manera.az
manera.az

Magistraturada ixtisas seçimi başlayıb

📅 22.06.2024 15:10

Magistraturada ixtisas seçimi başlayıb
2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi başlayıb.

DİM-dən MANERA.AZ-a bildirilib ki, ixtisas seçimi 2024-cü il iyunun 21-dən 30-dək internet vasitəsilə aparılacaq.

İxtisaslaşma seçiminə magistraturaya 11 fevral və 28 aprel 2024-cü il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir.

Müsabiqəyə yalnız “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.


Baxış sayı - 280 | Yüklənmə tarixi: 22.06.2024 15:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031