manera.az
manera.az

İradə, mən ölürəm - Pandemiya hekayəsi

İradə, mən ölürəm - Pandemiya hekayəsi

(Hekayə "Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi”nin qalibi olub)

Hər şey o qədər gözlənilməz, o qədər sürətli və qarma-qarışıq baş vermişdi ki, indi üstündən xeyli keçəndən sonra da gərginliyi canımdan çıxmayıb; olanları başdan-ayağa xatırlamağa çətinlik çəkirəm.

Şeytanın qıçını sındırıb – uzun illərin həsrətinə son verərək Təbrizə yollanmışdım. Qəribə hisslər keçirirdim, nə gizlədim. Deyirdim, Təbriz ruhumu dirçəldəcək; deyirdim, Arazın bu tayına döndükdən sonra dünyam dəyişəcək, çox şey öncəki kimi ol mayacaq. Elə inanırdım, elə inanırdım!
Güneyli qardaşlar sağ olsun, məni rəsmi sərhəd məntəqəsinin çıxışında qarşıladılar, mənə diqqət-qayğı göstərdilər, ürəyim hara istədi, apardılar, kimnən istədim, görüşdürdülər; hamısı, hamısı gülərüz, istiqanlı, qonaqpərvər, hazırcavab və şən idi.

Amma bir həftəlik səfərin son günü hiss etdim ki, qardaşlar nəsə umulu-dumulu, kefləri pozğun hərlənir və bu ovqatsızlığı məndən gizlətməyə çalışır. Ağlıma çox şey gəlsə də, ancaq geri dönüşdə – rəsmi keçid mən təqəsində bildim ki, qorxulu olaylar olmuş... Və gü ney lilər olubbitənləri böyük ustalıqla məndən gizlətməyə, kefimin pozulmamasına ça lı şıb. Bilirdilər axı yaşım qədər, bəlkə, yaşımdan artıq həsrətim vardı Təbrizə, bilirdilər...

Bəli, geri dönər-dönməz hər şeyin dəyşdiyini gördüm, ancaq bu dəyişim mən düşündüyüm dəyişim deyildi. Sərhəddən keçən hər kəs kimi, məni də açalaq-umalaq As tara xəstəxanasına götürdülər. Az qala hər kəsin ağzı-burnu maskalı və... sualı çox, ca vabı azdı. Hamı bircə sözü çevirirdi: koronavirus, koronavirus... Açığı, mən özümdə ra hatsızlıq hiss etmirdim, yaxşıydım, di gəl sərbəst buraxan kimdi? Sanki sər hədin o ta yın - dakı qara çarşablar “modern ləşib” bu taydakı qadın həkimlərin ağzı-burnu boyda kiçik maskalara dönmüşdü; dövlətlərarası rəsmi sərhəd “balalayıb”, indi rayondan-rayona da ke çid məntəqələri kimi “çoxalmışdı”; tanı ma dıqlarına şübhəli baxan o taylı məmurlar qalsın o tayda, bu tayın tanıyanı da, tanımayanı da istiqanlı görüşmələri “ixtisar etmiş”, müna si bətlər məsafə qaza nmışdı.

Qızdırmamızı tez-tez ölçən ağ xalatlı, qara maskalı həkim qızlar az danışıqları ilə soyuqqanlı idi. Bəlkə də, elə deyildi, mənə belə gəlirdi, bəlkə, öz tə dirginliyim məni haldan-hala salır, hamıdan incik düşürürdü... – bilmirəm, ola bi lər. Hərdən də, fikirləşirdim ki, aman, Tanrım, yoxsa, o tayda hansısa ziyarətdə yanlış dav - ranışımmı oldu, yanlış sözmü dedim, ulu qüvvələrin xoşuna getmədi – nədi? Yoxsa “ca dupitik”mi yazdılar mənə? Bu yandan da telefonum susmurdu, sanki bütün gərəksiz zənglər məhz bu günü göz ləyirmiş...

Di gəl bu qarğaşa içində, nə etdilər, neynədilər, müəyyən vaxtdan sonra, xeyli adamı buraxdılar, mən, isə Bakıdakı Xüsusi Tibb Mərkəzinə köçü - rəcəklərini bildirdilər. Açığı, gerilədiyimi hiss edirdim yavaş-yavaş, amma bunun koronavirusla yox, ümumi ov qatsızlıqla bağlı olduğunu düşünürdüm; lakin mən saydığımı sayım, görək, fələk nə sayırmış...

Astaradan Bakıya hərəkət vaxtı başımın fırlandığını, gözümə qaranlıq çökdüyünü, ələlxüsus nəfəsimin daraldığını hiss etməyə başladım. – İqlim dəyişikliyi, yuxusuzluq, rejimsizlik, doğ - malardan uzaqlıq-filan – ha özümə təsəlli ver mə - yə çalışdım, gör düm, yox, bu xına o xınadan deyil. Və Bakıya çatdıq çatmağına... lakin artıq nəfəsim çatmırdı, nəfəsim. “Bu ilmi ölübsən, bildirmi?” – fikrən hava lanırdım, havam yetmirdi. Huşum zəifləyir, yaddaşım “tərəddüd edir”, “bir sağ, bir sol” göstərirdi. Gö rəcəkli günüm varmış...

Ala-çula xatırlayıram, kimsə pasportuma baxa-baxa, “Yolçu Qədirlini həkim İradə Qiyamətdinliyə götürün” – dedi. Kimə, kimə? – İradə Qiyamətdinliyəmi?! Aman Tanrım! Bu qədər təsadüf ola bilməzdi, belə nadir soyada İradədən başqasında heç rast gəl mə miş, heç eşitməmişdim – bu o idi! Heyim yoxdu, bir də soruşam, da ya nam, duram. Duyduğumu duymuşdum artıq...

İradə ilə belə qarşılaşmağı heç istəməzdim, heç. Anlaşılmaz bir dirənişə meyil etsəm də, dediyim kimi, artıq heyim tükənirdi, təngnəfəslik, quru öskürək, gözü açıq sa yıqlama kimi bir halətə qərq olmuşdum və məni bu halımla, halsızlığımla qeyri-ixtiyari içəri apardılar. Artıq heç nə mənim iradəmdən asılı deyildi. Gözümü bir də onda açdım ki, sanki “ska fandr” gey miş İradə başımın üstündə və mən şəffaf tabut kimi bir nəsnənin için - dəyəm... Gözümü, bəlkə, bir saniyəlik aça bilirdimsə, qazancdı. Uzun illər görmədiyim İradə mənə adi xəstə kimimi baxır, nifrətləmi, sevgiqarışıq rəhm hissi iləmi? Gəl də bil... Bil də gör...

İradə ilə gözəl günlərimiz olmuşdu. Sonra əbədi ayrılıq kimi hərəmiz bir yana düşmüşdük. Onun Türkiyədə yaşadığını bilirdim, orada həkim kimi çalışdığını, həm də tibbin hansısa yeni sahəsi üzrə elmi iş üzərində işlədiyini eşitmişdim. Amma budur, biz Bakıdakı xüsusi mərkəzdə qarşılaşmışdıq. O – həkim, mən – xəstə... Nə qə - ribədi, qabaqlar da belə olmuşdu: onda da mən onun xəstəsiydim, onun xəs təsi... amma bir vacib fərqlə – onda, aradabir Taclıbəyim dediyim bu zalımın özünə, sevgisinə tutquluydum – indisə taclı virusa tutulmuşdum...

İradə, İradə...

Nə olmuşdusa, mənim üzümdən olmuşdu. Hər kəs bizi sevgili bilir, sevgili görür dü – düz də edirdilər, haqq edirdilər. Necə deyərlər, ayrı gecələrə yatsaq da, eyni sa bahlara durardıq, bir damın altında yaşamayan, qohum olmayan, bir kollektivdə çalış mayan iki insan nə qədər bir yerdə ola bilərdisə, ondan daha artıq dərəcədə bir yerdəydik... Günlərin bir günü İradə dedi, mən Türkiyəyə oxumağa gedirəm. “Bıy, xanım - əfəndilər, durub-dururkən bu da nərdən çık dı?” – mən elə beləcə də soruşdum ondan. O da “əsas”lar gətirdi – nə bilim, “təhslin növbəti mərhələsi vacibdi, mənim ixti sasım üzrə ən yaxşı universitet Cərrahpaşadadır, qrupun bütün yaxşı oxu yan ları gedir, mən də əlaçıyam (mən hər dəfə “əlaçı deyilsən, əlasan” deyərdim, bu dəfə “düzəliş” eləmədim) – özü də uzağa getmirəm ha, öz Türkiyəmizə ge dirəm...” Türkiyəyə getmək sorun deyildi, ümumiyyətlə, GETMƏKdən söhbət ge - dirdi və bu qərar mənsiz verilmişdi; üstəlik, onunla Türkiyəyə, eyni şəhərə, eyni uni ver sitetə gedəcək qrup yol daşından gö züm heç su içmirdi, heç. İradəyə inanmırdımmı? – İnanırdım. Amma biz kişi xeylaq larının boynumuza almadığımız qısqanclıq hissi də olmamış deyil. Nə giz lədim, evlənməyə hazırlaşdığım qızın məni burda qoyub uzun müddətə respublikadan qırağa getməsini qəbul edəcək qədər “inkişaf et mə mişdim”. Belə çıxırdı İradə evlən məyə hazırlaşmır; e-ee... hazırlaşmırsa, bə neçə illərdir biz niyə tutub-tutu - şurduq?..

Bu söhbət acı bağırsq kimi uzandıqca uzandı, o dedi, mən dedim, mən dedim, o dedi... – yıpradırdıq bir-birimizi. Bilmirəm, nə hik - mətsizliksə, sevənlərin bir-birini bağış la ması zülmdür elə bil; o günlər hər ikimiz, bəlkə, onlarca adamı nədəsə, hardasa ba ğışladıq, bir-birimizi anlamaq, bağışlamaqsa alınmadı ki alınmadı... İlahi, nə qədər “ar qument” çıxdı ortaya?.. – Sanki geridönməz yola girmişdik. Bu “geridön məz - lik”də mənə bağlı iki hadisə həlledici oldu: biri mənim İradə ilə eyni universitetə gedəcək oğlanla cavanlıq sövq-təbiiliyi ilə və əslində, məz mun - suzca gərginlik yaşamam, digərisə tam da o sı rada İradənin qrup yoldaşı olan bir qızın sürətlə mənim həyatıma daxil olmağa baş la ması... – Zalım qızını öncələr fərq etmə mişdim, sanki son günlər bir baş - qa cür olmuş, işvə-naz qazanmışdı, ya nə bilim, nə olmuşdu. – Mənim gözüm İradədən baş qasını görürdümü ki, onu da görəydi?.. Bəlkə də, elə həmişə belə gözəlmiş, nə bilim? – Münasibətlər və münasi bətsizliklərin “avtorəqs”inə, “kvant fizikası”na düşmüşdük. – Ya xınlaşmalar, uzaq - laşmalar, doğmalaşmalar, yadlaşmalar... Bir dönəm qapanırdı sanki, sanki o qa panış nöqtəsi həm də yeni açılım nöqtəsiydi...

“Ah, bu uzun sevda yolu, Vurulurmu başa könül?..” – İlahi, İlahi, İradəynən zor şərtlərdə qurduğumuz sevgi qalası uçurmuydu!? – Belə ola bilərdimi? Və bu qədərmi asanmış ayrılmaq?! – Qəlbən elə qırılmışdıq, elə qırlmışdıq, çilik-çilik olmuşduq! Başqaları belə məqamlarda necə davranardı? – Bilməm ki! – Mən heç belə gün görməmişdim, mən belə hallara düş mə mişdim, mən belə ayrılığa xamıydım. Beləydi, acı da olsa, beləydi. O da macal ta pıb, ehtiyac duyub, gedib saçlarını kəsdirmişdi – biləbilə ki mən uzun saç larına bir baş qa cür va lehdim. Bir neçə şəkli gözümə dəydi, hardasa, qırmızı rəngli nə paltarı, akse ssuarı, nəyi, nəyi vardısa, “tərk etmiş”, qatma-qarışıq rəngli əlbisəyə, xırdaxuruşlara tut muşdu özünü. “Cəhənnəmə ki!” – dilimdən çıxmasa da, ürəyimdən bu sözlər keç - məmiş di, doğrusu.

Sonra qürur imkan verməmişdi bir-birimizi aramağa. Gedilməyən yolu kol-kos ba sar, deyirlər. Deyirlər ha: gözdən uzaq olan, könüldən də uzaq olar... – Körpülərimiz al tın dan sular axmış, göy üzümüzdən karvan-karvan buludlar keçmişdi ötən illər boyunca. Mən evi tikilmişin şərə-şur işləri də olmuş, o evitikilmişin qrup yol daşından bir qızım dün yaya gəl mişdi... – yox, yox, evlənməmişdik – o da ayrı bir söhbətdi... Ay parçası doğul ma mış - dan ön cələrdən araya buz soyuqluğu düşmüşdü; sonralar öyrəndiyim bir xə bərsə ildırım kimi çaxmış, məni haldan-hala salmışdı: anası qızı - mızın adını İradə qoy muşdu. – Niyəsiz, necəsiz: İRADƏ! – Lütfmü, əzabmı, acıqmı, etirafmı? – anlayanı gətir, anladanı gör...

Bəli, uzun illər sonra İradənin respublikaya dönməsi sırf koronavirusla mübarizə tədbirləri çərçivəsində bir qrup azərbaycanlı həkimin qardaş ölkədən yardıma gəlməsi ilə bağlıydı. Gərginlik keçəndən sonra qayıdacaqdı...

Kim bilir, oralarda ailə qurubmu?..

Amma saçları uzunuydu yenə hər halı ilə “Ay deyiləm, ulduzam, Gəlin deyiləm, qızam” deyirdi amma; amma da canayaxın davranırdı zalım balası, adda-budda gözə dəyən ak sessuarları da qırmızıydı...

“Koronavirus” – başqa adı ilə “Covid 19”, el arasındakı deyilişi ilə “Cavid 19”, elə bil bizi müdrikləşdirmişdi, doğmalaşdırmışdı və birbirimizə yaxşı görünməyə başla mış dıq. Şəxsən mən onun hər hərəkətində, sözündə, baxışında bir məna axtarır və o mə nanı “tapırdım”. Elə bil bu gözəgörünməz virus, virus deyildi, görüşmə imkanı, birləşmə bəhanəsi, özümüzün özümüzü ötmə “akt”ımızdı. Nə qəribədi, illər öncə “oğlumuz olsa, adını Cavid, qızımız olsa, Cavidan qoyarıq” deyirdi İradə. O deyirdi, oğlumuzu 19 yaşına girər-girməz evləndirərik, mən deyirdim, 26 yaş – ağıllı vəzirin oğluna nəsihət etdiyi “Qa - busnamə” yaşı! O, erkən vəfat etmiş anasını xatırladır, deyirdi, birdən anam kimi mən də erkən ölləm, nəvə görüm barı, mən deyirdim, bizim ocaqda erkən ölümlər olmur, qorxma...

Ey, gidi dünya, ey...

Görəsən, o bizim İradə adlı qızımız olduğunu bilirmi? Görəsən, qrup yoldaşların dan kimlər lə sə əlaqəsi var? Suallar o qədər çox, cavablar o qədər az... Eynən koronavirusla bağlı dünyada dolaşan suallar və cavabsızlıqlar kimi...

Və mən Təbrizdən dönmüşdüm – bir həs rə - timə son verib, başqa bir həsrətimə qovuşmuşdum. O həsrətimə ki, ata tərəfdən Təbriz kökənliydi... Mənim həsrətdən həsrətə yönələn duyğulu yolum... gəlib-gəlib, koronavirus adlı bir gözə gö - rün məz nəsnə ilə sonlanmaqdaydı. İzaholunmaz duyğulardaydım...

Nə başınızı ağrıdım, bəlkə, altşüurda sax - ladığım, bəlkə, yaddaşımın bir qırağında qoru - duğum xatirələrimin yiyəsiynən baş-başa ydım indi... Tanrı məni onun əllərinə təslim eləmişdi. İradəynən danışırdım danışmağına, ancaq danışığın “janr”ını heç cür mü əy yən ləşdirə bil - mirdim. Bu, pıçıltıydımı, hayqırtıydımı, xəyal - dımı, ürəkdən-ürəyə görünən yol dumu, təfək kür şəkil lən məsiydimi? – Gəl də bil... Bil də gör...

– İradə, mən ölürəm!.. – İradən olsun!.. – İRADƏm olmayandan sonra, iradəm olsa, nəyə yarar? – İradən olsa, İRADƏn də olar...

Biz danışırdıq... bəlkə də, danışmırdıq, bu mənə belə gəlirdi... biz əl-ələ tutmuşduq... yox, bu mümkün deyildi, ikimiz də o qədər “altdan geyib, üstdən qıfıllanmış, üstdən ge yib, altdan qıfıl - lanmış”dıq ki... Bəs niyə o mənə Şair demir, bəs niyə mən ona Taclı bə yim de mirəm? – biz belə danışardıq axı. Yoxsa, yoxsa...

Yadımdaykən deyim, İradə tələbə gənclər arasında keçirilən şah mat yarışmasında qalib gəlmiş, başına rəmzi “tac” qoymuşdular – mənim dilim dinc durmamış, Taclı bəyim demişdim, o da heç borclu qalmamış, əlində tutduğu, mənim ona həsr olunmuş “Dünən qaldı dünəndə...” adlı şeirim çap olunmuş qəzetə işarə edərək, “Şair! – Mənim şa irim” de mişdi. Xoş demişdi, yaxşı eləmişdi. Tanrı xasiyyətimi kəsməsin, mənim ona verdiyim başqa adlar da var dı: özünü zabitəli aparanda – Hərbiyyə, könlümü oxuyanda – Könülgözlü, qıy - ğacı ba xan da – Ül kərgözlü olurdu Taclı bəyim İradə...

Biz elə geyinib-keçinmiş, elə qorunma altına alınmışdıq... nəinki virus, heç nə bi rimizdən o birimizə nüfuz edə bilməzdi. Amma baxmayabaxmaya baxan gözlər, dəy mə yə-dəyməyə dəyən əllər... elə güclü, qarşısıalınmaz rabitə içindəydi, elə duyğuverici, həyəcanvericiydi ki! Ürəkdi bu, Ürək! O ürəkdə bəslənən sevginin açmadığı qapı, eşqin aşmadığı maneəmi var? – Yoxmuş da, yoxmuş! Havalıydıq, havamız çatmırdı... ya havasızdıq, hava almalıydıq...

Dünyanın düz vaxtları, müəyyən müddət ayrı düşdüyümüzdə – ikimiz də dolub-da şan da mən ona “Başım ağrıyır” yazardım, o da zarafatla “ağrısın” yazardı; sonra mən arsız-arsız “çalış, əlimə düşmə, nə-fə-si-ni kə-sə-jəm!” ya zardım, o isə “söhbəti tat lıya bağlar”, “mənə nəfəs ver, nəfəs” yazardı... Budur, indi mən ağrıyırdım; budur, o, mənə nəfəs verirdi – sözün hər məna sında! İndi ondan utanırdım, utanırdım...
Mən necəsə görürdüm, duyurdum, bilirdim – mənə “skafandr” kimi görünən xüsusi geyim onu islahat dan salıb, gözləri qızarıb, üzü döyənək olub, göyərib, oynaqları əldən düşüb; rejimi po zulub, ev-eşik üzü görmür, gah koridordaca yatır, gah mənim yatağım yanındakı stul da ca mür güləyir... Həkimli, xəstəli hər kəs İradə deyir, İradə eşidirdi.

İradənin etdikləri bir həkimin etdik lərindən artıqdı. Bu mənə görəmi beləydi, yox sa onun ümumi yanaşmasıydımı? Mən birinci variant olduğuna inanmağa meyilliydim, başqa bir hiss “ikinci” deyirdi. Eləsi də, beləsi də İradənin həkim ləyaqətinin, insan lə yaqətinin ifadəsiydi! O ikiləşməmişdi, hər halıyla İradəydi, İradəydi – qızıl ləyaqət gös tə rən İradə! Mənim Taclım! Öpürəm əllərindən! –Hərçənd dünyanın düz vaxtı əlindən heç öp mə mişdim...

Günlər keçdi, sanki gün içində günlər yaşandı... mən özümə gəldim; bir də baxdım, mənə tətbiq olunan intensiv müalicə kursu da, rejim də yumşaldılır və budur, artıq İradə ilə, doğrudandoğruya, söhbət edirik. Məni sevgi sağaltmışdı. – Mənim ona bəs lə diyim, onun da mənə bəslədiyinə inandığım sevgi!

O heç nəyi mənim üzümə çəkmir, qaxınc qaxmırdı, eləcə təbəssüm edirdi, dərin tə bəssüm... Yoxsa mənə rəhmimi gəlirdi, mənə qıymırdımı? Ya təsəllimi verirdi? Biz “köhnə palan içi” tökmürdük – sanki amnistiya vermişdik birbirimizə. Kimin amnistiyası daha keçərliydi? – o artıq ayrı məsələ... Sanki biz hər şeyi danışıbbarışmışdıq da, daha dünəndə, hətta bugündə dayanmadan, birbaşa sabahların söhbətini edə bi - lərdik. Təsəvvür edin, mənim dəliqanlı qıs qanc - lığıma illər bir yandan, koronavirus bu yandan... elə sı ğal çəkmiş, elə ayar vermişdi... görmədiyim, izləmədiyim illərdə İradənin aydan arı, su dan duru davrandığına dəlicə, qarşısıalınmaz bir inam içindəydim! O iradəli İradəydi, mənim İradəmdi... Üstəlik, qızın adı o qədər mənimlə çıxmışdı, onun bu günədək bar ma ğında üzük olmamasının, ailə qurmamasının “faktura”sı elə mənə yazılmalıydı...
Yox, bəlkə... – Əstəğfürullah, başqa şey fikir - ləş məyim, heç fikir ləşməyim, heç!

Rəhmətlik atam mənə “A bala, hətütlüyündən əl çək”, deyər, səbirsizliyimi qınayardı həmişə. Mən yenə səbirsizlik etdim, yəqin ki; deyilməli bir sürü “giriş” sözünü sərf et mədən, son sözümü dedim: –

İradə, mənimlə evlən! –

Deyəsən, bir az yöndəmsiz, “yad ehtiram”la demişdim... ancaq söz ağızdan çıxmışdı bir kərə.

İradə üzündən daşan təbəssümlə:

– Şair, “ərsənmi?” çatışmır sanki). – Mən onun sözünün sonundakı “smaylik”i “gördüm” – za ma - nında “smaylik”siz mesajı olmazdı... Ən çox və qarma-qarışıq “smaylik”i bu cümlə lər dən sonra yazmışdı bir vaxt:

– Mən ona boş mesaj yollardım,
O mənə “CAN” yazardı,
Cansız telefon ekranındakı “CAN”
Can kimi gələrdi canıma,
canım üçün. Canım mənim...

Cavabında, demək olar, nə qədər “smaylik” vardı, hamısını ard-arda düzmüşdü...

İndi mesajlaşmırdıq, ona görə də “...ərsən - mi”nin dırnağını görə bilmədim, üzümü tur şut dum bir anlığına, sonra üzünü aşan təbəssümündən “tutub” müraciətimi “Ev lə n+ər sənmi?” şəklində deməli olduğuma işarə etdiyini başa düşdüm, mən də qımışdım...

Əl çəkmədim, o da həkimanə davrandı: – Şair, hələ bir qalx, bir də xəstələnmə, bu xəta-bəla da ötsün, baxarıq. Cümlənin “Baxarıq” hissəsini deyərkən qıyğacı baxışı, gözünü naməlum bir yerə süz dürüb də, canalarcasına qırpması müsibət gözəldi, gözəl müsibətdi! Nə başınızı ağrıdım, sağaldım, evə buraxıldım. Hər şey təzədən başlamışdı – artıq “votsap” nömrəsini bilirdim, əhvallaşırdıq, bəlkə də, onu bezdirəcək dərəcədə ya zır dım, o da “smaylik”li, “smaylik”siz cavablar verirdi.

Sanki yenidən doğulmuşdum – həm sağlamlıq mə na sında, həm sevgi... Hələ mediadan koronavirusla bağlı saysızhe sabsız informasiya axışını, qorxunc məlumatları izlədikcə doğum günümü korona vi rus dan sağaldığım günə ke çir mək qərarına gəldim.

Demə, İradə mənim bugünlərə təsadüf edən həqiqi doğum günümü yadında saxlayıbmış. Canım mənim. Atəşli təbrik yaz mış, bir də şəkil əlavə etmişdi – illər öncənin ikimizə aid şəkli – saxlayırmış, demə...

Mən bu təbrikdən sonra qəti qərar verdim: yox e, yox, bu işin zarafatı, irəlisi-gerisi yoxdu, onunla evlənəcəm! Uzun illərin xətir-hörməti vardı, illərin xiffəti vardı, ax şam-səhər, açıq-gizli görüşlər adəti vardı aramızda – bu öz yerində – amma görün o mənim “təşəkkür”ümü necə cavablamışdı:

“Mən səni görməyə adət etmişəm,
Adət məhəbbət deyil!
Səni görməyəndə xiffət etmişəm,
Xiffət məhəbbət deyil!
Sənə min ehtiram,
hörmət etmişəm,
Hörmət məhəbbət deyil!
Gözündə çağlayan mehribanlığa
Heyrət etmişəm,
Heyrət məhəbbət deyil!
Yalvarıram, sən
Məhəbbət umma məndən.
Hanı iqtidarım,
Məhəbbət tufanına sinə gərən
Gəncliyimi
Sənə qurban vermək üçün
Geri qaytarım?!
Geri qaytarım... ”
(QABİL)

Mən bu şeiri İradənin öz hisslərini gizlətmə cəhdi saydım; bu ismarışı “hər şey mə həb bətdir” kimi qavradım; öz qərarımı vermişdim mən – ruh təzə, can təzə, sevgi köhnə-təzə… Qalxdım, getdim İradənin çalışdığı Mərkəzə. Yenə yorğundu, yenə arğındı… Ye nə “sakafandr” geymişdi, əllərinin ağlığına uduzan ağ əlcək geymişdi, “skafandr”ı da üz-gözünün işığını, nazını-işvəsini, gözəlliyini tam gizlədə, qapada bilməmişdi. Sa lam laşdıq. “Şair, indilərdə bura gəlməyəydin keşkə; üzümə söz gələr, onsuz da ya - zışmı rıq mı?” dedi. Du ruxub əlavə etdi: “bizi də yoxlayırlar, mən də “test” vermişəm…” Bu dəfə mən duruxdum – dərhal dilləndi – “Qorxma, pis adama heç nə olmur. Noolsun?.. – Əsas “kritik 4 gün”ü keçməkdi…” Mən: “Qız, pis adamı, yaxşı adamı yığşdır” dedim, ardınca bir qədər qətiyyətlə, amma bəm səslə dilləndim:

– Həkim, mən burda sənin əllərində ölümlə əlləşəndə sənə evlənmək təklif etdim – “təklif yox, əmr etdin” – İradə mənim bu rəsmisayaq cümləmə çevik müdaxilə etdi – bəli, mən bu işi ləngitmək, uzatmaq istəmirəm, onsuz da yetərincə vaxt itirmişik, bir-birimizə “ki tab oxumağ”a ehtiyac duymuram, de görüm, nikaha nə zaman müsaidsən?

Mənə elə gəldi, İradənin qürur selli, sevinc qarışımlı təbəssümü “skafandr”ı deşir:

– Şair, dəlisən sən?
Nə nikah?
– İradə!..
– Əfəndim?!
– İradə, sabahkı iş qrafikin necədi?
Sən çıxammırsansa, mən nikah masasını burda qur durram.

– Şair, olmaz! Olsa da, yalnız nikahla olmaz, biz tərəflərdə “kəbin” şərtdir, hətta hər ikisi olsa belə, indilərdə olmaz – hələ burda heç olmaz!

– İradə, sabah bu vaxt bütün zəruri yoldaşlarla burada olajam, xəbərin olsun! – dəli bir qətiyyətlə dilləndim.

Mən xəstəxananı tərk edərkən girişdə toplanmış həkimlərin dəhşətli söhbətini eşitdim:

– İradənin “test”i pozitiv çıxıb.

Aman, Tanrım! Sanki mən neçə gün öncəki halsızlığıma döndüm birdən-birə, halım hal deyildi, deyildi! Heç özümün koronavirusa yolux - duğumu biləndə belə haldan-hala düş məmişdim; doğrudur, ağrıyırdım, rahatsızdım, ancaq İradə üçün bir başqa cür pozul dum. Ürə yimdən qov - mağa çalışdığım bir hiss mənə təlaş pıçıldayırdı.

O gecəni səhərədək ilan vuran yatdı, mən yatmadım. İndi demək asandı, bəlkə, amma nə gizlədim, ağır, çox ağır bir qərar aldım: sözüm sözdür, geri dura bilmərəm! Niyə ağır? – mən ataananın tək övladıyam; bir dəfə xətam olub, ikinci xətaya ixtiyarım yoxdu, yaş da o yaş deyildi zatən. Belə şərtlər içində, ölümün qənşərindəki bir qızla kəbin kəs dirib nikaha girmək intihara bərabər bir şeydi! Və biz sabah and içməliydik:

– Xəstəlikdə və sağlıqda,
Pis gündə və yaxşı gündə,
Yoxsulluqda və bolluqda,
Ölüm bizi ayıranadək!..

– Mən son cümləni dəyişdirəcəkdim və biz belə deyəcəkdik:
– Ölüm bizi ayırdıqdan sonra da!..

Xülasə, vədə tamamında beynimdə min bir sual, “komandam”la İradənin qapısı ağzın daydım. İradə bir az süslü-müslüydümü, ya mənəmi belə gəlirdi? İradə bir az hazırlıqlı ki miydi, yoxsa bu nizam orda qabaqlar da vardımı?

İradənin iş yoldaşları təsadüfənmi bir yerə cəm olmuşdu, ya “nikah törəni”nəmi yığışmışdılar?

Bizi görər-görməz dilləndi:

– Yolçu!

– O bu dəfə “Şair”, “Əfəndim”… demirdi, adımla müraciət edirdi, bu, bir də yi şik - likdi.

Mən:

– Buyurun, xanıməfəndi, – dedim. İkimiz də susduq bir anlıq.

Mənimlə Sağlamlıq Mərkəzinə gedən nikah müvəkkili, ruhani və şahidlərimdən xahiş et diyim kimi, prosedur o qədər sürətli getdi, bir də baxdıq, əlcəkli əllərimiz tutuşub…

O dedi: Razıyam; mən dedim: Bəli, razıyam!

Nikah müvəkkili dedi: Sizi bu gündən ər-arvad elan edirəm. Biz baxışdıq, anidən gözlərimizi çəkdik, sonra yenə baxışdıq… Yanımızdakılar: Xoş bəxt olun! – dedi. Öpüşmədik. İkimiz də ağzı maskalıydıq. Mən onun ağ əlcəkli ağ əlini irəli çəkib barmağına üzük taxdım. O: “Neynək, bir halda ki sən de diyini elədin, o zaman qüsura baxma, mən sənin üzüyünü sa bah verrəm, inşallah – bir də gəl məli olassan, – dedi. – Bir az sozalmış olsa da, işvə ye rin dəydi, naz ye rindəydi.

Sabah yenə ordaydım, üzük üçün deyil, əlbəttə; artıq ordakı yalnız sevgili deyildi, mənim kəbinlim, rəsmi nikahlımdı. Mən orda ol ma lıydım – niyəsiz, necəsiz… İçəri bu rax masalar da, bayırbucaqda bir yer bulub gözlərdim.

İradəm reanimasiyadaydı. Mən bir zülmlə keçdim reanimasiyaya – necə keçdim, bir Allah bilir, siz heç soruşmayın. Dünən nikahdan sonra özü ilə bağlı həqiqəti bilib, dünyası tar-mar olub – ikiqat gərginlik içində olduğu açıqca hiss edilirdi.

İradə dörd yerdən əl girəsi “qol cu ğ”u olan “şəffaf tabut” kimi bir qoruyucunun için dəydi, əlimi uzatdım, əlini tutdum. “Dəli, gəldinmi?” – dedi İradə. Taqətsiz qolunu birtə hər tərpətdiyini hiss etdim, əlcəkli əli yuxarı qalxdı, barmağında mən taxan üzük, ov cunda mənə alınan üzük…

Reanimasiyanın qapısını içəridən bağlamışdım. Döyülürdü qapı… Döyülsün!..

İradə: – Sən bilirdin? – Bilirdim – dedim. – Niyə belə edirsən? Niyə zülm edirsən mənə? – Qız, sən nə deyirsən?

– Mən ölürəm, adam, başa düşürsən, ö-lü-rəm! – Sən… sən ölə bilməzsən!.. –

Yolçu, mənə söz ver, gedib günü bu gün nikahı pozduracaqsan.

Yaxşımı?! – İradə, bu dünyasa bu dünya, o dünyasa o dünya! Burda qismət olmazsa, olmasın, o dünyada vüsala yetərik! Biləsən ki, əlim səndən başqasının əlini tanımayacaq, gözüm bir başqa göz gör mə - yəcək! – Bu sözləri ürəyimdən keçirdim… amma demədim, deyə bil mə dim; eləcə, “əgər məni sağalda bildinsə, özün də sağalacaqsan, uşaqlıq eləmə” de dim.

Yarızarafat, yarı gerçək sözlərə yüklədim duyğularımı: “Məni kiminçün sağalt mı - san? Mə ni belə qoyub heç hara gedə bilməzsən!” O isə bir az başqa cür cavab verdi, sanki məndən eşitmək istəyib də, eşitmədiyi suala cavab verirdi: – Mən həmişə sənin omuşam, Yolçu, həmişə – xəbərin olmayıb… O gün ondan eşitdiyim son söz “Səni çox sevirdim, bə, Dəli!” oldu… İlahi, “Dəli” bu qə dərmi təsirli, buncamı şirin sözmüş?

Onun eşitdiyi son söz: “Məni bu dünyada gözləmisən, o dünyada da gözlə!” olmalıydı, olmadı, əvəzində, sözünə düzəliş etdim: “sevirdim yox, sevirsən, bə ağıllı”. – Qımışdı, sanki daha nəsə demək istədi, demədi, ya da deyə bilmədi. Sonra qapının ağzında aləm qarışdı; deyəsən, “ehtiyat açar”ı gətirdilər, şaraqqaşaraq açdılar qapını, keçdilər içəri. Biz iki dəlini… yox, bir dəli, bir ağıllını əl-ələ tutuşmuş gör dülər… Nəsə dedilər, deyindilər, nəsə vurnuxdular, vurdular.

Mən necəsə İradənin əli nin əlim dən qopduğunu gördüm. Mən necəsə otaqdan çıxdım. Mən, mən, mən – Tanrı məni versin deyim, verməsin, deyim? – aləmi qatıb-qatışdırmışdım. Baş həkim, onun mü a vin ləri, növbətçi, şəfqət bacısı, qapı bələd - çisi… – hamı bir-birini günahlandırırdı: bunu kim buraxıb bura? – Məni heç kim burax mamışdı, ruh kimi keçmişdim içəri…

Axşam TV-də günün korona cədvəli verilirdi: 36 nəfər virusa yoluxub, 64 nəfər sağalıb, 1 nəfər vəfat edib. O 1 nəfər kimdi, İlahi, kim? Yoxsa?! Bilgisayarı açdım. “Feysbuk”da İradənin rəfiqələri şəkillər paylaşmışdı – dünənki əziz günümüzdən – “rəy”lər, “bəyəni”lər, “ürək”lər, “yanındayam”lar aşıb-daşırdı…

Sosial şəbəkənin başqa bir İradəsi də təbrik edilirdi bu gün: İradə Yolçu qızı Qədirli… – Anası şəkillərini paylaşmışdı Ay parçasının – anasından çox adaşına oxşayır dı… İradə lərin heç birinə təbrik yazmadım mən əli qurumamış, yazmadım...

Bir gün sonra xəbər portallarında “Korona - virusla mübarizə tədbirləri çərçivəsində fə da kar xidmət göstərmiş həkimlərin təltif olunması haqqında Sərəncam yayıldı. Sərən cam da onun da adı vardı: “İradə Təbriz qızı Qiyamətdinli “Qızıl ləyaqət” medalı ilə təltif edilir”. – Adının qarşısında mötərizə açılmışdı: “ölümündən sonra…”

Əkbər QOŞALI
BAKI, 2020
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
2627282930