manera.az
manera.az

Azərbaycan hekayələri Çexiyada nəşr edilib

📅 06.03.2022 14:50

Azərbaycan hekayələri Çexiyada nəşr edilib
XX əsr Azərbaycan ədəbiyyatının Əbdürrəhimbəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Süleyman Rəhimov, Əli Vəliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı, Anar, Əzizə Cəfərzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Elçin, İsi Məlikzadə, Mövlud Süleymanlı, Kamal Abdulla, Şahmar, Sara Nəzirova, Rafiq Tağı, Saday Budaqlı, Etimad Başkeçid kimi tanınmış yazıçılarının çex dilinə tərcümə edilmiş hekayələrinin toplandığı “Sarı gəlin” Azərbaycan hekayələri antologiyası kitabı Çexiyada işıq üzü görüb.

Azərbaycan Dövlət Tərcümə Mərkəzindən MANERA.AZ-a bildirilib ki, kitaba daxil edilən əsərlərin orijinaldan çex dilinə tərcümə müəllifləri tanınmış çex tərcüməçiləri İvana Bozdexova və Klara Xoulikovadır.

Praqanın zəngin ənənəli “Karolinum” nəşriyyatında çap olunmuş kitab akademik Nizami Cəfərovun çex dilinə tərcümə olunmuş “Ön söz”ü ilə təqdim olunur.

Nəfis tərtibatda nəşr edilmiş toplunun yaxın günlərdə Praqanın mərkəzi kitabxanalarına, universitet və kitab evlərinə yerləşdiriləcəyi, tanıtım və təqdimat mərasimlərində elmi-ədəbi ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.


Baxış sayı - 486 | Yüklənmə tarixi: 06.03.2022 14:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031