manera.az
manera.az

Koronavirusun ümumi əlamətləri dəyişdi

Koronavirusun ümumi əlamətləri dəyişdi
Koronavirusun əlamətləri dəyişib - indi xəstəliyi müəyyən etmək daha çətindir.

Manera.az bildirir ki, xarici internet saytlarının yazdığına görə, Kral kollecindən olan britaniyalı alimlər koronavirusun əlamətlərindəki dəyişikliklər barədə xəbərdarlıq ediblər.

Onların iddiasına görə, hazırda koronavirusu soyuqdəymədən ayırmaq çətindir.

İngiltərə Milli Səhiyyə Xidmətinin tərtib etdiyi xəstəliyin əsas əlamətləri siyahısında yalnız burun axıntısı, baş və boğaz ağrısı qalıb.

Həkimlərin fikrincə, koronavirusun əsas əlaməti boğaz ağrısıdır.

Əgər əvvəllər koronavirus yoluxanların boğazı ağrımırdısa, buna görə xəstəlik qrip və SARS-dan fərqlənirdisə, indi bu əlamət koronavirus xəstələrində də müşahidə olunur.

Həkimlərin izah etdiyi kimi, indi koronavirusu soyuqdəymədən ayırmaq çətindir, virus daha məkrli olub - xəstə ağır formada reanimasiyaya daxil olana qədər əslində özünü heç bir şəkildə hiss etdirmir.

Xəstəliyi müəyyən etmək üçün testlər aparmaq və soyuqdəymənin ən kiçik əlamətlərinə diqqət yetirmək lazımdır.

Əgər burun axıntısı və ya boğaz ağrısı varsa, həkimə müraciət etmək üçün bir səbəb var.

Pandemiyanın ikinci ildir davam etdiyini və xəstəlikdən minlərlə insanın həyatını itirdiyini unutmamalıyıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31