manera.az
manera.az

Müəllim şagird münasibətinin dərs keyfiyyətinə təsiri - Araşdırma

Müəllim şagird münasibətinin dərs keyfiyyətinə təsiri - Araşdırma
Araşdırmalara görə, müəllim və şagird münasibəti məktəb həyatında bir çox şeyə təsir edir.

Məktəbdə qurulan sağlam ünsiyyət uğurun ən böyük amillərindən biridir. İmtahan, məktəb stressi, məktəbə uyğunlaşma çətinliyinin aradan qaldırılması üçün şagirdlər həm ailəsi, həm də müəllimləri ilə yaxşı münasibətdə olmalıdır. Bu məsələdə təhsil işçilərinin üzərinə böyük iş düşür.

Məktəbəqədər təhsildə aparılan bir araşdırmaya görə, bu dövr bütünlükdə təhsil həyatına təsir edir. Xüsusilə, məktəbəqədər təhsildə müəllim və şagird arasındakı münasibət, dərslərə və məktəbə qarşı yaranan stressin qarşısını alır.

Bu sahədə Oreqon Universitetində Bridget Hattfieldın apardığı araşdırmanın nəticələri də olduqca diqqətçəkicidir.

Hattfield və qrupunun apardığı araşdırma bu sahədəki ilk fundamental tədqiqatlardan biridir. Araşdırmanın nəticələrinə görə, müəllim-şagird münasibəti dərsə qarşı sevgidən məktəbə getmək istəyinə qədər bir çox şeyə birbaşa təsir edir.

5 yaşdan aşağı uşaqların 61%-i sinif mühitində təhsil aldığı üçün bu, birbaşa stresə səbəb ola bilir. Digər tərəfdən müəllimi ilə sağlam bir əlaqə qurmayan şagirdlərin akademik göstəricilərinin də aşağı olduğu müşahidə edilir. /azedu.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031