manera.az
manera.az

Ötən il işə qəbul olunan müəllimlərin sayı açıqlanıb

📅 10.01.2024 07:27

Ötən il işə qəbul olunan müəllimlərin sayı açıqlanıb
Ötən il 6 719 nəfər müəllim işə qəbul olunub.

Elm və Təhsil Nazirliyindən MANERA.AZ-a verilən xəbər görə, 2023-cü ildə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqələr davam etdirilib. 2023-cü ildə müsabiqələr nəticəsində 4 368 nəfər müddətsiz, 2 351 nəfər müddətli olmaqla işlə təmin olunub.

Bunlardan başqa 2 529 nəfər əlavə yerdəyişmə mərhələsi üzrə müddətli müqavilə ilə işə götürülüb.

İşə götürmə ilə bərabər çoxlu sayda təhsilverən iş yerini dəyişə bilib. 2023-cü ildə təxminən 1300 müəllim müsabiqə və qarşılıqlı şəkildə iş yerini dəyib.

Onlardan 1 219 nəfər müsabiqə nəticəsində, 91 müəllim isə elektron qaydada qarşılıqlı şəkildə iş yerini dəyişib.

İşə qəbulla yanaşı ötən il çoxlu sayda müəllim sertifikatlaşdırılma prosesinə cəlb edilib. 2023-cü ildə təşkil edilən sertifikatlaşdırılma prosesində 29 951 ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib.

Sertifikatlaşdırılmadan keçən müəllimlərin 5 246 nəfərinin maaşı 35 faiz, 17 914 müəllimin maaşı isə 10 faiz artırılıb. Ümumilikdə sertifikatlaşdırılma ilə əlaqədar 23 160 müəllimin maaşında əlavə artım baş verib.


Baxış sayı - 373 | Yüklənmə tarixi: 10.01.2024 07:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031