aparmışdır.

Oğullarını taxta varis etməyi bacaran Hürrəm Sultan 15 Aprel 1558-ci ildə İstanbulda vəfat etdi. Hürrəm Sultanın zəhərlənərək və ya qadın xəstəliyi nəticəsində öldüyü deyilir. Böyük cənazə mərasimi ilə Süleymaniyyə Camisinin həyətində basdırıldı. Hürrəm Sultanın ölümü sonrası çox kədərlənən yoldaşı Qanuni Sultan Süleyman arvadının vəfatından sonra İranda olan bir şəhərin adını dəyişdirərək şəhərə Hürrəmabad adını vermişdir, şəhərin adı indiki vaxtda da elədir.

Jalə Orucova
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031