manera.az
manera.az

Nizaminin “Yeddi gözəl”i İspaniyada işıq üzü gördü

📅 25.11.2021 08:46

Nizaminin “Yeddi gözəl”i İspaniyada işıq üzü gördü
Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi şairin “Yeddi gözəl” poeması İspaniyada işıq üzü görüb.

Manera.az xəbər verir ki, Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında çap olunmuş kitabın ispan dilinə tərcümə müəllifi – tanınmış ispan mütərcimi Karmen Linares, Ön sözünün müəllifi – görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru – tanınmış ispan filoloqu Fransisko Kapilla Martindir.

Orijinal illüstrasiyalarla nəfis tərtibatda nəşr edilmiş kitabın yaxın günlərdə Madridin mərkəzi kitabxanalarına, universitet və kitab evlərinə yerləşdiriləcəyi, tanıtım və təqdimat mərasimlərində elmi-ədəbi ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, ilk dəfə Madriddə 2000-ci ildə işıq üzü görmüş kitab Nizami Gəncəvini İspaniyanın oxucu auditoriyasına “fars şairi” kimi təqdim edən Ön sözlə nəşr olunmuşdu. Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü və səyləri nəticəsində əsərin müəllifinin dahi Azərbaycan şairi olduğunu elmi dəlillər və sənədli faktlarla təsdiq edən yeni nəşrinə nail olunub.

Nizaminin “Yeddi gözəl”i İspaniyada işıq üzü gördü


Baxış sayı - 453 | Yüklənmə tarixi: 25.11.2021 08:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031