manera.az
manera.az

Hər insan bir xatirədən ibarətdir - Yazı

Hər insan bir xatirədən ibarətdir - Yazı
MANERA.az gənc yazar Rasim Əlizadənin "Ambulansın sirena səsi" yazısını təqdim edir:

İnsan varlıq olaraq dəyişkəndir, özünüzdə də hiss etmisiz bəlkə də, illər keçdikcə dəyişdiyinizi. Burada söhbət görünüş olaraq dəyişimdən getmir, düşüncə və ruh halı olaraq nəzərdə tuturam.

Həyatınızdakı insanlarda da fərqinə varmısız bu dəyişiklərin, əvvəl başqa, indi başqa adamlar olurlar. Bu normaldır, həyatın gedişatı bunu tələb edir, qəbul olunan vəziyyətdir. Heç dəyişməməkdənsə dəyişim daha yaxşıdır, hətta dəyişimin olmağı mütləqdir, çünki bizim əlimizdə deyil, bunun bizdən asılı olmamağı həyatın bizə təklif etdiyi variantlardan biridir.

Facebookda postların birində oxumuşdum, təxminən belə ifadə olunurdu, “ola bilər bir neçə il əvvəl hansısa pis davranışla çox pis insan kimi yaddaşlarda qalım, ola bilər indi həmin insandan əsər əlamət qalmasın daha yaxşı birisi kimi tanınım, o vaxtı o insan idim, indi də bu.”

İnsanların bu dəyişkənliyini qəbul etdikdən sonra, çox maraqlı bir şey ortaya çıxır, kimisə əvvəlki pis bir əməlinə görə qınamamaq. Ümumiyyətlə insanları yaxşı və pis olaraq sinifləndirmə mənə görə yalnış yanaşmadır, insanı insanı edən ünsürlər, nitq, davranış, mərhəmət, vicdan, əxlaqından doğan əməlləridir, bunları yaxşı və pis olaraq sinifləndirmək ola bilər, amma hər hansısa yalnışına görə kiməsə pis insan damğası vurmaq hardasa yalnışdır, çünki bayaq dediyim kimi elə olur vaxt keçir pis əməllərdən yaxşılara keçid baş verir.

Hə bir də ki, kimsə məndən soruşsa yaxşı insan və ya pis insan kimə deyilir, cavablandırmaq da çətinlik çəkərəm, ki yenə deyirəm bu sinifləndirməyə qarşıyam. Tez-tez qarşılaşmısız bəlkə bu ifadəylə, insanların nə dediklərinə yox, nə etdiklərinə baxın. Hərə bir cür kiminsə xatirəsində qalır, yaxşı və ya pis.

Məncə hər insan bir xatirədən ibarətdir, elə həyatın da bir xatirədən ibarət olduğu kimi. Yaza-yaza fərqinə varıram ki, bu toxunduğum mövzular məni insandan uzaqlaşdırır, insan bu dediklərimdən daha yuxarıdadır, daha ali dərəcədədir, sanki hamısı insanın kölgəsində qalır.

Nitq, davranış, mərhəmət, vicdan, əxlaqdan doğan əməllərin insanların necə xatirələrdə qalmasına bir başa təsir gücünə sahib olur. Nitq ilə bir insanı çox rahat şəkildə qazanmaq və ya itirmək olar, buna davranış da daxildir. Mərhəmət insanın ən ali duyğularından biridir, ilahiləşmək mərhmətdən keçir.

Vicdan isə özünsən, səndən başqası yoxdur orda, hər şeyinlə ən incə ayrıntısına qədər ordasan.

Əxlaqdan doğan əməllər isə sənin ruhuvun məhsuludur hansı ki bunu insanlara yansıdırsan və bunun təsirinə həm özün, həm insanlar düşür, bir enerji kimi ötürürsən. Bu enerji məsələsi çox önəmlidir, çünki düzgün enerji ötürməlisən ki sənə də düzgün enerji qayıtsın, hardasa karma kimi bir şey.

Unutma, sən bir insana qarşı daxilində mənfi enerji ilə yanaşırsansa, ondan özünə qarşı müsbət enerji gözləmə, çox gümanki aranzıda yaşanan problemlərin səbəbidə elə budur. Çox eşidərsiz, əvvəl aramız çox yaxşı idi amma indi yox tipli sözlər insanlardan, buna səbəb daxildəki enerjidir, bu kimi şikayətlənmələrdə özlərini tapan insanlar, daxili aləmlərinə baxıb orda mənfiliyi aşkar etməlidirlər.

Bütün bunları konkretləşdirsək, yəni nəticə olaraq geriyə qalan ya yaxşılıq olur ya da pislik. İnsanın yaşantısı bunlarla ölçülür. Nə yaxşılıq itir, nə də pislik, ikisi də geri qayıdır insana, karma, həyatın bumeranqdan ibarət olması. İynənin ucu boyda da yaxşılıq etsən qarşılığın görəcəksən, pislik də.

Amma həyatın ən acı tərəflərindən biri də ədalətsiz hadisələrin baş verməsidir, ən çoxda yaxşılıqla həyatlarını davam etdirən insanlara. Olub, görmüşük, yaxşılıq edənin çox sıxıntılı bir həyat yaşayarkən, pislik edənin sıxıntısız həyat yaşaması.

Bu fərqlilik insanı üsyankarlığa sövq edir və insanla Tanrı arasında inciklik olur. İnsan axı niyə mən deyərək yanıb qovrularkən ən çox hiss etdiyi şey Tanrının onu unutması, həyatda tək özünün bu vəziyyətdə olması və əl açıb etdiyi duaların da çarəsiz olması olur. Hiss edilən bu olur,amma yanılır, həqiqət bu deyil əslində, sadəcə qaranlıq fikirli düşüncələrinin toruna düşür.

Necə deyərlər, Tanrının kiminləsə arasında şəxsi problemi yoxdur, bu dünyada milyardlarla insanların arasından səni seçsin ki, nəsə gözümə yaxşı dəymədi, dayan bunu sıxıntılara qərq edim. Bu qədər insan demişkən, Tanrının da işi çətindir, düşün hərə bir şey istəyir, hansına yansın, hansına çatsın. Təbii ki, yazıya şirinlik qatmaq üçün deyirəm bunları, yoxsa mənim də şəxsi problemim yoxdur, həm Tanrının gücü, ədaləti haqqında yazmağa ehtiyac duymuram, bəlkə başqa bir yazıda.

Bir dəfə dindar dostum dedi ki, Tanrı dünyadakı insanlara, fərd- fərd nəzarət etmir, ümumi baxır, həmçinin hadisələrə də, onda biraz fikirliydim tam anlamamışdım dediyin, amma anlamış kimi özümü aparmışdım. İndi o fikirləri anlamışam deyə bilmərəm, amma artıq inanıram ki Tanrının hər insandan gözləntisi ayrıdı. Gözlənti ayrı olanda təklif etdiyi həyatda ayrı olur. Təklif etdiyi həyata görə insanların misyaları dəyişir. Yaxşılıq və pislik də elə bu misyadan doğur.

Elə düşünürəm ki, kimsə yaxşılıq və ya pislik edəndə Tanrının onunla bağlı gözləntisi və bəxş etdiyi misyadan qaynaqlanır. Mütləqdir ki bilir kim yaxşılıq üçün yoxsa pislik üçün həyata gəlib. Bəs yaxşı yaxşılıq üçün doğulub, misyası yaxşı olan insanların başına niyə pis hadisələr gəlir, ədalətsizliklərlə dolu həyat yaşayırlar deyə düşünəndə adam sualların içində batıb qalır. Amma Tanrı sevdiyi ruhları həmişə sınağa çəkib, sıxıntılar yaşadıb ki, görəsən mənə tərəf gəlməyə davam edəcək yoxsa üz döndərəcək? Ən azından mən belə düşünürəm, belə olmaya da bilər, həqiqətə çatmaq həmişə çətin olub onsuz.

Əsas odur ki, yaxşılıq edən insanlar ruharı sıxılsa belə ruhdan düşməsinlər, yaxşılıqlarına dayanmadan davam etsinlər. Yaxşılığın dəyər görməsə belə yaxşılıq et, dinləyənin olmasa belə danış, xoşbəxtliyini gözləri götürməsə də xoşbəxt ol, qısacası özün olmaqdan imtina etmə, başqa birisi olmağa çalışma, səni özün olaraq da sevənlər var və hər zaman olacaq.

Sən ən dəyərlisən öz olaraq və bu Sənin eynisi yoxdur həyatda. Sən individualsan və təkrarın olmayacaq. Özünü sev, dəyərli bil, səni sevənlər, yanında olmaq istəyənlər onsuzda həyat hekayəndə sənlə davam edəcəklər, sevməyənlərin isə bir-bir həyat hekayəndəki rolları sonlanmış olacaq.

Amma, elə bir zaman gələcək, Tanrı istədiyin hər şeyi sənə bəxş edəcək, özünü dünyanın ən xoşbəxt insanı hiss edəcəksən, hər şeyin fövqündə olduğunu düşünəcəksən.

O qədər sevgi dolu olacaqsan ki, düşmənini görsən qucaqlamaq, küsülü olduğun hərkəslə barışmaq istəyəcəksən. Hətta yoldan keçən ambulansın sirena səsin eşidib tanımadığın insan üçün dua edəcəksən, özünü ümidin, sevincin, hüzur və xoşbəxtliyin içində tapacaqsan..Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031