manera.az
manera.az

Taleyin üç adı var: həyat, ölüm və sevgi

Taleyin üç adı var: həyat, ölüm və sevgi
Manera.az ispan şairi Migel Ernandesin şeirlərini təqdim edir:

Gəncliyə çağırış

Əgər o qan coşmursa,
əgər o gəncliyin cəsarəti yoxdursa,
nə o qan var, nə o gənclik,
nə günəş parlayacaq,
nə də güllər açacaq.

Doğulanlar məğlubdur,
ölənlər də məğlubdur,
çünki hədər yerə doğulub
hədər yerə ölürlər.

Ağrılıdır müharibə

Ağrılıdır müharibə ––
əgər orda sevgi yoxdursa.
Ağrılıdır, qüssəlidir,
dəhşətlidir silahlar
əgər sözlər yoxdursa.
Ağrılıdır, kədərlidir,
qüssəlidir adamlar
əgər sevgidən ölmürlərsə.
Ağrılıdır, əzablıdır...

Arenalda yazılan

Arenalda taleyin üç adı var:
həyat, ölüm və sevgi.
Qəfil coşan dəniz küləyi
o qədər sürətlə əsdi ki,
hər üçünü silib apardı.

Aparır məni izdiham küləyi

Əgər mən ölsəm, mən ölsəm,
dimdik duran başımla ölsəm
iyirimi kəs ölsəm belə,
ağzımda otlar qalsa da
dişlərimi bir-birinə sıxacam,
çənəmi bərk tutub saxlayacam,
ölümü gözləyən nəğmə oxuyacam.
Bil ki, ötən bülbüllərin var
tüfənglərin, silahların üstündə
döyüş meydanının tən ortasında.

Unudulan kəndlər

Unudulan kəndlər,
sahibsiz qalan ürəklər,
bədənsiz sevgilər...
...çöl otları, toz-torpaq və qarğalar.
Bəs cavanlar?

Onlar məzardadırlar!

Tənha və qurumuş ağac,
yataqdakı, ağac kimi
qupquru ərsiz qadınlar.
Nifrətdən doğan çarəsizlik.
Bəs cavanlar?
Onlar məzardadırlar!

Tərcümə etdi: Səxavət Sahil //artkaspi.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031