Almaniyalı professorlar BSU-da mühazirə oxuyurlar _MANERA
![]()
Almaniyanın Vürsburq Universitetinin professoru, Ziqlinde Hartman və Auqsburq Univeritetinin professoru Klaus Volf bu günlərdə BSU-da almanşünas tələbələrə germanistikadan silsilə mühazirələr oxuyur, müəllimlərlə metodik seminarlar aparırlar
MANERA.AZ xəbər verir ki, bu münasibətlə Bakı Slavyan Universitetində professorlar Ziqlinde Hartman və Klaus Volf, eləcə də Höte İnstitutunun Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri Ştefan Vakvits və Avstriyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Valter Mitterbauerin iştirakı ilə “Azərbaycanda germanistikanin gələcək inkişafı” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada çıxış edən BSU-nun nəzdində yaradılan Germanistika İnstitutunun direktoru, dosent Sevinc Rzayeva İnstitutun fəaliyyəti və gələcək planlar haqda danışıb.
O, İnstitutun Almaniyanın universitetleri ilə qarşılıqlı əlaqələrinin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra BSU-nun rektoru, professor Asif Hacıyev müəllimlərin, həmçinin magistr və doktorantların Almaniya universitetlərində təcrübə keçmələrinin əhəmiyyətindən danışıb.
Çıxışının sonunda rektor Germanistika İnstitutunun inkişafı istiqamətində görülən işlərə, sıx əməkdaşlığa görə alman alimlərinə minnətdarlığını bildirib.
Z. Hartman və K. Volf Bakı Slavyan Universiteti tərəfindən germansitikanin inkişafı istiqamətində atılan addımların əhəmiyyətindən söz açıblar.
Professorlar BSU ilə Almaniyanının ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığa, müştərək layihələrə və keyfiyyətli mütəxəssis hazırlığına böyük dəyər verdiklərini bildiriblər.
Müzakirədə çıxış edən Ştefan Vakvits BSU-da germanistika yüksək səviyyədə olmasını yüksək qiymətləndirib.
“V. Höte İnstitutu BSU-nun alman dili müəllimlərinə ustad dərslərinin keçirilməsinə və Almaniyadan mütəxəssislərin BSU-da fəaliyyət göstərmələrinə təşkilati dəstək verməyə hazırdır.” – deyə Ştefan Vakvits xüsusi qeyd edib.
Valter Mitterbauer çıxış edərək bildirib ki, o, artıq ikinci ildir BSU-da Avstriya tarixi və ölkəşünaslığından almansünas tələbələrə “Danışıq kursu” təşkil edir. Bu il isə III kurs tələbələrinə ölkəşünaslıq fənnindən dərs keçir. Həmçinin BSU-da yaradılan şəraitdən, almanşünaslığın tədrisindən və tələbələrin səviyyəsindən razı qaldığını bildirib.
V.Mitterbauer BSU rəhbərliyi tərəfindən atılan bütün addımların germanistikanın inkişafına müsbət təsir göstərdiyini və bu sahədə əməkdaşlıqdan məmnun olduqlarını qeyd edib.
MANERA.AZ