manera.az
manera.az

"Gəncliyin sözü" Bakı Dövlət Universitetində təqdim olunub

📅 24.04.2022 17:41

"Gəncliyin sözü" Bakı Dövlət Universitetində təqdim olunub
Yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət "Gəncliyin sözü" adlı kitabın Bakı Dövlət Universitetində təqdimatı keçirilib.

MANERA.AZ xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və BDU könüllülərinin təşkilatçılığı ilə baş tutan görüşdə Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar təşkilatın yaranma tarixi və fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, təşkilat tərəfindən indiyə kimi onlarla kitab nəşr edilib, birlik müxtəlif türk ölkələrində keçirilən konfrans, simpozium və festivallarda Azərbaycanı uğurla təmsil edib.

Tədbirdə təşkilat tərəfindən ərsəyə gətirilən “Gəncliyin sözü” kitabı təqdim olunub. Topluda 55 gənc yazarın müxtəlif mövzularda əsərləri toplanıb.

Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, fakültənin dekanı Əlamdar Cabbarlı, gənc yazarlar - Ümid Nəccari, Elmin Nuri, Ulucay Akif və Nadir Yalçın çıxış edərək, “Gəncliyin sözü” kitabının məziyyətlərindən bəhs ediblər. Görüşdə şair-bədii qiraətçi Anar Adilin ifasında şeirlər səsləndirilib, həmçinin tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi "Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətinin təşviqi" layihəsi çərçivəsində nəşr edilib.

"Gəncliyin sözü" Bakı Dövlət Universitetində təqdim olunub
"Gəncliyin sözü" Bakı Dövlət Universitetində təqdim olunub


Baxış sayı - 565 | Yüklənmə tarixi: 24.04.2022 17:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031