manera.az
manera.az

Dağ kəndində striptiz ... _MANERA

Dağ kəndində striptiz ... _MANERA
MANERA.AZ Nurəddin ƏDİLOĞLUnun yeni hekayəsini təqdim edir:

Qıv­rı­la-qıv­rı­la da­ğa qal­xan yolda sər­həd­çi­lə­rin maşınını görəndə­ Şahnazın dər­di təzələndi. Sər­həd­dən ke­çi­rilən qaçaq ma­lı şə­hə­rə satmağa apa­ran oğ­lundan xey­li vaxt­dı xə­bər-ətər yox idi. İki ərdəbilli gənc bir həf­tə­dən çox­du ki, gə­lib otur­muş­du evində, Vüqarı göz­lə­yir­di­. Şah­na­zın da səb­ri gün­dən-gü­nə tükə­nir­di: ev­də ər­gən qı­zı var­dı, adının ləkələnmısindən qorxurdu.


Üç il əv­vəl əri də ev­dən çı­xıb, çö­rək da­lın­ca get­miş­di. Me­yi­di­ni gə­tirdilər. Sərhədçilərin gülləsinə tüş gəlmişdi­. Kən­d qə­bi­ris­tan­lı­ğın­da mə­zar daş­la­rı­nın ço­xu sər­həd­də öl­dü­rü­lən ca­van­la­rın idi. Şah­na­z hər gün inəyini örüşə ötürəndə ayaq saxlayıb ərinin baş da­şına baxırdı. Əri də qa­ra mər­mərdən yo­la boy­la­nır­dı. Elə bil o da Vüqarın aqibətindən nigaran idi.

- Se­yid qı­zı, - qonşusu H­əsən ki­şi­nin sə­si onu fikirdən ayır­dı, - sən bur­dan qa­yıt get! inəyini örüşə mən ötü­r­rəm...

Se­yid qı­zı - onu kənd­də ha­mı be­lə ça­ğı­rır­dı. Son­ra Həsən kişi qə­bi­ris­ta­na sa­rı çev­ri­lib uca­dan "Fa­ti­hə" de­di. Şahnaz da ona qo­şu­lub, uşaq­ çağ­la­rın­dan əzbərlədi­yi həmd-su­rəni pıçıldadı.

- Al­lah bu əh­li-qü­bur­da uyu­yan­la­rın ha­mı­sı­na rəh­mət elə­sin! - de­yə H­əsən ki­şi Şah­na­zın ni­ga­ran­çı­lıq ya­ğan göz­lə­ri­nə bax­dı: - Eh, ay qı­zım, bu iran­lı əb­ləh­lə­rin aya­ğı nə vaxt bi­zim tor­pağa də­yib, çö­rək at­lı olub, biz pi­ya­da! Bir məm­lə­kət­də ki, Al­la­hın Qu­ra­nı­, mö­hü­rü-təs­be­hi hər­ra­ca qo­yu­la, orda nə fitnə - fə­sad de­sən olar! Hə, Seyid qı­zı, in­şal­lah, Vü­qar gəl­sin, onu bir də sərhədə yaxın buraxma!..

Ömrünü gah dağ­da, gah da aran­da keçirən H­əsən ki­şi arif adam idi, fik­ri-zik­ri ev­də qal­mış Şah­na­zın elə bil ürə­yi­ndən hay verdi. Şah­naz ona "sağ ol" de­yib evə dön­dü... Qı­zı Ceyran da, qo­naq­lar da oyan­mış­dı. Qızının geyindiyi ­nazik paltara gö­zu­cu nə­zər sa­lıb, qaş-qabağını tökdü. Göz-qa­şı­nın işa­rə­siy­ə, "get çı­xart!"-dedi. Cey­ran ana­sı­nın him-ci­mi­nə məhəl qoymadı. Şahnaz ona acıqla: - Cey­ran, əndamın çöl­də qa­lıb, içə­ri keç, üst-ba­şı­nı də­yiş!..

Cey­ran lal-din­məz ota­ğı­na gedib, nim­daş ev xa­la­tı­nı ge­yi­nərək ey­va­na çıx­dı. Ana­sı yenə ona çımxırdı: - O mi­ra­sa qal­mı­şın düy­mə­lə­ri­ni bağ­la­!
- Ay ana, şal­var ge­y­mə­yə qoymursan! Ca­maa­tın qız­ları şortikdı gəzir ey...

Eyvandan dağ mən­zə­rə­lə­ri­ni seyr edən, ara­bir Cey­ra­nı da oğrun-oğ­run süzən qonaqların gözlərinin içi gülürdü. Şahnazı narahat edən o ba­xış­lardan Ceyran xoşhallanırdı.
... Sə­hər ye­mə­yin­dən son­ra sa­hə mü­vək­ki­li gə­lib qonaqlar­la xəl­vət gu­şə­yə çə­kil­di. Sa­hə mü­vək­ki­li po­lis­dən çox qəs­sa­ba ox­şa­yır­dı. Eh­ti­yac için­də ya­şa­yan kənd adam­la­rı­nın mal-qa­ra­sı­nı su qiy­mə­ti­nə alıb, giz­li yol­la sər­həd­dən o taya ötü­rür­dü. Qo­naqlar sahə mü­vək­ki­li ilə məx­fi söh­bə­tdən son­ra sa­hə harasa getdilər.
Cey­ran qo­naq ota­ğı­nı yır-yığış edəndə gözü vi­deo­ka­setə sataşdı. Ana­sı­nın bulaqdan su gə­tir­mə­yə get­di­yi­ni gö­rüb, arxayın otu­rub videoda strip­tiz gös­tə­rən qız­la­rın rəq­si­nə ta­ma­şa et­di. Son­ra Pi­ru­z adlı gəncin ona hə­diy­yə ver­di­yi pal­ta­rı geyib, vi­deo­film­də­ki qız­la­rın rəq­si­ni yamsıla­dı.
... Bu­laq­da Şah­naz qon­şu gə­lin­in söhbətinə qu­laq as­dıq­ca hə­yə­canlanırdı. ­ Gə­li­nin əri Ərdəbildən "mal" de­yə alıb-gətirdiyini Ba­kı­da yer­bə­yer elə­mək is­tər­kən yaxalan­mış­dı: - Bo­yun-bo­ğa­zı­mın qı­zı­lı­nı, bar­maq­la­rı­mın üzük­lə­ri­ni də­yər-dəyməzi­nə sat­dı­rıb, pul gön­dər­dim, tə­ki həb­sə düş­mə­sin! İl­lər­lə qa­şıq-qa­şıq yığdığı­nı bir gün­də çöm­çəy­lə da­ğıt­dı. Al­lah İra­nı vi­ra­nə qoy­sun! - gə­lin qar­ğış eləyəndə Şah­na­zın evi­nə sa­rı bax­dı. Elə bil ora İran idi, - bu gə­liş-ge­di­şin bi­zə fayda­sı yox­dur, bacı! Be­lə get­sə, kənd­də nə­in­ki oğ­lan­lar, qız­lar da yolunu ca­yıb, nəşəxor ola­caq­lar…
Şah­naz onun nə­yə ey­ham vur­du­ğu­nu bil­sə də susurdu.

- Bi­lir­sən, Se­yid qı­zı, Ko­sa­xan də­rə­si­nin kə­na­rın­da bir ev var. Sa­hi­bi ai­lə­si ilə Rus­yət­də ya­şa­yır. Evin aça­rını da verib bizim uçast­ko­vı­ya. O da dön­də­rib ora­nı hır­ro­xa­na­ya. İran­dan gə­lən­lər­dən pul alıb, aya­ğı­şü­rüş­kən qız-gəlini gə­ti­rir ora.
Şah­naz nə fi­kir­ləş­di­sə, tez evi­nə dön­dü. Su qab­la­rı­nı hə­yət qa­pı­sın­dan içə­ri qoyub, dəl­lal İbi­gi­lə get­di. Ya­nı­ba­la­lı inə­yi­ni mal-qa­ra ba­za­rı­na apa­rıb sat­ma­ğı­ ondan xa­hiş et­di. Xoş­bəxt­lik­dən er­tə­si gün ba­zar idi. Mal-qa­ra alveri ba­zar gün­lə­ri olur­du.
…Ertəsi gün dəl­lal İbi yük ma­şı­nı ilə Şah­na­zın ya­nı­ba­la­lı inəyi­ni ba­za­ra apar­dı. Töv­lə­nin qar­şı­sın­da hörüklənmiş kə­hər at Şahnaza baxa-baxa kiş­nə­­di. Elə bil onun ürə­yi­ni sıxan dər­di duymuşdu. Cey­ran da ey­van­dan ana­sına tərs-tərs baxırdı. Qonaqların ötən ax­şam evə gəl­mə­məsi­nə görə ana­sını qınayırdı.
- Qı­zım, sə­nin nə ya­şın var, be­lə əla­taş olub­san? Deyik­lin Şu­şa­da it­kin dü­şüb. Allahın işini bilmək olmaz, bəl­kə də qa­yı­dıb gəl­di!..
- Öl­dü­sü-qal­dı­sı bi­lin­mə­yən ada­mın yo­lu­nu havaxtacan göz­ləyim?­ Mə­nim si­nif yol­da­şlarımın hamısı ərə gedib. Mənsə...

- Sə­nsə ha­yıl-ma­yıl ol­du­ğun bu qonaqlardan mənim gö­züm su iç­mir. Ürəyimə damıb ki, qar­da­şı­n buların bə­la­sına düşüb! Al­la­ha acıq get­sə də, onla­rı evdən qovaca­ğam...
-Əgər mə­ni sev­di­yim adama verməsən, ona qo­şu­lub qa­çacam!
Qı­zı­nın bu sö­zün­dən özü­nü elə itir­­di ki, yu­xa­rı­baş­lı Sə­nəm qa­rı­nın ona nə vaxt yaxınlaşdığından xə­bə­ri ol­ma­dı: - Ay Se­yid qı­zı, dər­din ürə­yi­mə, va­rın­sa, mə­nə bir ka­sa süd ver!
Şah­na­z özü­nü tez ələ al­dı. Əm­cək­lə­ri do­lu gö­rün­sün de­yə sübh öy­nə­si inəyi sağ­ma­mış­dı. Düşü­n­dü ki, kaş sa­ğay­dı, bazarda yanıbalalı inəyini on­suz da alan tapılacaqdı…
- Ba­yaq­dan üç-dörd qa­pı­ya get­mi­şəm, - de­yə Sə­nəm qa­rı gi­ley­lən­di,- bu İran xara­ba­nın yo­lu açı­lan­dan ha­mı ağar­tı­sız qa­lıb! Bir ka­sa süd tap­mı­ram ki, aş bişirim. Bu sər­həd açı­la­nı kən­din bə­rə­kə­ti də gö­yə çə­ki­lib...
Şah­na­z nə fi­kir­ləş­di­sə, ka­sa­nı Sənəm qa­rı­dan aldı, qı­zı­nı kə­na­ra ça­ğı­rıb qulağına nə­sə pıçıldadı. Son­ra Sə­nəm qa­rı­nı söh­bə­tə tut­du ki, Cey­ran gə­lə­nə­cən başı qa­rış­sın.

Cey­ran H­əsən ki­şi­gi­lə gəldi.
- Bəs si­zin sağ­mal inəyinzə nə gəlib? - de­yə H­əsən kişi tə­əc­cüb­lə so­ruş­du.
- Sə­hər tez­dən dəl­lal İbi gə­lib inəyimizi ba­za­ra apar­dı. Sü­dü Sə­nəm qa­rı üçün aparı­ram.
H­əsən ki­şi is­tə­di de­sin ki, anan inəyi sat­dı­rır­sa, onda qar­da­şı­nın ba­şın­da nə­sə bir iş var! Də­rin­dən ah çə­kib: - Ana­nı hə­mi­şə eşit, - dedi, - Qar­da­şın­dan öt­rü ya­man niga­ran­dı... Al­lah Vü­qa­rı xətadan-bəladan qorusun!
Cey­ran “amin” deyib bir kasa südlə geri döndü. Sə­nəm qa­rı: - Al­lah sə­ni mura­dı­na qo­vuş­dur­sun, qı­zım, - de­yə Cey­ra­na dua elə­di.Sonra Şahnaza: - Se­yid qı­zı, sə­nin də Vü­qa­rın gəl­sin, üzün gül­sün, day mən də ge­dim!-deyib getdi.
- Bu Sə­nəm qa­rı­nın ni­şan­lı­sı əl­li ildən çoxdu ki, mü­ha­ri­bə­də it­kin dü­şüb, hə­lə də yo­lu­nu göz­lə­yir, bu­gü­nə­cən də ümi­di­ni üz­mə­yib...
Cey­ran anasına rişxəndlə: - Camaatın qı­zı­nın so­ra­ğı İran­dan-Tu­rkiyədən gə­lir, sənsə mə­ni Sə­nəm qa­rı­ya tay edir­sən?..
- Kəs sə­si­ni! Han­sı ana öz qı­zı­nın ev­də qalıb un çu­va­lı­na tay ol­ma­sı­nı istər? Sən heç bi­lir­sən o göz-qaş et­di­yin oğ­lan hansı yu­va­nın qu­şu­dur? İç­ini nəşə elə qurudub ki, vərəm xəstəsinə oxşayır.
* * *
Gü­nor­ta­dan son­ra dəl­lal İbi gə­lib, inəyin pu­lu­nu sa­yıb, Şah­na­za ver­di: "Xe­yir iş­lə­rə xərc­lə­yə­sən!" - de­yib get­di. Ax­şa­müs­tü qo­naq­la­rın hər iki­si kef­lə­ri kök, da­maq­la­rı çağ qa­yı­dıb, "Vü­qar­dan nə xə­bər var?" - de­yə so­ruş­du­lar. Ana-ba­la çiyinlərin şəkib, baş­la­rı­nı bu­la­dı­lar: - Hə­lə ki, bir xə­bər yox­dur...
Bir az­dan on­la­rın qal­dı­ğı qo­naq ota­ğın­dan Qu­qu­şun "Ay­rı­lıq" mah­nı­sı­nın sə­si ət­ra­fa ya­yıl­dı. Şah­naz o ya­nıq­lı, köv­rək, həs­rət do­lu sə­sin sə­da­la­rı al­tın­da əri­ni, oğlunu xatır­la­yır­dı. Cey­ransa xə­ya­lın­da gə­lin kö­çür­dü. Və Qu­qu­şu "görmək" bəhanə­siy­lə qo­naq ota­ğı­na keç­di. Pi­ruz aya­ğa qal­xıb, nə­za­kət­lə ona yer gös­tə­rdi: - Gəl, Cey­ran xanım, gəl əy­ləş. Bax, bu ka­set­də Ho­mey­ra, Ley­la var! Sən hə­lə Məs­hə­ti­ni gör­mə­yib­sən! İn­di on­la­rın çoxu İran­da ya­şa­mır­…
...Şah­naz tə­zə dəm al­mış çay­dan sü­züb, qo­naqlara gə­tir­di. Qo­naqlar onun zəhmindən çə­ki­nib, musiqinin sə­si­ni qıs­dı­lar. Şah­naz xa­la­tı­nın yan ci­bin­dən çıxardı­ğı pulla­rı qo­naq­la­rın qar­şı­sı­na qoy­du. Qo­naq­lar su­al do­lu ba­xış­lar­la gah ona, gah da Cey­ra­na ba­xdı­lar. Şahnaz: - Siz bu pul­la­rı gö­tü­rüb, ge­din! Əgər oğ­lu­ma verdi­yi­niz zəhrimarın dəyərini ödəmir­sə, əri­min yadigar tü­fən­gi­ni, atı­nı, lap evimi ­ satıb qalan borcu ödə­yə­rəm...

Ceyranın vurulduğu Pi­ruz heyrət­lə dil­lən­di:- Al­lah-Al­lah, biryol­luq de­yin ki, bi­zi evi­niz­dən qo­vur­su­nuz də!..

Şah­naz soyuqqanlıqla:- Bu­ra kən­d ye­ri­dir! -dedi, -ki­şi­siz ev­də qo­naq sax­la­maq adətimiz deyil! Əgər niy­yə­ti­niz Vü­qa­rı göz­lə­mək­dir­sə, ra­yon mərkəzində­ki qonaq evinə ge­din, or­da qa­lın!
- Vü­qar bi­zə gə­ləndə, mən öz ana­mı-ba­cı­mı ona eti­bar edib, Ər­də­bil­dən Təbrizə, Təb­riz­dən İs­fa­ha­na ge­di­rəm….
Şah­na­z onun sö­zü­nü kə­sib, ürə­yi­ni bo­şalt­dı: - A bala, bilirsiz nə var? Mə­nim oğ­lum sizə rast gələnəcən heç si­qa­ret də çək­mir­di. Am­ma ona sat­maq üçün verdiyiniz o zəh­ri­ma­rla tu­tu­lub, türməyə də düşə, bilər!
Cey­ran ana­sı­nı sa­kit­ləş­dir­mə­yə ça­lış­dı: - Yax­şı de­yil, ay ana! Vü­qar gə­lib, qonaq­la­rı bur­da gör­mə­sə, nə deyər...
Şah­naz ona:-Sən qarışma, get öz otağına, -deyib çıxdı.
Cey­ran yır-yı­ğış elə­yən qo­naq­la­ra bax­ıb:- Siz anam­dan in­ci­mə­yin, qar­da­şım yuban­dı­ğı­na gö­rə hirslənib!
Pi­ruz:- Sən na­ra­hat ol­ma, -dedi, - Vü­qar gə­lə­nə ki­mi bu kənd­dən ge­dən de­yi­lik. İs­tə­sən, bi­zim get­di­yi­miz evə gə­lə bi­lər­sən. Bu Xatəmin sev­gi­li­si oranı tanıyır, adı Tel­naz­dı…
Onlar gedəndən sonra Cey­ran anasıyla kəlmə kəsmədi, fi­kir için­də gə­zib-dolaşdı. İki gün sonra Şahnaz gecəyarı at kiş­nə­m­si­nə yu­xu­dan oyan­dı. Burnu­na kəs­kin ətir qoxu­su dəydi. Tez Cey­ra­nın ota­ğı­na cum­du. Qı­zın ya­ta­ğı boş idi: -Allah özün mənə rəh­m elə, yox­sa qız o nəşəxora qo­şu­lub qa­çıb?!
Divar xalçasının üstündən asıl­mış­ tü­fən­gi gö­tü­rüb sinəsinə sıx­dı. Ge­yi­nib hə­yə­tə en­di. Kə­hər at onu gör­cək ayaqları­nı ye­rə döy­dü. Atlanıb bu­laq üs­tün­də qon­şu gəlinin dediyi evə tərəf çapdı. Kən­din işıq­la­rı sön­müş­dü. Yalnız Kosaxan dərəsinin kə­na­rında­kı evin işığı ya­nır­dı. Şah­naz daş ha­sa­ra ya­xın­la­şıb, hə­yə­tə boy­lan­dı. İşıq ge­ne­ra­to­runun sə­si həyəti bürümüşdü. Tül pər­də­li pən­cə­rə­də rəqs edən iki qı­zın köl­gə­si gö­rü­nür­dü. Hasar­ı aşıb hə­yə­tə endi.

Xa­lı dö­şən­miş zalda keç­miş İran hökmdarla­rı ki­mi məx­mər mü­tək­kə­lə­rə dirsəklə­nən gənclər su­lu qəl­yan çə­kə-çəkə televizordakı strip­tizə gözlə­ri­nin ucuy­la da bax­mır­dı­lar. On­lar can­lı strip­tiz gös­tə­rən və iç­dik­lə­ri şə­rab­dan məst olan Ceyranla Telnaza ta­ma­şa edir­di­lər. Şah­nazın az qal­dı ağ­lı ba­şın­dan çıx­sın. Bir­dən Tel­na­zın aya­ğı bur­xul­du. Sən­tir­lə­yə-sən­tir­lə­yə gəlib Şah­na­zın qabağında yerə yıxıldı. Əli ilə döş­lə­ri­ni tutub, qış­qır­dı: - Vax­seyy, Cey­ran, anan!..
Cey­ran ya­ta­ğın üs­tün­də­ki mələfəni götürüb çıl­paq bə­də­ni­nə bü­rü­dü. Şah­na­zın göz­lə­ri mələfədəki qan lə­kə­sinə sataşdı. Onu dəhşət bürüdü: -Yooox….
Pi­ruz diz­lə­ri üs­tə qal­xıb, si­nə­si­ni qa­ba­ğa ver­di. Söz de­mə­yə ma­cal tap­ma­mış Şah­naz tü­fən­gi ona tuş­la­dı: - Binamus, de gö­rüm, oğlum sə­nin ana-bacının namusu­na sa­taş­mış­dı?!

Hikkəsindən tü­fən­gin tə­ti­yi­ni nə vaxt çək­di­yi­ni bil­mə­di. İkinci atəş te­le­vi­zo­r­da strip­tiz gös­tə­rən sa­rı­şın qız­la­ra açıl­dı. Atəş sə­slərindən ev sil­kə­lən­di. Dağlarda əks-səda verən güllələr elə bil sərhəd kəndinin GÖZ dağına atılmışdı. Xatəm Şah­na­zın ayaq­la­rı­na yı­xıl­dı: - Mə­ni öl­dür­mə, and ol­sun, bir olan Al­la­ha, kə­bin kəs­di­rib, qızını özü­mə ha­lal ar­vad edə­rəm! Al gö­tür, ver­di­yin pul­la­rı da!

Tel­naz elə bil yu­xu­dan ayıldı. Gah Şah­na­za, gah da onun ayaqlarına yıxılmış Xatəmə ba­xdı: - Axı sən mə­nimlə oldun... Ay şərəfsiz! Sə­nin ki­mi qor­xa­ğın ar­va­dı ol­maq­dan­sa, öl­səm yax­şı­dır.- Qəfildən arxa pən­cə­rə­dən özü­nü ge­cə­nin qaranlıq qoynuna bu­rax­dı. Ora dərin UÇRUM idi. Telnazın intiharı Şahnazın Xatəmə qəzəbini daha da artırdı. Tüfəngin ocaqlığına qoyduğu güllənin birini ona, o birini Ceyranın sinəsinə sıxdı.

Sonra diz üstə çöküb hönkür -hönkür ağladı…

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031