manera.az
manera.az

Misirdə Azərbaycan dilini öyrənənlərin sayı artır

📅 06.12.2022 07:53

Misirdə Azərbaycan dilini öyrənənlərin sayı artır
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kurslarında 22 tələbənin iştirakı ilə yeni tədris ili başlayıb.

Cəmiyyətin sədri, tədqiqatçı-alim Seymur Nəsirov MANERA.AZ-a bildirib ki, 2019-cu ildən bəri ödənişsiz əsasda təşkil olunan və müəllim İnarə Osmanovanın dərs dediyi Azərbaycan dili kurslarında müxtəlif ölkələrdən olan gənclər dilimizin qrammatikasını öyrənir, həmçinin danışıq üzrə yaradılmış klubun fəaliyyətində yaxından iştirak edirlər. Onlar mütəmadi olaraq Misir və digər ərəb ölkələrinin mətbuatında Azərbaycan haqqında məqalələrlə çıxış edir, xalqımızın qədim mədəniyyətini, adət-ənənələrini, tolerantlığını təbliğ edirlər. Tələbələrdən bir neçəsi ölkəmizə və qardaş Türkiyəyə səfər edib, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti və digər fənlər üzrə kurslarda 35 ölkədən 400-ə yaxın tələbə təhsil alır. Bundan başqa, Qahirə və Ayn-Şəms universitetlərində də Azərbaycan dili tədris edilir.


Baxış sayı - 359 | Yüklənmə tarixi: 06.12.2022 07:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031