manera.az
manera.az

Küləklərdə axtar məni - 4 ispan şairdən şeirlər

Küləklərdə axtar məni - 4 ispan şairdən şeirlər
MANERA.AZ dörd ispan şair – Xuan Ramon Ximenes, Rafael Alberti, Migel Hernandes və Antonio Maçadonun şeirlərini təqdim edir.

Xuan Ramon Ximenes

Gecə və gecə yolları

Gecə və gecə yolları
Eyni şeylərdi
Sənin sevginin sirrinə sarı
Qaranlıq və çətin yollarla gəlirəm.
Sənin sevginə sirrinə sarı
Həyəcanlı dəniz küləkləriylə
Dağ zirvələrinin işığıyla,
Çiçək ətirli yollarla gəlirəm.


Rafael Alberti

Talesiz mələyin mahnısı

Gedən sənsən
Sənsən məni aparıb
O dənizdə tərk edən.
Dalğalarda axtar məni.
Sonsuz olan sənsən
Kölgələrin uzağında
Yanıb, sönən rüzgar
Qarda axtar məni.
Bilinməyən sənsən
Heç kimlə danışmayan
Həyəcanlı torpaq
Küləklərdə axtar məni.


Migel Hernandes

Ayrılıq nəğməsi

Üç yara ilə gəldi -
Eşq yarası,
Ölüm yarası,
Həyat yarası...
Üç yara ilə gəlir
Həyat yarası,
Eşq yarası,
Ölüm yarası.
Üç yaram var –
Həyat yarası,
Ölüm yarası,
Eşq yarası.
Bu üç adı
Yazdım qumlar üstünə –
Həyat, eşq, ölüm...
Köpük-köpük köpürən
Bir dalğa gəldi dənizdən
Hamısını yudu apardı.


Antonio Maçado

Yolçu, yol yoxdu...

Yolçu, yol sənin ayaq izlərindi
Başqa bir şey sanma yolu
Yolçu,
Yol yoxdu
Yol, yeridikcə yol olur
Yol olur gəzə-gəzə
Baxışlarını geriyə çevirincə
Bir daha ayaq
basa bilməyəcəyin uzaqlar olur
Yolçu,
Yol yoxdu
Yalnızca gəminin köpükləri var dənizdə.

Tərcümə: Malik Atilay






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930