manera.az
manera.az

Misirdə azərbaycanlı uşaqların rəsm sərgisi keçirilib

📅 26.12.2020 09:53

Misirdə azərbaycanlı uşaqların rəsm sərgisi keçirilib
Qahirədəki Misir-Azərbaycan Dostluq Cəmiyyətində azərbaycanlı uşaqların Vətən müharibəsində şanlı Qələbəmizə həsr edilmiş rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.

Manera.az xəbər verir ki, “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin təşkil etdiyi sərgidə azərbaycanlı uşaqların çəkdiyi əsgərlərimizin qəhrəmanlığı, Şuşa və Ağdama həsr olunan rəsmləri nümayiş etdirilib. Balacalar Vətən, Ordumuz haqqında ürək sözlərini də söyləyiblər.

Sərginin təşkilatçısı, “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov bildirib ki, Vətən müharibəsi günlərində azərbaycanlı ailələrdən olan uşaqlar müzəffər olaraq Ordumuzun qəhrəmanlığı haqqında şeir və rəsm əsərlərini diaspor mərkəzinə göndəriblər.

Diaspor təşkilatı adından balacalara hədiyyələr təqdim edilib.

Misirdə azərbaycanlı uşaqların rəsm sərgisi keçirilib
Misirdə azərbaycanlı uşaqların rəsm sərgisi keçirilib


Baxış sayı - 775 | Yüklənmə tarixi: 26.12.2020 09:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031