manera.az
manera.az

Şuşada “Məclisi-üns”ün ilk toplantısı keçirilib - FOTO

Şuşada “Məclisi-üns”ün ilk toplantısı keçirilib - FOTO
Sentyabrın 9-da Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisinin bərpa edildiyini bildirən ilk toplantısı keçirilib.

Nazirlikdən MANERA.AZ-a verilən məlumata görə, “Şuşa İli” çərçivəsində və görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə gerçəkləşən toplantıda mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, Azərbaycan və digər türkdilli ölkələrin elm, ədəbiyyat xadimləri, digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları öncə Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilən sərgi ilə tanış olublar.

Vaxtilə Şuşada Xan qızı Xurşidbanu Natəvanın himayəsində fəaliyyət göstərmiş, bölgənin tanınmış şairlərinin və musiqiçilərinin qatıldığı, dövrün ədəbi mühitinin formalaşmasında xüsusi rolu olan "Məclisi-üns"ün fəaliyyətinin bərpasından sonra ilk toplantısı Xan qızının evinin qarşısında təşkil edilib.

AYB-nin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi giriş sözü söyləyərək qonaqları salamlayıb.

Toplantıda çıxış edən mədəniyyət naziri Anar Kərimov işğaldan azad olunmuş ərazilərimizdə ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, bütün sahələr üzrə genişmiqyaslı quruculuq işləri həyata keçirildiyini deyib. Bildirib ki, eyni zamanda mədəni infrastrukturun bərpası və tarixi yurd yerlərimizə mədəniyyətimizin qaytarılması istiqamətində layihələrin reallaşdırılması Mədəniyyət Nazirliyinin fəaliyyətində prioritet məsələlərdən biri kimi müəyyənləşdirilib.

Daha sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, AYB-nin sədri, Xalq yazıçısı Anar, AMEA-nın Nizami Gəncəvi adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov, şair, tərcüməçi Səlim Babullaoğlu çıxış edərək tədbir haqqında fikirlərini bölüşüblər.

Məclisin “poeziya saatı”nda Azərbaycan və digər türkdilli ölkələrdən yazarlar ud və qanun ifaçılarının müşayiəti ilə Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan şeirlər söyləyiblər.

"Məclisi-üns" toplantısı bədii hissə ilə davam edib.

Şuşada “Məclisi-üns”ün ilk toplantısı keçirilib - FOTO
Şuşada “Məclisi-üns”ün ilk toplantısı keçirilib - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031