manera.az
manera.az

Nağılların mərd quşları... _MANERA

Nağılların  mərd quşları... _MANERA
MANERA.AZ Seyid Aynurun şeirlərini təqdim edir:

SƏN

“Sən”-“O”:
Lal divarlar,
utandığından gözlərini yummuş çıl-çıraq,
bir fincan qəhvə-
içinə şəkər əvəzi gülüş qatılmış.
“Sən”-“O”:
Vanna otağının tərli kafelləri,
üzlü pərdələrin
gizlətməyə çalışdığını hayqıran vicdanlı pəncərələr,
doğulmayacaq körpə.
“Sən”-“Mən”,
“Ər”-“Arvad”:
orta statistik ailə olmağı bacarmayanlar.
Sevilməyən bədənlərdə əllərin yox,
yad gözlərin izi qalır.


* * *

Səni tanıyandan,həsrət,
ömrün günlərini büküb,
Balaxanıdakı zibilliklər səltənətinə atmaq istəyirəm!.

* * *

QADIN

Bir qadın xəstəxana pəncərəsindən baxar:
anasının qoxusunu almış körpə tək,
iməkləyər kor ölümün dalısınca.
Yaralı göyərçin qədər titrək,
payız yarpaqları kimi solğun,
siqaretdən yox, dərddən azarlamış,
bir cüt ciyərini qollarıyla sıxar.
bir qadın xəstəxana pəncərəsindən baxar,
və düşünər:
müharibələri, köçkünləri, əsirləri,
qan leysanının yuduğu səhra, çölləri,
səngərdə düşmən snayperinə tuş gələn əsgəri,
zibilliklərə atılmış körpələri.
Bir qadın xəstəxana pəncərəsindən baxar,
və unudar:
QADINLIĞINI!

* * *

“Göyçək Fatmanın nağılı”


“Biri azdı, biri çox,
Biri vardı, biri yox
Kasıbların ac qarnı,
Olmur almalarla tox.
Fatma qədər deyildim,
Kəndirimi açalar,
Bir qarının evinə,
Əlçimimi atalar.
Yığ, ay qız, tellərini,
Nağıllarda yu asan,
Yox şəhərdə rəngli su,
Axı necə yuyasan?!.
Diri vaxtı danışmır,
İnəklər baş qatmağa.
Çevrilmir sümüklər də,
Nə ipəyə, başmağa.
Körpüdən keçən zaman,
İtməz tayı başmağın.
Gəzə, araya səni,
Adamları padşahın.
Gizlədəndə analıq,
Banlamır xoruz damdan.
Nağıllarda quşlar da
mərd olur adamlardan.

GÜNAH

Tanrım elə bir dərd yazmış,
Hər gecə göyə millənir.
Kök salıbdır çox dərində,
Göz yaşlarımdan cillənir.

Bir azdan sabah doğacaq,
Yuxum gedib ah dalınca.
Deyəsən günah doğacaq,
Əl çəkmir şeytan balası.

İblis də mələkdir tanrım,
Nə tövbə, nə dua bilir.
Bu necə kələkdir tanrım,
Ölüb, dirilməkdir belə?!.

KÜSMƏ

Elə bil dalınca düşübsən,
saat qaçır, ayrılığa tələsir.
Ağlıma da bir fikir gəlib:
güləcəksən bəlkə də,
barmağımdakı üzüyü,
saatın əqrəblərinə taxıb,
uçacağam yanına.
Küsmə nə olar,
gələcəm!

* * *

Saçqıranlar doğradılar tellərimi,
Kəsdilər sən adlı ünvana yolumu,
İndi qayçılarla dostam.
Hər gün daha çox nifrət edirəm,
Sən adlı ünvana yol axtaran,
Neçə -neçə saçlarını uzadanlara!.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31