manera.az
manera.az

Vətən müharibəsi mövzusunda pyes müsabiqəsi elan edildi

📅 08.07.2021 12:05

Vətən müharibəsi mövzusunda pyes müsabiqəsi elan edildi
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Qarabağ – Vətən müharibəsi mövzusunda "2783…” adlı pyes müsabiqəsi elan edir:


• Pyeslərin mövzusu 44 günlük Qarabağ müharibəsi günlərinin ab-havasını, bu zaman kəsiyində baş verənlərin ümumilikdə ölkənin ictimai həyatına təsirini, insan talelərində əksini ifadə etməlidir. Təqdim olunan əsərlərdə birbaşa müharibə və döyüş səhnələrinin olması şərt deyil. Müharibənin tək-tək qəhrəmanların dünyasına təsiri, sevgi və həsrət, ayrılıq və şəhid taleləri ön plana çəkilə bilər. Qazilərin müharibə xatirələri, zəfərdən sonrakı taleyi, həyatı, işğaldan azad edilmiş bölgələrdə həyatın dirçəlişi də əsas mövzu ola bilər.

• Pyeslər daha əvvəl heç bir yerdə çap olunmamalı, internet resurslarda yayımlanmamalı və səhnələşdirilməməlidir.

• Hər müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

• Müsabiqədə yaş həddi yoxdur.

• Əsərlər 2021-ci il oktyabr ayının birinə kimi elektron formatda, müəllif haqqında məlumat və əlaqə telefonu qeyd olunmaqla teatrın e-mail ünvanına (g.t.teatr@mail.ru ) göndərilməlidir.

Təqdim olunan əsərlər münsiflər heyəti tərəfindən qiymətləndirilərək qalib pyes seçiləcək və əsərə 202122-ci il teatr mövsümündə quruluş veriləcək. Həmçinin pyesin "Azərbaycan” dərgisində işıq üzü görməsi tövsiyyə olunacaq.


Baxış sayı - 1 286 | Yüklənmə tarixi: 08.07.2021 12:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031