manera.az
manera.az

Repetitorların təhsilimizdəki rolu

Repetitorların təhsilimizdəki rolu
Əvvəllər fərdi müəllim xidmətindən yalnız xarici dillərin və ya hansısa riyazi məntiqi məsələlərin öyrənilməsində istifadə olunurdusa, indi birinci sinif şagirdindən tutmuş tələbələrə kimi akademik repetitor dəstəyinə ehtiyac duyulur.

Son illər repetitorlara müraciətlərin çoxalması valideynlərin uşaqlarla müntəzəm məşğul olmağa və onlara lazımi dəstəyi göstərməyə imkanlarının olmaması ilə izah edilir. Statistikaya görə, indi həm analar, həm də atalar 20-30 il əvvəlkindən daha çox işləyirlər və bu o deməkdir ki, onların uşaqlara ayırmağa kifayət qədər zamanı olmur.

İkinci səbəb məktəbdə getdikcə daha da mürəkkəbləşən proqramların çoxluğudur. Valideynlərin uşağına kömək etmək üçün tənliyi necə həll edəcəyini sadəcə başa düşmələri kifayət deyil. Onlar metodologiyanı mənimsəməli, müxtəlif həlləri izah etməyi bacarmalı və kifayət qədər səbirli olmalıdırlar, çünki bəzən materialı bir neçə dəfə təkrarlamaq lazım gəlir.

Təhsil eksperti Elçin Süleymanov "525"ə açıqlamasında repetitorların təhsildəki rolundan söz açır: "Repetitorluq bütün dünyada illərlə fəaliyyət göstərilən bir istiqamətdir. Sadəcə bunu müsbət tərəfə yönləndirmək lazımdır. Məsələn, repetitorluq fəaliyyəti dünyada daha çox xarici dil və riyazi məntiqi öyrənmək üçün istifadə olunur.

Azərbaycanda isə əksər repetitorluq fəaliyyəti ali məktəb imtahanlarına hazırlıq məqsədilədir və burada müəyyən bir fənni öyrənməkdən çox, test bacarıq texnologiyalarının inkişafı hədəf kimi götürülür. Bu da qısa müddətli bir nəticədir. Nəticə isə abituriyentlərin universitetə qəbul olunmasıdır. Burada məqsəd riyaziyyatı öyrətmək yox, riyazi testləri həlletmə bacarığını, kimyanı öyrətmək yox, kimyəvi reaksiyaları sürətli həlletmə bacarığını aşılamaqdır.

Sözügedən məsələnin istiqaməti universitetlərə qəbul qaydaların dəyişməsilə paralel olaraq dəyişə bilər. Qərb ölkələrində bu məsələ bizdəki qədər aktual deyil. Ona görə ki, orada məktəb nəticələri ilə abituriyentlər universitetə qəbulu alır. Nə öyrənirlərsə də, orta məktəb bazası içində öyrənirlər və həmin nəticə ilə də ali məktəbə qəbul olunurlar.

Bizdəki kimi qəbul rəqabəti olmadığına görə repetitor xidmətinə çox da ehtiyac duyulmur. Daha çox repetitor xidmətindən özəl dərs kimi, şagirdlərin başa düşmədiyi məsələlərin həlli, ev tapşırıqlarına dəstək məqsədilə istifadə edilir. Tədris, təhsil məktəbdə verilməlidir, repetitorlar isə fəaliyyətə ancaq dəstək göstərməlidirlər".

Ümumi nəticəyə gəlsək, repetitor xidməti məktəb təhsilini zəiflədir, yuxarı siniflərdə isə şagirdlərin sosiallaşmasının qarşısını alır. Bunun qarşısının alınması üçün məktəblərdə təhsilin səviyyəsi daha da genişləndirilməlidir. Düzdür, ölkəmizdə müəllimlərin işə qəbulu istiqamətində mühüm addımlar atılır. Amma bununla paralel olaraq repetitor xidməti də getdikcə genişlənməkdə davam edir. Əsas problem də elə budur.

Havar Şəfiyeva
525.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728