manera.az
manera.az

Xocalı faciəsi Sofiya Universitetində anılıb _Multikulturalizm |MANERA

📅 26.02.2016 16:56


Xocalı faciəsi Sofiya Universitetində   anılıb _Multikulturalizm |MANERA
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində «Azərbaycan multikulturalizmi» fənninin tədrisi layihəsi çərçivəsində Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində adıçəkilən fənnin növbəti dəfə tədrisinə başlanılıb.
“Klassik və müasir fiilologiya” fakültəsində keçirilən fənni sözügedən universitetin Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Shigayeva-Mitreska tədris edir.

MANERA.AZ xəbər verir ki, 2016-cı ilin yaz semestrinin sonunadək tədrisi nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” fənninin fevralın 25-də baş tutan ilk dərsi Xocalı faciəsinə həsr edilib, tələbələrə bu soyqırımla bağlı ətraflı məlumat verilib, faciəni əks etdirən film nümayiş etdirilib.

Qeyd edək ki, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə 2015-ci ilin yaz semestrindən start verilib və tələbələrin xüsusi marağına səbəb olub.

Xocalı faciəsi Sofiya Universitetində   anılıb _Multikulturalizm |MANERA


Baxış sayı - 1 843 | Yüklənmə tarixi: 26.02.2016 16:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031