manera.az
manera.az

“1984” romanı yenidən yazılacaq

“1984” romanı yenidən yazılacaq
Amerikalı yazıçı Sandra Nyuman Corc Oruellin "1984" romanını qadın nöqteyi-nəzərindən təkrar yazacaq.

MANERA.AZ TASS agentliyinə istinadla xəbər verir ki, Britaniya Yazıçılar Fondu klassik əsərə başqa gözlə yanaşma ideyasını nəşr etməyə razılıq verib.

“Culia” adı altında yazılacaq kitab, ehtimal ki, 2023-cü ildə işıq üzü görəcək. O, baş qəhrəman Uinston Smitin sevgilisi adından “1984”də təsvir olunan hadisələr barədə danışacaq.

Romanı nəşr edəcək “Granta” nəşriyyatının açıqlamasında deyilir: “Culiya Okeaniya dünyasını (romanın qəhrəmanlarının yaşadığı qondarma yer) Uinstondan qat-qat yaxşı başa düşür. Oruell özü yazır ki, bəzi məqamlarda o, baş qəhrəmandan daha fərasətli və partiya təbliğatına daha az həssasdır.”

Oruell Fondunun sözçüsü Bill Hamiltonun sözlərinə görə, Sandra Nyuman yeni kitabında orijinal romanda cavabsız qalan iki suala cavab verəcək: Culiya Uinstonda nə görüb və partiya iyerarxiyası ilə necə üzləşib. Bill Hamilton qeyd edib ki, əsərin milyonlarla pərəstişkarı “Culiya”nı “təxribatçı və məmnunedici yoldaş” kimi tanıyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdırБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031