manera.az
manera.az

“Hədəf Nəşrləri” müəllif tenderi elan edir

📅 06.04.2021 19:19

“Hədəf Nəşrləri” müəllif tenderi elan edir
“Hədəf Nəşrləri” “Balabilgə” uşaq seriyası kitabları üçün müəllif tenderi elan edir.

Tender müasir tərzdə uşaq ədəbiyyatının yaradılması, yeni və milli uşaq xarakterlərinin meydana çıxması, yerli müəlliflərə stimul verilməsi və s. məqsədləri özündə ehtiva edir.

İlk layihə – 10 kitabdan ibarət silsilə “Bilgənin macəraları” adlanacaq.

Silsiləyə aşağıdakı kitablar daxildir:

1. Həkim Bilgə
2. Mühəndis Bilgə
3. Müəllim Bilgə
4. Prezident Bilgə
5. Biznesmen Bilgə
6. Səyyah Bilgə
7. Polis Bilgə
8. Proqramçı Bilgə
9. General Bilgə
10. Rejissor Bilgə


İlkin mərhələdə iddiaçı müəlliflərlə görüş keçiriləcək, silsilənin konsepti ətraflı izah olunacaq, bir kitabın yazılması üçün vaxt veriləcək.

İkinci mərhələdə artıq yazılan hekayələrə nəşriyyat tərəfindən yaradılmış komissiya üzvləri baxacaq, ümumi rəylər verəcəklər.

Üçüncü mərhələdə qalib elan olunacaq və onunla növbəti 9 kitabın yazılması üçün müqavilə bağlanacaq.

Müraciətçilər göstərilən fotodakı anket formasını doldurmalıdırlar.


Baxış sayı - 525 | Yüklənmə tarixi: 06.04.2021 19:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031