manera.az
manera.az

Hər şeyə rəğmən sevmək... _MANERA

📅 03.02.2016 15:29

Hər şeyə rəğmən sevmək... _MANERA
Vüsalə Vətənxan

Sevgi Nədir?

Sevgi mənim üçün çox şeydir, hətta hər şeydir. Ən dəyərli olan var-lıqdır sevgi. Həyatdan əbədiyyətə aparan bir yol, ya da duyğudur sevgi…

Yağmurlu havada yağış torpağa döyərkən kiçik bir qarışqanın qaçıb bir daşın altına sığınması kimidir sevgi. Daşın istisinəsığınıb, onu qo-ruyacağına əmin və inamlı, etibarlı, güvənli bir duyğu kimidir sevgi…
Ya da soyuq bir havada çırpınan kiçik bir quşun ağzında öz balasına yem daşıyarkən yuvasına çatdığında qonub sevinərək qanadlarını çırpa-çırpa yağmurdan qalan nəm damlacıqları ətrafa səpələyən o mi-nicik quşun şükür duyğusudur sevgi…
Sevgi bahara tələsən qaranquşlardakı həsrətdir.
Sevgi günəşin çıxmasını gözləyən torpaqdakı həsrətdir.
Sevgi ümiddir insanı yaşatmağa çalışan.
Sevgi mənim üçün çox şeydir, ən uzaq olan yerdə mənə hər kəsdən yaxın olandır sevgi, əlin çatmadıqda, toxunmadıqda belə varlığını hiss etməkdir…
Sevgi, xəyalında canlandırdığın mümkünsüz olandır.
Sevgi, hər şeye rəğmən sevməkdir, əzabına dözmək, çətinliyini hə-diyyə bilməkdir.
Sevgi qışın bahara, baharın qışa tələsməsidir. Dilsiz, ağızsız danış-maqdır sevgi…
Sevgi qarşılıq istəmədən ardınca getməkdir. Sevgi bir tək ürəkdədir ki, yalansız və ixtiyarsız.
Sevgi ölçülməzdir, dəyəri axtarılmaz və qədərsizdir.
Mənim üçün sevgi, uca Allahın Yaradıcı adı altında hər şeyi sev-məkdir, sevə bilməkdir.


Sevgi insanın dünyada tərkinə öz Yaradıcısını axtardığı halda, gözlə görüb, əllə tuta biləcəyi varlıqda tapdığı duyğudur həm də…

***
Bu Səhər

Sındırıb sineyi-zindanımı bülbül bu səhər,
Yetişir ahu-zarım, qəmli açır gül bu səhər.

Qovuşur ruhuma hicran, saralır eşq günəşim,
Yenə zülmətdi mənimki, işığım gəl bu səhər.

Qarışır damlalarım gur yağışın damlasına,
Yenə gözlərimə dolur qəm, axıdır sel bu səhər.

Məni hicranlara atma ürəyim gəl, qovuşaq,
Xəyalımdan zühur et, göz yaşımı sil bu səhər..

Bu elə qəm yüküdür, çəkməyə yoxdur hünərin,
Bari ağlar Vüsalənin qəmini bil bu səhər...



Baxış sayı - 3 202 | Yüklənmə tarixi: 03.02.2016 15:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031